Ermənistan əhalisi Azərbaycan ordusunun QORXUSUNU YAŞAYIR: "Üç cəbhə" strategiyası

Ermənistan əhalisi Azərbaycan ordusunun QORXUSUNU YAŞAYIR: "Üç cəbhə" strategiyasıErmənistan mətbuatı Azərbaycan ordusunun günü-gündən güclənməsinin təşvişi ilə yaşayır. Belə ki, son günlər Ermənistan mətbuatında Azərbaycanın "Üç cəbhə" müharibə strategiyası adlı məqalələr dərc olunur. Məqalədə isə Azərbaycan ordusunun müharibə zamanı hansı taktiki addımlar atacağı qeyd edilib.

BiG.AZ -ın sözügedən məqalədən əldə etdiyi məlumatına görə, Azərbaycan İsrail istehsalı olan yeni nəsil "Spear MK2" avtomatlaşdırılmış minaatanlar alıb.Bu silah Elbit Systems tərəfindən istehsal edilmişdir.
Yeni nəsil minaatanlar idarə olunan Spear minaları ilə hədəfləri 10 km-ə qədər məsafədə məhv etməyə qadirdirlər.

Azərbaycan növbəti müharibə zamanı insan itkisini azaltmaq məqsədilə Qarabağ və Ermənistan cəbhəsində yeni nəsil silahları tətbiq etməklə onların idarəedilməsinə az sayda hərbi qulluqçu, hətta müzdlu da cəlb ediləcəyi mümükündür.

Azərbaycan növbəti müharibə zamanı "3 cəbhə" taktikasını tətbiq edəcək.
Birinci cəbhə Qarabağ cəbhəsi olmaqla apreldə ələ keçirilən Talış yaxınlığındakı və Lələtəpədəki mövqelərdən hərbi təyinatlı obyektləri, kənd və şəhərləri atəşə tutacaq. Həmçinin həmin mövqelərdən yeni əraziləri ələ keçirməyə istifadə edəcək.

İkinci cəbhə isə Naxçıvan olacaq. Bu istiqamətdən ermənistanın strateji rayonları Ararat vilayətini, kənd təsərüfatı və təbii ehtiyatları ilə zəngin olan Vayots Dzor ərazilərini atəş altında saxlayacaq. Bu bölgə Ermənistan dövlət büdcəsinin əsas hissəsini təşkil edir. Syunik vilayətindən isə İran-Ermənistan alternativ strateji yolu keçir. Bundan başqa Ermənistan paytaxtı Yerevan birbaşa atəş zərbəsi altinda qala bilər.

Üçüncü cəbhə isə Tavuş vilayətində dislokasiya olunan 3-cu ordu korpusu ola bilər. Bakı bu bölgədə yerləşən kənd və qəsəbələri, şəhərləri, cəbhə boyu hərbi hissələri atəş altına almaqla, oradan əsas cəbhə olan Qarabağ cəbhəsinə Vardenis-Ağdərə qısa yolu ilə əlavə qüvvələrin təxliyyə edilməsinin qarşısını ala bilər.

Xatırladaq ki, İsraıl müdafiə nazirliyi hər cür hava şəraitində fəaliyyət göstərməyə qadir olan taktiki Hermes -900 PUA-nın İsrail hərbi hava qüvvələrinə təhvil verildiyini elan etmişdir. Bu PUA-larda Elbit Systems tərəfindən istehsal edilmişdir. Hermes-900 PUA-ların ilk alıcılarından biri Azərbaycandır. Bu PUA-lar uzun müddət havada qala bilər, kəşfiyyat təyinatlıdır, radioelektron mubarizə vasitələri var, zəruri hallarda zərbə qurğuları ilə təchiz etmək olar. Azərbaycan "Zərbə" PUA-larının sınaqlarına və kütləvi yerli istehsalına başlayıb. 2017- ci ildə daha 2 növ PUA istehsalına başlayacaq.

Aprel döyüşlərində Azərbaycan tərəfi İsrail istehsalı olan zərbə PUA-larından geniş istifadə etdi. Həmçinin atəşin idarə olunması üçün də pilotsuz uçuş aparatlarından istifadə olunurdu.
Öz istehsalı olan PUA-lar İsraildən alınanlarla müqayisədə o qədər də baha başa gəlmir. Buna görə də Azərbaycan geniş istifadə etmək məqsədilə kəşfiyyat, zərbə (kamikadze) və kəşfiyyat-zərbə tipli PUA-ların istehsalına qərar verib . Erməni tərəfi HHM və REM qöşun növlərinin möhkəmləndirilməsinə diqqət yetirməlidir.

Azərbaycan tərəfi PUA-ları tətbiq etməklə cəbhəyə gələn əlavə qüvvələrin qarşısını almaq, dərinliklərdə qoşunların yerdəyişməsini əngəlləmək, Laçın və Kəlbəcər yolu ilə Ermənistandan Qarabağa gələn köməyin aktivliyini zəiflətmək məqsədlərinə nail olmaq üçün istifadə edə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 996   Tarix: 11 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

02.05.2024 342
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 269
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

02.05.2024 171
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 775
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 212
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

02.05.2024 768
.

ABŞ Rusiyaya sanksiyaya 31 Çin şirkətini daxil edib

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib. xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib. ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiy

02.05.2024 208
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

02.05.2024 1259
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

02.05.2024 656