Mingəçevirdə zorlanmış 15 yaşlı qızın gözü yolda qalıb – FOTO

Mingəçevirdə zorlanmış 15 yaşlı qızın gözü yolda qalıb – FOTO"...Söz verib, atam bu gün mütləq gələcək. Mən ona hər şeyi danışmışam, Mingəçevirdə olanları demişəm", - qapının ağzında dayanıb gözünü yola dikib. Sığınacaq əməkdaşları içəri girməsi üçün dilə tuturlar.

BiG.AZ-ın məlumatına görə, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova virtualaz.org-un əməkdaşına bildirib ki, ötən ayın əvvəlində sığınacağa yerləşdirilən 15 yaşlı Tamara Səlimovanın atasını düz bir həftə axtarıblar. Ata ilə qız görüşdürülüb, gedəndə yenə gələcəyinə söz verib. O gündən qızın gözü yoldadır, 10 gündür səhərdən axşama kimi qapının ağzından çəkilmir.

Bizimlə bir şərtlə danışmağa razıdır, bacılarının yanına getməsinə kömək edək. Beləliklə, 2002-ci il təvəllüdlü Tamaranın hekayəsini təqdim edirik.

- Atamla anam biz uşaq olanda Moskvaya köçüblər. Sonra atam nənəmin təkidi ilə kəndə qayıdıb. 2 bacım, 1 qardaşım var. Atam yalnız qardaşımı özü ilə aparıb, amma kənddə evlənəndən sonra qardaşımı internata verib. İndiyədək anam elə bilir ki, qardaşım atamın yanındadır. Mən Azərbaycana gələndən sonra qardaşımın internatda olduğunu öyrəndim. İndi Moskvaya bacılarımın yanına qayıtmaq istəyirəm, amma sənədlərim yoxdur.

- Bəs Azərbaycana necə gəlmisən?

- Anam həbs olundu, bu ayın 28-də məhkəməsi olacaq. Bizim Moskvada 6 otaqlı evimiz var, anam həbs olunandan sonra mənə baxan olmadı. Bacımın biri ailə qurub, digəri isə nişanlıdır. Dedilər ki, anama görə evi sata bilərlər. Ona görə də, anam məni bacımla Mingəçevirdə olan yaxın rəfiqəsinin yanına göndərdi. Mənə baxması üçün 20 min rubl da göndərmişdi. Dedi onun işi həll olunandan sonra geri qayıdacağam. Amma onlarda qala bilmədim, mənimlə çox pis rəftar edirdilər. Sonra da küçədə qoydular. Anam həbs olunmazdan əvvəl rəfiqəsinə yaxşı baxırdı, biz balaca olanda evimizdə qalırdı. Sığınacağa gələndən sonra bacımla danışdıq, dedi ki, anamın razılığı üçün sənəd lazımdır, onu həll edəndən sonra məni aparmağa gələcək.

- Atanın yanında qalmaq istəmirsən? Bayaq dedin ki, səni görməyə gələcək

- Atam bizi qoyub Azərbaycana gələndə mən uşaq olmuşam, üzünü xatırlamıram. Bakıda qohumlarımız da var. Amma sonradan atam bizimlə maraqlanmayıb, mən onu elə-belə - şəkildən, bir də səsindən tanıyıram. İndi dedi ki, səni evimizə apara bilmərəm, arvadım dava edəcək. Söz verdi ki, yanıma gələcək, qardaşımla görüşməyə kömək edəcək. Mən ona olanları dedim, bilmirəm, bəlkə fikirləşib ki, mən çox tərbiyəsiz qızam. Mən heç nəyi yalan danışmamışam.

- Hansı olanlardan danışırsan?

- Anamın rəfiqəsi bacıma deyib ki, guya mən evdən qaçmışam. Amma olanları bacımdan gizlətmişəm, Moskvaya gedəndən sonra deyəcəyəm. Amma atama hər şeyi düzgün danışdım. Anamın rəfiqəsi evdə iki oğlu olsa da, hər yerə məni göndərirdi. Gecə 11-dən sonra mağazaya gedirdim. Gecə çörək almağa gedəndə mənim saçımdan tutub binanın arxasına apardı, orada məni soyundurdu, çox pis işlər gördü. Hər yerim ağrıyırdı, üst-başım çirk olmuşdu. Evə gələn kimi qadına danışdım, dedim oğlandan çox qorxuram. Qadın isə oğlanlarına da, qonşulara da mənim haqqımda pis-pis sözlər danışırdı, çölə çıxanda utanırdım. Sonra böyük oğlu mənə əl vururdu. Buna görə də, məni küçəyə atanda sevindim, çünki qorxurdum. Mənə dedi ki, nə mənim, nə də oğlanlarımın adını çəkmə, sənin üçün pis olacaq. Mən onların elədiklərini atama, psixoloqa, Mehriban xalaya, bir də sizə demişəm. Küçədəki polisə də demədim.

- Səni sığınacağa polis gətirdi?

- Küçədə polislərə yaxınlaşdım, heç kimim olmadığını dedim. Onlar da polis bölməsinə gətirdilər. Mənə qarşı elədiklərini demədim, qorxdum. Oradan da sığınacağa gəldim, mənə paltar verdilər. Atam haqqında danışdım, atam sığınacağa gəldi, mənimlə görüşdü. Mehriban xanım deyir ki, bacıların sənədlərini gətirməsələr, səni heç yana buraxa bilmərəm. Onlar anamla görüşməlidirlər ki, anam sənəd versin. Anam həbs olunmadan bizim hər şeyimiz vardı. Anamı aldatdılar, hamı çəkilib, pul anamın üstündə qalıb. Moskvaya gələdən sonra olanları danışacağam, qoy polislər də bilsinlər.

...Mehriban Zeynalova deyir ki, hazırda qızla psixoloq işləyir. "Atasının aldatması ona növbəti psixoloji travma olub. Qızın dedikləri ilə bağlı mütləq araşdırma başlanılacaq".

Tamaranın paltara, ayaqqabıya ehtiyacı var. Atasından geyinməsi üçün paltar almasını xahiş edib, atası xahişini yerinə yetirəcəyini deyib və qızın gözü yolda qoyub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6327   Tarix: 04 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 255
.

Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus

05.05.2024 193
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 1072
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

05.05.2024 163
.

Erməni hərbçi şərti sərhəddə özlərinin basdırdığı minaya düşdü

Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb. xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. "Hərbçi mina partlaması nəticəsində xəsarət alıb", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Məlumatd

11:07 137
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 209
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

05.05.2024 196
.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

05.05.2024 260
.

6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandı

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir. Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur. Xaçmaz rayonunun Arif Məmmədo

10:23 295