"Çin duzu"yla zəhərlənirik

"Çin duzu" nədir və niyə istifadə olunur?
"Çin duzu" adlanan inqridiyentdən əvvəllər ancaq paketli qidalarda istifadə ounurdu. Amma indi dönər, türk köftəsi kimi qidalarda da geniş tətbiq edilir. Həmçinin, hazır şorbalarda, konservləşdirilmiş məhsullarda, ət suyu bulyonlarında, biskvitlərdə, dondurmalarda, rəngli yoqurtlarda və digər bir çox qidalarda istifadəsi məlumdur. Bu maddə beyində gözəl dad hissi yaratmaq qabiliyyətinə malikdir və qatıldığı qidadan daha çox yemək istəyi yaradır. Belə ki, insan yediyi şey pis olsa belə, bu duz sayəsində onu ləzzətli sayır və yenə də istəyir. Əsasən dönərçilərin işinə yarayan bu duz vasitəsilə bir dönər yeyən daha bir neçəsini də yemək istəyir.
Bu "duz" əslində MSG olaraq bilinən "Monosodium glutamat" glutamik turşusudur. E-621 olaraq təsnif edilən bu maddədən qidalarda ətir artırıcı olaraq istifadə olunur. Qidaların orijinal dadını artıraraq daha ləzzətli edən həmin maddə daha çox Uzaq Şərq mətbəxində istifadə edildiyindən, "Çin duzu" olaraq da tanınır. Glutamik asit duzu kristalları dəniz qabıqlılar, parmesan pendiri, pomidor, göbələk, kəlbyosunu kimi bir çox qidada müəyyən miqdarda təbii halda tapılır. Sintetik növü ilk dəfə 1866-cı ildə alman kimyagər Karl Henrix Lepold tərəfindən keşf edilib.

İnsan orqanizminə təsiri və zərərləri
"Çin duzu"nun insan orqanizminə təsiri barədə müxtəlif fikirlər var. Belə ki, bəzi tədqiqatçılar onun zərərli olduğunu, bəziləri isə bu zərərin başqa maddələrdən qaynaqlandığını bildirirlər. Belə ki, bu maddə beyində həddindən artıq həssaslıq yaradır və insan ədviyyatın dadını daha çox hiss etmiş kimi olur.
Maddə üzərində aparılan kimyəvi təcrübələrdən sonra onun nevrotoksin olduğu müəyyənləşdirilib. Lakin onun hər hansı şiş və allergik təsir yaradan mənfi tərəfi aşkarlanmayıb. Bununla yanaşı, onun bir çox zərərləri də mövcuddur. Belə ki, sinir hüceyrələrinə mənfi təsiri vardır. Həmçinin, doyma mexanizmində pozğunluq yaradır, böyümə hormonunu inkişafdan saxlayır, insulin artımına, diabetə səbəb olur, böyrək və qaraciyərə ciddi ziyan vurur. Uşaqlarda zəka inkişafına mane olur. Çox miqdarda istifadəsi isə baş ağrısı, miqren ağrıları, boyunda yanma hissi yaratdığı da qeyd edilir. Hətta bu duz xərçəngə də yol aça bilir. Məlumata görə, Amerikada bəzi qidaların üzərində "No MSG add", yəni "MSG qatqısı yoxdur" deyə yazılır. Bu, bir xəbərdarlıqdır. Çünki hamilə qadınlar tərkibində Çin duzu olan məhsulları istehlek etdiyi zaman birbaşa dölə gedir və ona görə də, şikəst və ölü uşaq doğumlarının artmasına səbəb olur. Beləliklə, MSG deyilən xəstəlik bazarlara Çin duzu adıyla çıxarılır. Faydası isə yalnız qidada ətri artırması, natrium qəbulunu nisbətən azaltmasıdır.
Bu barədə məlumat almaq üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə yaratdıq. Ancaq o, belə bir duz haqqında məlumatı olmadığını bildirdi. Onun sözlərinə görə, Azərbayacana gətirilən inqridiyentlər arasında 200-ə yaxın qadağa olunmuş qida və məhsul var və bu da onların arasında ola bilər.

Duzu işlədənlər nə deyirlər?
Dönərçi Qalib: "O maddənin adının "Çin duzu" olmasından xəbərim yoxdur. Ancaq dönərin arasına lay-lay ət qoyulur və hər qatdan sonra o duzdan səpilir. Toz bibərin içərisinə də qarışdırılıb, dönərə vurulur. Səpildikdən sonra piy qoyulur ki, onu əritsin. Həmin duz limon duzuna oxşayır. Məncə, kimyəvi qatqısı yoxdur. Sadəcə olaraq, orqanizm onu normal qəbul etməyə bilər. Təzyiqi aşağı olan insanlar üçün qorxuludur, çünki təzyiqi daha da aşağı sala bilər. Hələ ki, bundan bizə şikayət edən yoxdur… Deyirlər ki, xərçəng və dəri xəstəliyinə səbəb ola bilər, ancaq bu, yenə də insan orqanizmindən asılıdır".

Çin duzunu necə fərqləndirməli?
Səbail rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin ekspertinin sözlərinə görə, "Çin duzu" adlanan maddə Azərbaycana iki ildir gətirilir: "Əsasən Bakı və Sumqayıt şəhərlərində istifadə edilmək üçün aparılır. Daha çox fastfud yeməklərdə istifadə olunur. Ancaq bəzi işbazlar həmin o duzun gəlişi çox ucuz başa gəldiyi üçün, digər duzlarla qarışdırıb satışa buraxırlar. Həmin duzun ziyanları özünü tez bir vaxtda biruzə vermir. Sadəcə, günlər və ya aylar keçdikcə özünü göstərə bilir. Qaraciyər serrozu, duzlaşma, daha çox da dəri xərçənginə səbəb olur. Həmin duz kristial formasında olur. Onu üyüdərək və yaxud da əzərək, istifadəyə verirlər. Bu duzları digər xörək duzlarından fərqləndirmək üçün qaynar su götürüb həmin duzu suya tökmək (həmin su 50 dərəcə temperaturda qızdırılmalıdır) və yod əlavə etmək olar. Əgər yodlu su sarı rəngə çalarsa, deməli, bu, həmin o Çin duzu adlandırılan MSG maddəsidir. Əhaliyə məsləhət görülür ki, Azərbaycanda istehsal onunan yerli, narın duzlardan istifadə edilsin. Çünki bu və digər daşlaşmış duzlar insan orqanizmində ciddi fəsadlara səbəb olur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3946   Tarix: 29 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741