"Çelsi" – "Qarabağ" oyununa ən ucuz bilet NƏ QƏDƏRDİR?

"Çelsi" – "Qarabağ" oyununa ən ucuz bilet NƏ QƏDƏRDİR?Toğrul Bağırov uzun illərdi Londonda yaşayır. O, bir zamanlar Azərbaycanda məşhur olan "Offcide +" adlı idman verilişinin aparıcısı olub. İndi aktiv jurnalistikadan bir qədər uzaqlaşsa da, futbolumuzla yaxından maraqlanır.

BiG.AZ qol.az-a istinadən xəbər verir ki, İngiltərənin paytaxtında yaşadığından bu dəfə onunla "Çelsi" barədə danışdıq. Axı, Londonun bu nəhəng təmsilçisi "Atletiko" və "Roma" ilə yanaşı Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə yarışacaq "Qarabağ"a rəqib olub…

– Gəlin əvvəlcə ondan başlayaq ki, CL-in qrupunda oynamaq Azərbaycan futboluna nə verəcək?

– Çempionlar Liqasında oynamaq Azərbaycan futbolu üçün öz-özlüyündə böyük bir nailiyyətdir. Artıq bütün dünya bilir ki, Azərbaycanda kifayət qədər yüksək səviyyəli bir klub var. Artıq bütün dünya azarkeşləri Azərbaycanı tanıyır. Elə sadəcə bizi sevməyənlərin buna reaksiyasına fikir versəniz, görəcəksiniz ki, bu, doğrudan da böyük bir uğurdur. Misal üçün Rusiya mətbuatı yekdilliklə öz tamaşaçıları ilə oxucularına aşılamağa çalışır ki, "Qarabağ"ın qrup mərhələsinə vəsiqə qazanmağı bir təsadüfdür. Səni sevməyən qızıcıqlanırsa, deməli, sən doğrudan da düz yoldasan.

Azərbaycan futbolunun özü üçünsə bu, bir təkan ola bilər. "Qarabağ" bu oyunlarda təcrübə toplayacaq və həmin təcrübəni ölkə çempionatında istifadə edəcək. Müvafiq olaraq, çempionatda ona qarşı oynayan komandalar da həmin təcrübəyə yiyələnməyə şans əldə edəcəklər ki, bu da Azərbaycan futbolunun ümumi səviyyəsinin artmasına gətirə bilər. Bundan əlavə, Ağdam klubunun Çempionlar Liqasındakı çıxışı Azərbaycanda futbola ümumi marağı xeyli artırdı və bu, futbol məktəblərinə uşaqların axınını xeyli artıra bilər. Bu isə milli futbol üçün çox xeyirlidir. Və həmçinin bu, sadə azərbaycanlılarda qələbə ruhu verdi, bu millətin beynəlxalq miqyasda uğurlar əldə edə biləcəyinə, yəni özlərinə inam yaratdı ki, bu da müharibə şəraitində olan bir ölkənin xalqı üçün çox vacib bir hisdir.

– Bəs, bir jurnalist kimi "Qarabağ"ın uzun illər yaşadığınız Londonun "Çelsi" klubu ilə rəqib olmasını necə qarşıladız?

– Bu xəbəri birmənalı qarşılamadım. Sözün düzü, istərdim ki, birinci səbətdən "Qarabağ"a daha asan rəqib düşsün. Digər tərəfdən isə Ağdam klubunu canlı izləyib, dəstəkləməyə imkan yarandı ki, bu da müsbət bir xəbərdir. İki il bundan əvvəl "Qarabağ"ı burada "Tottenhem"lə görüşdə dəstəkləyirdik. Ümid edirəm ki, bu dəfə ağdamlılar həmin qarşılaşmadakından daha inamla oynayacaqlar.

– İngilis mediasının "Qarabağ"a münasibəti necə oldu?

– İngilis mətbuatı yalnız qısa məlumatla kifayətlənib. Vurğuladıqları yeganə amil odur ki, Bakıya uçmaq az qala beş min kilometrdir. Belə bir uzun uçuşun "Çelsi" futbolçularını yoracağına, həmin səfərin onlara sonrakı Premyer Liqanın turunda çətinlik yaradacağına eyham edirlər.

– Bəs, yazılarda Qarabağın Azərbaycana məxsus ilə nəsə olmur?

– O qədər də yox. Sadəcə olaraq yazırlar ki, Azərbaycan çempionudur və oyunlarını Bakıda keçirir

– İngiltərədə yaşayan azərbaycanlıların bu oyuna marağı hansı səviyyədədədir?

– Maraq çox böyükdür. Artıq bir neçə nəfər mənimlə bu barədə əlaqə saxlayıb. Amma biletlər də bahadır. Manata çevirsək, ən ucuz bilet təxminən 180 manatdır. Bilmək olmaz nə qədər adam belə pulu ödəməyə hazır olacaq…

– "Stemford Bridj"dəki ab-havanı necə təsvir edərsiniz?

– "Çelsi" Londonun ən zəngin məhəlləsinin komandasıdır və onun azarkeşləri digər klublardakı həmkarlarından bir qədər fərqlənirlər. Lakin hər bir ingilis azarkeşi kimi, onlar da futbolu sevir, çox gözəl başa düşürlər və meydanda əsl idman əhval-ruhiyyəsinin olduğunu dəstəkləyirlər. Burada azarkeşlər rəqibə qarşı heç bir nalayiq hərəkət etməzlər. Elə onu demək kifayətdir ki, özünün meydandakı yumşaq desək, dürüstsüzlüyü ilə tanınan "Çelsi" hücumçusu Dieqo Kosta əla bombardirlik qabiliyyətlərilə komandaya çoxlu xal qazandırsa da, "Çelsi" azarkeşləri arasında heç də sevilən deyil. Bir sözlə, "Semfrd Bridc"dəki atmosfer hər bir İngiltərə stadionunda olduğu kimi, mötəbər və möhtəşəmdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3327   Tarix: 27 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 13:34. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16.09.2021 2354
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün

29.08.2021 834
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir

Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl

27.08.2021 1378
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023