Avtoxuliqanlar polislə əlbəyaxa davaya çıxdı – VİDEO

Avtoxuliqanlar polislə əlbəyaxa davaya çıxdı – VİDEOPolisin qanuni tələbinə əməl etməyənlər elə qanun çərçivəsində də cəzalandırılıblar. Gədəbəydə gənclər rayon ərazisində yol polisinin tələbinə tabe olmadığı üçün həbs ediliblər. Bir neçə gün öncə polislə əlbəyaxa olmaqdan belə çəkinməyən gənclər dəmir barmaqlıqlar arxasında düşdükdən sonra əməllərini xatırlamadıqlarını deyirlər.

BiG.AZ ARB TV-yə istinadən xəbər verir ki, görüntülər avqust ayının 25-də Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı ilə Gədəbəy rayon Dövlət Yol Polisi əməkdaşlarının birgə keçirdiyi reyddə qeydə alınıb. Həmin vaxt yol polislərinin qanuni tələblərini yerinə yetirməyən sürücü, Söyüdlü kənd sakini Samir Ələkbərov və onun sərnişini Gədəbəy şəhər sakini Pənah Bayramlı asayiş keşikçilərini təhqir etməkdən belə çəkinmədilər. Hadisədən sonra ərazini tərk edən hər iki şəxs məsuliyyətdən yayınmağa çalışıblar. Ancaq Gədəbəy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan gənclər cəzadan yaxa qurtara bilməyiblər.

Seymur Quliyev - Gədəbəy Rayon DYP bölməsinin rəisi: "Gədəbəy şəhər sakini Bayramlı Pənah Ramiz oğlu və Ələkbərov Samir Fərhad oğlu sonuncuya məxsus "Toyota" Prado markalı, 99 FN 962 dövlət nömrə nişanlı avtomobillə polisin qanuni tələbinə əməl etməyərək, tədbir yerindən yayınıblar. Sonradan həmin şəxslər saxlanılaraq, barələrində rayon məhkəməsinin qərarı ilə 30 gün müddətinə inzibati qaydada tədbir görülüb".

Saxlanılan Pənah Bayramlı həmin gün yaxın qohumunun toy məclisində xeyli miqdarda spirtli içki qəbul etdiyini etiraf edib. Sərxoş olduğundan baş verənləri yaxşı xatırlamayan gənc peşmanlığını da gizlətməyib.

Pənah Bayramlı - saxlanılan şəxs: "Mən toyda içmişdim. Bilmirəm, necə oldu, bu hadisə baş verdi. Əməlimdən çox peşmanam".

Sürücü Samir Ələkbərov isə hadisə vaxtı sərxoş olmadığını deyib. Ələkbərov, sadəcə, əsəblərini cilovlaya bilmədiyini və bu səbəbdən də arzulamadığı hadisə ilə qarşılaşdığını qeyd edib.

Samir Ələkbərov - saxlanılan şəxs: "Mən ayıq olmuşam. Sadəcə, bir anlıq əsəbləşdim. İstəmədən oldu, çox peşmanam".

İçkinin və əsəbin toruna düşən hər iki şəxsin sonrakı peşmanlığı isə faydasız olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1586   Tarix: 29 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 208
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

21:15 0
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

20:20 0
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 798
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

14:15 158
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 101
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 226
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

20:27 0