Qurbanlıq heyvanlar bu yerlərdə satılacaq - ÜNVANLAR

Qurbanlıq heyvanlar bu yerlərdə satılacaq - ÜNVANLARSentyabr ayının 1-də səhər saat 9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.

BiG.AZ xəbər verir ki, KTN-dən Lent.az-a məluma verilib. Verilən məlumata görə, yarmarkalarda ilk dəfə olaraq Nazirliyin tabeliyində olan DKTİM MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.

Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaq:

Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, Keşlə bazarının yanı;

Xətai rayonu
- "Nargilə" kafesinin yanı;

Səbail rayonu
-Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 8 ( Parkın yanı )

Yasamal rayonu
- Şərifzadə küçəsi 196, "İdeal" şadlıq sarayının həyəti;

Qeyd edək ki, bu il də Dövlət Baytarlıq Nəzarəti Xidməti Qurban bayramı ilə əlaqədar təşkil ediləcək ət kəsim məntəqələrində nəzarət gücləndiriləcək.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Lent.az-a bildirib ki, sentyabrın 1-i və 2-də təşkil ediləcək bütün ət satış və kəsim məntəqələrində heyvanların sağlamlığına ciddi nəzarət ediləcək: " Bizim qurumun vəzifəsi satışa çıxarılan heyvanların sağlam olub-olmadığını ciddi yoxlamaqdır. Bütün heyvan satışı və kəsim yerlərində baytarlıq və sanitariya qaydalarına əməl edilməsi mütləqdir. Və bunu nəzarətdə götürmək üçün baytarlıq qurumu bütün ölkə üzrə gücləndirilmiş iş rejimində çalışacaq. Satışa gətirilən heyvanların baytarlıq sənədi yoxlanılır və sağlamlığı təsdiqlənir. Sağlam və sağlamlığına bizim qurum cavabdehdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1166   Tarix: 29 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

13:20 146
.

Bayden Tramp barədə: "Altı yaşlı uşaqla rəqabət aparıram"

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı "altı yaşlı yuxulu Don" adlandırıb. "Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışa

16:40 131
.

Rusiyaya işləməyə gedənlərin DİQQƏTİNƏ: bu işlər qadağan olundu

Rusiyanın Saratov vilayətində əmək miqrantlarına bu il mayın 1-dən dekabrın 31-dək ictimai nəqliyyatda, taksilərdə və ictimai iaşədə daşıma sahələrində işləmək qadağan ediləcək. yerli mediaya istinadla bildirir ki, müvafiq sərəncamı Saratov vilayətinin qubernatoru Roman Busargin imzalayıb. Miqrasiy

27.04.2024 556
.

Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək

Rusiyanın daşqınlara məruz qalan Orenburq vilayətində 1,7 mindən çox ev söküləcək. Bu barədə yerli hökumət nümayəndələri xəbər veriblər. Bildirilib ki, Mənzil Qiymətləndirmə Komissiyası rayon üzrə ümumilikdə 5007 evə baxış keçirib. "Bunlardan 3201-i əsaslı təmir olunacaq, 1745-i təhlükəli hesa

27.04.2024 246
.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

11:30 285
.

Türkmənistan Türkmənbaşı limanı vasitəsilə Orta Dəhliz üzrə tranzitin stimullaşdırılmasını təklif edir

Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı və Türkmənbaşı limanı vasitəsilə tranzitin stimullaşdırılması Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının böyüməsində və dünya bazarında mövqelərinin möhkəmlənməsinə töhfə verəcək. "Report" xəbər verir ki, bunu Budapeştdə Tür

27.04.2024 170
.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

13:00 184
.

Ukrayna kəşfiyyatı Rusiyanın RLS-ni vurub

Ukrayna Baş Kəşfiyyat İdarəsi və hərbçilər Rusiyanın "Podlyot" radiolokasiya stansiyasını (RLS) aşkarlayaraq vurublar. "Report" xəbər verir ki, məlumatı "Nexta" yayıb. Bildirilib ki, belə RLS-in qiyməti beş milyon dollardır

27.04.2024 276
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

15:10 146