Dabandakı çatlar bu ciddi xəstəliklərin başlanğıcıdır
Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri olan. İbn Sinadan ən ağır xəstəliyin hansı olduğunu soruşanda cavab verir ki, insanın öz sağlamlığına laqeyd olması ən ağır xəstəlikdir.Mükəmməl cavabdır. Müşahidələrimizdən də deyə bilərik ki, ən adi bir xəstəliyə laqeyd yanaşma sonluqda olduqca ağır nəticələrə səbəb olur.
BiG.AZ modern.az-a istinadən bildirir ki,həmçinin, orqanizmdə baş verən ən kiçik dəyişiklik belə hansısa bir ciddi xəstəlik haqqında xəbərdarlıqdır. İnsanın keçirdiyi və məhəl qoymadığı adi narahatlıq hər hansı bir orqandakı problemə işarədir.
Tez-tez rastlaşdığımız narahatlıqdan biri də dabanlarda yaranan çatlardır. Bunun səbəbini bilmədən, həkimə müraciət etmədən bu xoşagəlməz halla bağlı insanlar kifayət qədər bəhanələrlə özlərinə təsəlli verirlər. Bunun səbəbini ya narahat və keyfiyyətsiz ayaqqabılarda, yaxud gün ərzində çox piyada gəzməkdə, ayaq üstə durmaqda görürlər. Təəssüf ki, bu cür fikirdə olanlar yanılırlar.
Dabanlarda çatların yaranma səbəbləri aşağıdakı xəstəliklərdən ola bilər:
Maddələr mübadiləsinin pozulması
Qalxanabənzər vəzin xəstəlikləri
Diabet
Qastrit
Yolxucu xəstəliklər
Dəri xəstəlikləri
Həmçinin, bu xoşagəlməz hala səbəb orqanizmdə A və E vitaminlərinin çatışmazlığı da ola bilər. Bunlarla yanaşı, artıq çəki, qan dövranında yaranmış problemlər dabanlarda çatların yaranmasına gətirib çıxarır.
Daban çatlarının yaranmasının başlıca səbəblərindən biri də ayaqlara vaxtlı-vaxtında qulluq göstərilməməsidir. O cümlədən, dar və süni dərilərdən tikilmiş ayaqqabılar da bu problemin ortaya çıxmasının əsas səbəblərindən biridir.
Profilaktik tədbir kimi həftədə 3 dəfədən az olmayaraq ayaq vannaları etmək lazımdır. Xüsusilə, sodalı vannalar daha effektli olur. Ayaq dərisini, dabanları yumşaq saxlamaq üçün xüsusi ayaq kremlərindən istifadə etmək də müsbət nəticə verir.
Amma bütün bunlardan əvvəl dabanlarda yaranmış çatların səbəbini aydınlaşdırmaq və bu səbəbi aradan qaldırmaq üçün həkimə müraciət olunmalıdır.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2298 Tarix: 11 sentyabr 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
COVID-19-u öldürən maska
Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi
31.08.2021 1798 Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları
İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı
15.08.2021 780 Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI
Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun
05.09.2021 2454 Həddən artıq arıq olmaqdan bezmisiniz?
Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini
08.09.2021 1767 "Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO
Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə
09.09.2021 1723 Koronavirus qan dövranı sistemini belə zədələyir
Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini
04.09.2021 1300 Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı
Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il
28.08.2021 914 Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları
İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira
29.08.2021 1334 Həddən artıq tərləmənin SƏBƏBLƏRİ
Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland
18.08.2021 1367