Aktyoru öldürən qadından cinayətdən əvvəl soyuqqanlı paylaşım - FOTO

Aktyoru öldürən qadından cinayətdən əvvəl soyuqqanlı paylaşım - FOTOTürkiyənin məşhur "Çoçuklar Duymasın" serialındakı Engin obrazını canlandıran aktyor Vatan Şaşmaz ötən gecə Beşiktaşdakı lüks otelin 11-ci mərtəbəsində kürəyindən vurularaq öldürülüb.

Onu öldürən isə keçmiş model Filiz Akeldir. O, Vatanı otağına çağırıb öldürdükdən sonra intihar edib.

Milli.Az "Cadde"yə istinadla bildirir ki, Filiz Akelin intihardan öncə sosial şəbəkədə paylaşım etdiyi məlum olub. O, soyuqqanlı statusunda intihar mesajı verib.

"Həyat, gözəl anların üçün sənə təşəkkür edirəm"

Qeyd edək ki, Vatan Şaşmazın yaxın dostu dünənki canlı yayım açıqlaması zamanı bildirib ki, Vatan ölümündən öncə dəfələrlə Filiz Akeldən şikayətlənib, onun başına problem açacağına görə narahat olduğunu söyləyib.

Cinayətlə bağlı araşdırmalar davam edir:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5909   Tarix: 28 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş