DİQQƏTLİ OLUN! Bu sürücülərə yol polisi saxlamadan da cərimə yazılacaq

DİQQƏTLİ OLUN! Bu sürücülərə yol polisi saxlamadan da cərimə yazılacaqAzərbaycanda yol hərəkəti qaydalarının pozulması hallarının kameralar vasitəsilə aşkar olunması istiqamətində işlər davam edir.

İki ay əvvəl icbari sığortası olmayan nəqliyyat vasitələrinin sürücülərinə elektron protokol tətbiq edilməsinə başlanmışdı. Artıq bir neçə gündür ki, təhlükəsizlik kəmərini taxmayan sürücülər də kameralar vasitəsilə aşkar olunaraq, elektron protokolla cəzalandırılır. Artıq bir neçə sürücüyə bu tip elektron protokollar və ya protokol barədə SMS vasitəsilə bildirişlər gəlməyə başlayıb.

BiG.AZ Avtosfer.az-a istinadən xəbər verir ki, müraciət edən Kənan adlı sürücü bildirib ki, dünən ona belə bir SMS gəlib. SMS-də sürücünün İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin tələbini pozduğu üçün MMX protokol tərtib edildiyi qeyd olunur.

Bir neçə sürücü arasında keçirdiyi sorğudan da məlum olub ki, həqiqətən də, son günlər bu tip SMS-lər göndərilir.

Qeyd edək ki, kəmər taxmayanların elektron protokolla cərimə edilməsi yenilik deyil və qanunsuz sayılmır. Belə ki, ötən ilin martında qəbul edilən yeni İnzibati Xətalar Məcəlləsində bu məsələ aydın şəkildə əksini tapıb. Həmin maddəni olduğu kimi təqdim edirik:

Maddə 329. Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması.

329.1. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 40 manat məbləğində cərimə edilir.

329.2. Motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşımağa görə 40 manat məbləğində cərimə edilir.

329.3. İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə 30 manat məbləğində cərimə edilir.

Qeyd: Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş bu Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanın gün ərzində təkrar törədilməsinə görə şəxs bu Məcəllənin 122 və 123-cü maddələrində müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu, həmin xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərək, xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunması hallarını istisna etmir.

Bu, o deməkdir ki, sürücü təhlükəsizlik kəmərini taxmadan avtomobil idarə edirsə, kamera vasitəsilə dayanmadan, yəni ard-arda bir neçə kameranın yanından keçərkən hər dəfə cərimə oluna bilməz. Lakin kamera çəkib elektron prtokol tərtib edilməklə yanaşı, sürücünü yolda xidmət aparan inspektor da saxlayıb, cərimə yaza bilər.

Odur ki, sükan arxasına əyləşən kimi təhlükəsizlik kəmərini taxmağı unutmayın. Kəməri cərimədən yaxa qurtarmaq üçün yox, özünüzün və sevdiklərinizin təhlükəsizliyini qorumaq üçün taxın…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1133   Tarix: 11 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 784
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 255
.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayaraq aramızdakı dostlu

02.05.2024 457
.

ABŞ Rusiyaya sanksiyaya 31 Çin şirkətini daxil edib

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib. xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib. ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiy

02.05.2024 208
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 244
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

02.05.2024 463
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 212
.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

02.05.2024 239
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 249