DYP bu sürücülərə XƏBƏRDARLIQ ETDİ: Protokol tərtib olunacaq - RƏSMİ

DYP bu sürücülərə XƏBƏRDARLIQ ETDİ: Protokol tərtib olunacaq - RƏSMİ"Dövlət Yol Polisi tərəfindən ölkə ərazisində yol hərəkəti qaydalarına əməl etməyən, qanunla müəyyən olunanan norma və prinsiplərə diqqətsiz yanaşan hərəkət iştirakçılarının müəyyən olunması diqqət mərkəzindədir".

Bunu "Report"a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, çoxavazlı səs siqnalı, gursəsli səsboğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, xüsusilə ödənilməyən cərimələri olan nəqliyyat vasitələrinin müəyyən olunması istiqamətində fəaliyyətin təşkili genişləndirilməklə nəzarət daha da gücləndirilib: "Paytaxt yollarında nəqliyyatın intensiv hərəkətini təmini məqsədilə "Yol hərəkəti haqqında" qanunla qadağan olunan yerlərdə avtomobilləri saxlayanlar bilməlidir ki, onların bu hərəkəti təkcə qanun pozuntusu yox, eyni zamanda digər sürücü və piyadaların təhlükəsizliyinə mane olmaqla bərabər yollarda sıxlıq yaradır, insanları ləngidir, vaxt itkisi yaradır".

V.Əsədov qeyd edib ki, dayanmanı-durmanı, parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında, eləcə də yolun hərəkət hissəsində – ikinci cərgədə, avtobus dayanacaqlarında, yolların kəsişmə nöqtəsinə yaxın məsafədə, piyada səkilərində, zebralar üzərində saxlanılan avtomobillər evakuasiya edilir, həm də patrul xidməti maşınlarında quraşdırılan "bort" kompyuterlər vasitəsilə fotoları çəkilərək və hazırlanan fotomaterial üzrə protokol tərtib edilir: "Aparılan təhlil və araşdırmalar göstərir ki, cari ildə həyata keçiriən kompleks profilaktik tədbirlər nəticəsində, insanların həyatının və sağlamlığının qorunması sahəsində də əvvəlki illərdə mövcud olan müsbət təmayüllər ümumən qorunub saxlanılıb. Lakin görülən tədbirlərə baxmayaraq, sürücülər arasında hələ də avtomaşını sərxoş halda idarə edən, parklanma qaydalarını pozan, avtoxuliqanlığa və intizamsızlığa meylli, yolu müəyyən olunmayan yerdən keçən piyadalara və cərimə borclarını ödəməyən sürücülərə rast gəlinir. Dövlət Yol Polisi tərəfindən barəsində cərimə protokolu olan sürücülər müyyən olunduqda, avtomaşının Müvəqqəti Mühafizə Olunan Duracağa qoyulması vətəndaş-polis arasında müəyyən fikir ayrılığı yaradır, vətəndaş özünü haqlı bilir, yolda hüquq tətbiq edən əməkdaşa qarşı tabesizlik nümayiş etdirir. "Məlumatım yoxdur", "Ünvana bildiriş göndərilməyib", "SMS çatmayıb" , "Xəbərsizəm", "Ödəməyə gedirəm", "Ödəyəcəyəm" bəhanələrlə izibati məsuliyyətdən yayınmağa çalışır. Lakin sürücü unudur ki, patrul avtomobillərində mövcud olan müasir avadanlıqlar – İ-Patrul sistemi ilə barəsində inzibati protokol, məhkəmə qərarı olan sürücülər dərhal müəyyən olunmaqla xəbərdarlıq edilir.

Bütün bunları nəzərə alaraq, diqqətə çatdırırıq ki, barəsində inzibati protokol tərtib olunan, cərimə balı olan, məhkəmə qərarı çıxarılan sürücülər barəsində qeyd-şərtsiz mübarizə tədbirlərimiz davam etdirilir. Hər bir sürücü səhlənkarlığa yol verməməli, yol qaydalarına əməl etməlidir ki, qanunvericiliyin tələbləri etibarlı mühafizə olunsun, inzibati məsuliyyətə səbəb olan hallar yaranmasın, qanunların aliliyi, tələblərin humansitliyi qorunsun".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1041   Tarix: 24 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 313
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 272
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

03.05.2024 251
.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

03.05.2024 131
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 147
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 553
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

03.05.2024 1241
.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 70
.

Serenay Sarıkayanı çəkmək istəyən jurnalistlərə hücum - ANBAAN VİDEO

Məşhur aktrisa Serenay Sarıkayanın yeni sevgilisi Mert Demirlə getdiyi məkanda jurnalistlərə hücum edilib. -ə istinadən bildirir ki, hadisə Cankurtarandakı məkanlardan birində yaşanıb. Mühafizəçilər jurnalsitlərə hücum edərək onları döyüblər. Həmin anlar hadisə zamanı açıq qalan kameralar tərəfində

03.05.2024 238