Kompüter, televizor qarşısında oturanlar – Diqqət
Onurğa fəqərələrdən ibarətdir və fəqərələr fəqərəarası disklər vasitəsi ilə bir-birinin üzərində hərəkət edirlər. Bu disklər elastik olduğu üçün fəqərələr rahat hərəkət edə bilirlər. Degenerativ proseslər zamanı fəqərəarası disklərin elastikliyi pozulur, disk yastılaşır. Ağır hallarda isə onu əhatə fibroz halqa qırılır və yırtıqların, protruziya əmələ gəlməsinə səbəb olur.
BiG.AZ axar.az-a istinadən bildirir ki, bu sözləri onurğa ağrıları ilə bağlı danışan terapevt-osteopat həkim Ülviyyə Süleymanova deyib. Onun sözlərinə görə, bu ağrıların səbəbi az hərəkətlilik, oturaq həyat tərzi, kompüter və televizor qarşısında çox oturmaqdır:
"Boyun osteoxondrozlarının, yırtıqlarının əsas səbəbi isə başı aşağı vəziyyətdə uzun müddət telefondan istifadə edilməsidir. Az maye qəbul etmək, ağır fiziki işlə məşğul olmaq da bu ağrıların əmələ gəlməsinə səbəb olur. Xəstəliyin əsas əlamətləri isə yerləşdiyi nahiyədən asılıdır. Yəni problem bel nahiyəsindədirsə, xəstə oturub-duran zaman çətinlik çəkir və yataqdan qalxdıqda ağrılar yaranır. Belə ağrılar ayağa doğru radiasiya edir, gecə vaxtı xəstənin ayaqlarının altında yanma hissi yaranır. Bu problem yeni başladığı zaman səhərlər bir müddət olur, sonra isə hərəkət etdikcə tədricən keçir. Boyun nahiyəsində olduqda isə həmin nahiyədən çiyinə radisasiya edən, qollara, barmaqlara doğru gedən ağrılar olur. Bu zaman barmaqların keyləşməsi, qol gücünün zəifləməsi, baş ağrıları, baş gicəllənmə halları müşahidə olunur. Bəzən bu ürəkbulanmaya və qusmaya da gətirib çıxara bilər. Bu, çox zaman diafraqma sinirinin qıcıqlanması ilə əlaqədardır. Boyun fəqərələrində problem olduqda diafraqma siniri qıcıqlanır. Buna görə də miqren tipli ağrılar müşahidə olunur".
Həkim Bioloji Təbabət Klinikasında onurğa ağrılarının müalicə olunmasından da danışıb:
"Bu xəstəliklərin müalicəsində biotənzimləyici preparatların və osteopatiyanın əvəzsiz rolu var. Belə ki, müalicədə əsas məqsəd fəqərələrdə və bağlardakı gərginliyi aradan götürmək, fəqərələrin normal hərəkətini bərpa etməkdir. Yəni fəqərəarası diski qidalandırmaq, daralmış hissəni genişləndirmək və fəqərəarası diski əvvəlki vəziyyətinə qaytarmaq lazım gəlir. Çox zaman xəstələr həkim məsləhəti olmadan ağrıkəsici preparatlardan istifadə edirlər. Bu da bir müddətlik ağrını kəssə də əsas prosesin qarşısını almır və problemin ağır dərəcəyə gəlib çıxmasına səbəb olur. Bunun üçün vaxtında həkim müayinəsində olmaq lazımdır. Vaxtında aparılmış düzgün müalicə gələcəkdəki ağır problemlərin qarşısını alır. Bioloji Təbabətin əsas üstünlüyü ondan ibarətdir ki, orqanizmə vahid sistem kimi baxırıq və yalnız xəstənin şikayət etdiyi yeri deyil, bütövlükdə orqanizm müalicə olunur. Yəni xəstəliyi deyil, xəstəni müalicə edirik".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1808 Tarix: 16 sentyabr 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qış depressiyasından qoruyan 4 tövsiyə: Kimlər daha həssasdır?
Qışa daxil olarkən günlərin qısalması və günəş işığının azalması ilə birlikdə artan yorğunluq, istəksizlik və yuxuluq qış depressiyasının əlaməti ola bilər. Bəs kimlər daha həssasdır və bu depressiyadan necə qorunmaq olar?. Qaynarinfo xəbər verir ki, türk psixiatr Umut Mert Aksoy dərman istifadəsi olmada
27.11.2025 483 Həkimlər niyə qadınlara günəbaxan tumu yeməyi məsləhət görür?
Günəbaxan tumları zülal, faydalı yağlar, lif və vitaminlərlə zəngindir və orqanizmə müsbət təsir göstərir. Onlar sadəcə rahat qəlyanaltı və ya salatlara əlavə deyil, əslində dəyəri çox zaman yetərincə qiymətləndirilməyən tam qidalı məhsuldur. Günəbaxan tumlarını həqiqətən dəyərli edən nədir?. xəbər veri
14.12.2025 524 Sinə xərçəngindən tam qurtulmaq mümkün deyil - Onkoloq
Onkoloq süd vəzi xərçənginin təkrarlanma riskinə diqqət çəkib. xəbər verir ki, onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib ki, süd vəzisinin çıxarılmasından sonra belə xərçəngin təkrarlanma riski mövcuddur. "Əməliyyatdan sonra on il ərzində qadınların təxminən 10%-i xərçəngin təkrarlanması ilə qarşılaşır
07.12.2025 369 İtalyan uzunömürlülüyünün sirri: Qədim genlər...
Alimlər italyan uzunömürlülərinin uzunömürlülüyünün sirrinin təkcə həyat tərzi və Aralıq dənizi pəhrizi ilə deyil, həm də ovçu-yığıcıların qədim genetik irsi ilə əlaqəli ola biləcəyini aşkar etdilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "GeroScience" jurnalında dərc olunub. Beynəlxal
17.12.2025 269 İmmunitetə davamlı virus narahatlıq yaratdı - Mütəxəssislərdən yeni pandemiya xəbərdarlığı
İnsan orqanizminin infeksiyalara qarşı ən təsirli müdafiə mexanizmlərindən biri hesab olunan qızdırma, adətən xəstəliklərlə mübarizədə həlledici rol oynayır. Qızdırma bədən temperaturunu yüksəldərək virusların çoxalmasını yavaşladır və immun sisteminə infeksiyanı aradan qaldırmaq üçün əlavə vaxt qazandırır
11.12.2025 385 Gündə bir fincan çay sümükləri qoruyur?
Professor Envu Liuya görə, əldə olunan nəticələr hər gün bir fincan çay içməyin yaşlanma dövründə sümük sağlamlığını dəstəkləməyin sadə yollarından biri ola biləcəyinə işarə edir. Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, onun sözlərinə görə, orta səviyyədə qəhvə istehlakı təhlükəsiz görünsə də
16.12.2025 317 Xərçəng riskini artıran gündəlik 3 vərdiş
Alman mütəxəssisləri insanların gündəlik vərdişlərini təhlil edərək hansı davranış modellərinin xərçəng riskini artıra biləcəyini müəyyənləşdiriblər. BİG.AZ xəbər verir ki, həkimlər üç əsas vərdişi xüsusilə təhlükəli adlandırırlar. Məlumdur ki, bədxassəli şişlər çox vaxt zərərli vərdişlər fonunda yaranır
28.11.2025 642 Təzyiqiniz normada olmur?
Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. Axşam.az təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:. Quru əncir. Kalsium, fosforla zəngindir, ürək-damar sistemi üçün effektivdir. Kişmiş
29.11.2025 418 Yeməkdən dərhal sonra çay içmək olmaz - Yan təsiri var
Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstəri
01.12.2025 557