Təcili yardım xidməti Maştağa və Nardaranı "linç" etdi, Səhiyyə Nazirliyi DANIŞDI

Təcili yardım xidməti Maştağa və Nardaranı "linç" etdi, Səhiyyə Nazirliyi DANIŞDIMaştağa və Nardaranda məskunlaşan sakinlər təcili yardım xidmətinin fəaliyyətindən narazıdır.

Bu barədə BiG.AZ-a müraciət edən Maştağa qəsəbəsi sakini Əzizov Elşad Fəxrəddin oğlu eləcə də onlarla qəsəbə sakininin təcili yardım maşınlarının yararsız vəziyyətdə olmasından narazılıqlarını ifadə edib. Onun sözlərinə görə xəstəni xəstəxanaya apararkən belə yoldaca maşın xarab olur və xəstəni xəstəxanaya taksi ilə aparırlar: "Burada vəziyyət acınacaqlıdır. Dəfələrlə müraciət etmişik, qaynar xəttə və nazirliyə müraciət etmişik lakin məsələ öz həllini tapmayıb. Burada təcili yardım maşınının sürücüləri də narazıdır. Onlar deyirlər ki, 2015-ci ildə yeni təcili yardım maşınları verilsə də onları istifadə etməyə imkan vermirlər. Onlar da saxlama yerlərində pas atır. Qəsəbə sakinləri adından sizdən xahiş edirəm ki, məsələni ictimailəşdirin bəlkə bu məsələ həllini tapar. Xəstələrimiz yollardaca can verib keçinir. Saatlarla gecikir gəlmir. Adam qınaya da bilmir. Deyir maşın xarab olmuşdu. Mən indi ona nə deyim? Gərək ki, maşınla təchiz etsinlər o davaxtında gəlsin. Xahiş edirik narazılığımızı dərc edin".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Onlar isə vətəndaşların istənilən yerə müraciət etmək haqqı olduğunu bildirdi: "Vətəndaşların haqqıdır, istədikləri orqanlara və istədikləri qurumlara müraciət edə bilərlər. Biz onlara müraciət etməyin deyə bilmərik. Lakin Səhiyyə nazirliyinə daxil olan bütün müraciətlərlə bağlı onu deyə bilərik ki, bütün müraciətlər vaxtlı vaxtında cavablandırılır və məsələlər öz həllini tapır. Bu məsələ ilə bağlı mətbuat xidməti olaraq bizə heç bir informasiya daxil olmayıb".

Rövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1810   Tarix: 24 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608