Bakıda Eurovision 2012 nin keçiriləcəyi arena nə vaxt tam hazır olacaq? (Foto)





"Baku Crystal Hall"un bünovrəsinin tikintisinə avqustun ortalarında başladıq. Bu işlər sentyabrın sonunda başa çatdı və oktyabr ayında quraşdırma işlərinə başladıq. Hazırda zalın və damın quraşdırılması başa çatıb", - bunu Trend-ə müsahibəsində "Baku Crystal Hall"un tikintisini həyata keçirən "ALPINE Bau Germany AG" şirkətinin texniki direktoru Günter Vihinq deyib.
Qeyd edək ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq Meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq. Yeni tikilən "Baku Crystal Hall" 23 000 tamaşaçı tutur. 16 minə yaxın tamaşaçı isə müsabiqənin yarımfinalları və finalını böyük monitordan canlı izləyə biləcək.
Vihinqin sözlərinə görə, hazırda şirkət kompleksin örtük işlərini həyata keçirir və fasadın işıqlandırılması üzərində işlərə başlayıb. O, həmçinin qeyd edib ki, zalın içərisində mexaniki və elektrik işləri, istilik və ventilyasiya sisteminin, kondisionerlərin quraşdırılması üzrə işlərə də başlanıb.
Vihinq bildirib ki, məkan may ayına qədər tam hazır olacaq. Əsas işlər mart ayının sonuna, qalan işlər isə aprelin ortalarına qədər başa çatacaq.
"Aprelin ortalarında "Brainpool GMBH" şirkəti işıqların və səhnənin quraşdırılmasına başlayacaq", - o deyib.
"ALPINE Bau Germany AG" şirkətinin layihə üzrə tərəfdaşı İsveçrənin "Nüssli International AG" şirkətinin planlaşdırma işləri üzrə direktoru Rayner Kventser isə bildirib ki, bu cür möhtəşəm bir məkanın tikintisinin qısa müddət ərzində başa çatdırılması üç əsas komponentin paralel olaraq istehsal edilməsi, buraya gətirilməsi və quraşdırılması nəticəsində mümkün olub. Bu komponentlər kompleksin özəyi olan "Modular Stadia", daxili tavan və üst fasaddır.
O, qeyd edib ki, "Baku Crystal Hall"un fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, onun işıq saçan büllur görünüşü olacaq.
"Fasad üzərində müxtəlif rənglərdə 45 minə yaxın işıq çalarları olacaq. Fasad özü də şou üçün istifadə olunacaq", - Kventser deyib.
O vurğulayıb ki, dizayn işləri Avropa Yayım Birliyinin tələblərinə uyğun həyata keçiriləcək.
Mayın 22-si və 24-də Bakıda "Eurovision 2012"nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 6976 Tarix: 12 fevral 2012
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ İranla RAZILAŞDI?
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar dəyərindəki dondurulmuş aktivlərinin sərbəst buraxılmasına razılıq verib. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam Respublikasının ali rəhbərinin məsləhətçisi, general Möhsün Rzayinin sözlərinə istinadən məluma
14:54 134 Yenidən barışdılar
Türkiyəli aktrisa Rabia Soytürk memar sevgilisi Samet Vuruşanla yenidən barışıb. Axşam.az xəbər verir ki, cütlük Bebekdə görüntülənib. Onların münasibətlərinə yenidən şans verdiyi ortaya çıxıb. Qeyd edək ki, Rabia hazırda "Teşkilat" serialında rol alır. Cütlük bir müddət əvvəl evlilik qərar
12.06.2026 358 "Qızıl-zinət əşyaları üstündə idi" - Masallıda baltalanaraq öldürülən qadınla bağlı YENİ FAKTLAR
Masallıda baltalanaraq öldürülən qadınla bağlı yeni faktlar məlum olub. -ın məlumatına görə, E.Əmənovanın qohumu Həsrət Əmirovun APA-ya bildirib ki, mərhumun meyitinin yanında balta olub: "Evi alt-üst etsələr də, heç nə aparmayıblar. Hətta mərhumun taxdığı zinət əşyaları üstündə idi". Hazırd
12.06.2026 328 XƏBƏRDARLIQ! Yağış, şimşək, dolu... - SABAHIN HAVASI
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləy
16:49 88 İran ABŞ-ın materialı ələ keçirmək əməliyyatı qorxusu ilə uran anbarını möhürləyib və minalar yerləşdirib
ABŞ kəşfiyyatı ilə tanış olan beş mənbənin verdiyi məlumata görə, son həftələrdə İran, demək olar ki, bomba dərəcəli uran ehtiyatlarını bağlamaq səylərini kəskin şəkildə artırıb, tunelləri qəsdən dağıdıb və girişləri partlayıcı minalarla doldurub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, mənbələr bildiri
09:35 195 Beren Saat və Kenan Doğulu barədə QƏRAR VERİLDİ
Türkiyədə narkotik istifadəsi şübhəsi ilə saxlanılan 23 məhşurdan 10-u bu gün hakim qarşısına çıxarılacaq. "Yeni Sabah" xəbər verir ki, bunlar Tolga Çam, Ferhan Kaya, Murat Saygı, Enis Ahmet Onat, Emre Tari, Hasan Vatan, Reyhan Küçükyeğen, Mehmet Yıldız, Tessy Ramos Correira və Rafet Eren Yorulmazerdir
12.06.2026 485 Sabah hava necə olacaq?
İyunun 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
13:13 174 Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Kamboca Xalq Partiyası (KXP) Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Senatının sədr müavini Thun Vathana ilə görüşüb. Bu barədə "Report"a Milli Məcıisdən məlumat verilib. Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbayca
15:30 127 Bu "kosmik maddə"nin bir çay qaşığı bütün insanlığın çəkisindən ağırdır
Neytron ulduzundan çıxan bir çay qaşığı maddə təxminən iki milyard ton ağırlığındadır ki, bu da bütün bəşəriyyətin ümumi çəkisindən üç-dörd dəfə çoxdur. Qaynarinfo xəbər verir ki, bu barədə "Space Daily"qəzeti yazıb. Neytron ulduzu - böyük kütləli ulduzun partlayışından sonra qalan çox sı
12.06.2026 262