AzTV-də böyük QALMAQAL - Alışanovun müavini arxa qapıdan qaçdı

AzTV-də böyük QALMAQAL - Alışanovun müavini arxa qapıdan qaçdı"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin adı mətbuatda tez-tez hallanan sədr müavini Elsevər Dünyamalıyev ətrafında gərginlik yaranıb

Bakupost.az-ın əldə etdiyi məlumata görə, AzTV-nin "boz kardinalı" kimi məşhurlaşan E. Dünyamalıyevlə Arif Alışanov arasında "soyuq müharibə" başlayıb.

İddia olunur ki, buna səbəb Alışanovun müavininin onun yerinə göz dikməsi və televiziyada, həmçinin aidiyyəti orqanlarda buna dair əlaltından işlər aparmasıdır. Onun gizli işlərindən xəbər tutan Arif Alışanov dərhal hərəkətə keçib və birdən-birə yüksək etimad göstərdiyi Dünyamalıyevin səlahiyyətlərini azaldıb.

Əldə etdiyimiz məlumata görə, sədr müavini ilk növbədə televiziyanın əsas departamenti sayılan və bütün dövlət qurumlarıyla əsas işlərin aparıldığı, əlaqələrin qurulduğu "Xəbərlər"ə nəzarəti itirib. Belə ki, departamentin direktoru Məqsəd Nurun TV-dən getməsindən sonra buradakı nəzarəti E. Dünyamalıyev ələ keçirmişdi. Hətta o, rəsmi təyinatsız nəzarət etdiyi "Xəbərlər"dən xeyli sayda əməkdaşın işdən çıxarılmasına səbəb olmuşdu. Alışanovla arasında yaranmış gərginlikdən sonra isə o, kanalın yeni tikilmiş və "Xəbərlər" departamentinin də yerləşdiyi korpusdakı dəbdəbəli otağından çıxmaq məcburiyyətində qalıb. Vəziyyət o qədər gərgin olub ki, Dünyamalıyev otağındakı əşyalarını əsas qapıdan deyil, arxa qapıdan, gizli çıxarmalı olub. Arif Alışanov onu əsas korpusdan uzaqlaşdırmaqla "zərərsizləşdirib". Sədr müavini yenidən "İdman Azərbaycan" televiziyasının yerləşdiyi korpusdakı otağına yerləşib.

"Xəbərlər"ə nəzarət isə AzTV-nin keçmiş sədr müavini, "Televiziya Akademiyasının" rektoru, əməkdar jurnalist Faiq Hüsiyevə tapşırılıb. F. Hüsiyevin bir müddətdir ki, "Xəbərlər" departamentinin yerləşdiyi binaya köçdüyü və əsas işləri oradan idarə etdiyi bildirilir.

Elsevər Dünyamalıyevin "gedişindən" sonra isə əsas adamları da TV-dən, əsasən də "Xəbərlər"dən uzaqlaşdırılmağa başlayıb. Məlumata görə, onun özündən sonra işə qəbul etdiyi əməkdaşlar pərən-pərən salınıb, yaxud da İTV-yə "transfer" olunub.

Məşhur aparıcı Alidə Mustafayeva da kanaldan "transfer" olunanlar siyahısındadır. O, E. Dünyamalıyevin "Xəbərlər"dən uzaqlaşdırılması ilə İTV-yə keçib. Aparıcı dünən İTV-də ilk efirinə çıxıb.

A.Alışanov yerinə göz dikdiyini hesab etdiyi müavininin AzTV-dəki adamlarını buradan uzaqlaşdırmaqla kifayətlənməyib, hətta İTV-də əsas vəzifə tutan kadrlarının barəsində də tədbirlər görüb. Belə ki, o, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor müavini Elçin Həsənovun köməkçisi Vüqar Nəzərovun da İTV-dən çıxarılmasına nail olub. Buna səbəb isə V. Nəzərovun E. Dünyamalıyevin yaxın adamlarından biri olmasıdır.

Məlumat üçün bildirək ki, V. Nəzərov E. Dünyamalıyevin "İdman Azərbaycan"a rəhbərlik etdiyi vaxtda burada çalışıb və onun əsas işlərini görən adam kimi tanınıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1660   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 146
.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

03.05.2024 470
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

03.05.2024 151
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

03.05.2024 236
.

May ayında toy və nişan məclisləri nə üçün keçirilmir? - VİDEO

May ayında insanlar toy və nişan məclislərini keçirməyi təxirə salırlar. Halbuki aprel ayında şadlıq saraylarında yer tapmaq qəliz məsələ olur. Bir çox insan xeyir işlərinin may ayında düşməsini istəmirlər. Uzun illərə dayanan, heç bir dini və qanunvericliklə əsası olmayan bu ənənəyə insanlarımız əmə

03.05.2024 301
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

03.05.2024 335
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

03.05.2024 1282
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 125
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

03.05.2024 532