Ögey atasından hamilə qalan 12 yaşlı qız Bakıya gətirilir

Ögey atasından hamilə qalan 12 yaşlı qız Bakıya gətirilirBalakəndə anasının qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən təcavüzə məruz qalan qız bu gün Bakıya gətiriləcək.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, Balakən rayon İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gültac Əfəndiyeva məlumat verib. "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşları ilə birlikdə ailədə olduq. Uşaqla, anası ilə və qohumları ilə söhbət aparıldı. Birinci növbədə qarşıda duran məsələ hamiləliyin sonlandırılmasıdır. Uşağın yaşı az olduğundan hamiləlik həyatı üçün risklidir. Ona görə də proses Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda aparılacaq. Daha sonra ehtiyac olduğu halda qıza xüsusi psixoloq təyin ediləcək. Qız hazırda ailəsinin yanındadır". G.Əfəndiyeva bildirib ki, qız başına gələnləri tam dərk etmir, o, sadəcə, suallara cavab verir: "Qızın özündən iki yaş böyük bir bacısı var. Onlar uşaq olanda atası bunları atıb gedib. Daha sonra anası həmin qıza təcavüz edən şəxslə qeyri-rəsmi münasibətdə yaşayıb. Bu münasibətdən onun bir oğlu var. Qızla söhbət apardıq, o, sadəcə, sualları cavablandırır, başına gələnləri tam anlamır. Hadisəni təfərrüatı ilə danışdı. Qızın anası kafe işlədir, ögey atası isə işi olanda gedir, olmayanda uşaqların yanında qalırmış. Bir gün qız ögey atası ilə evdə tək qalanda hadisə baş verib. Həmin vaxt bacı-qardaşı anasının yanında olub. Sonra da həmin şəxs qızı bu barədə başqalarına dediyi halda, onu öldürəcəyi ilə təhdid edib. Qız da qorxub, heç kimə deməyib. Bir neçə gün əvvəl uşaq xəstə olub, ailəsi başqa problem olduğunu düşünüb. Həkimə müraciət edəndə, müayinədən sonra uşağın hamilə olduğu müəyyən edilib. İndi də uşaqda qorxu hissi qalıb. Anası isə bu müddət ərzində qızının ögey atasından qorxması, ya da həmin şəxsin qızına münasibətində dəyişiklik hiss etmədiyini deyib. O, hadisəni eşidəndən şokdadır". Artıq qıza təcavüz edən ögey ata Şindiyev Elçin Qədir oğlu ilə bağlı cinayət işi açılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4287   Tarix: 06 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381