Ufuk Özkan: "Sizdə filmin 150 min izlənməsi yüksək nəticədirsə, BİZDƏ..." - FOTO+VİDEO

Ufuk Özkan: "Sizdə filmin 150 min izlənməsi yüksək nəticədirsə, BİZDƏ..." - FOTO+VİDEO"Artlemma" şirkətinin istehsalı olan, tanınmış türk aktyorlar Ufuk Özkan, Gökçe Özyol, azərbaycanlı aktyor Müşfiq Şahverdiyev və aktrisa Dilarə Liyevanın da rol aldığı "O kuş buraya gelecek" filminin çəkilişləri artıq başlayıb. Çəkilişlərlə əlaqədar olaraq baş rolları ifa edən türk aktyorlar da ölkəmizdədir.

BiG.Az bu fürsəti fövtə vermədən onlarla görüşüb film barəsində təəssüratlarını öyrənib.

Film barəsində təəssüratlarını BiG.Az-la bölüşən Ufuk Özkan Azərbaycanda filmə çəkilməkdən məmnunluq hissi duyduğunu bildirib: "Mənə çox xoşdur Azərbaycanda filmə çəkilmək. Doğrusun söyləsəm məzuniyyət ərəfəsində idim. Uzun illərin yorğunluğu vardı sanki cismimdə. Bir az istirahət edəndən sonra darıxdım çəkilişlər üçün. Və bu ərəfədə "Artlemma" şirkətinin rəhbəri, həmçinin sözügedən filmin ssenaristi Təvəkkül bəydən dəvət aldım. Tanış oldum materialla. Çox bəyəndim. Film fərqliliklərlə doludur. Eyni zamanda azərbaycanlı həmkarlarımla işləmək də çox xoş və çox rahatdır. Düşünürəm ki, bundan sonra da Azərbaycan filmlərinə çəkilmək təklifləri üzərində düşünəcəm, eyni zamanda istedadlı aktyor olan Müşfiq Şahverdiyevlə yenidən bir filmdə olmaq istəyərdim. Hətta mən ona təklif də etdim ki, Türkiyədə birlikdə çalışaq. İnşallah bu filmdən də gözləntilərim böyükdür. Sizdə filmin 150 min izlənməsi böyük nailiyyətdir amma Türkiyə üçün bu çox kiçik bir rəqəmlərdir. Ümidvaram ki, Türkiyədə bu film milyonlarla insan tərəfindən izlənilib və seviləcək".

Eyni zamanda filmlə bağlı danışan digər türk sənətçi Gökçe Özyol da filmlə bağlı müsbət fikirdə olduğunu BiG.Az izləyiciləri ilə bölüşüb: "Bu çox uğurlu bir film olacaq. Çünki elə bir insanlarla çalışırıq ki, yalnız və yalnız uğur gözləntilərimiz var. Eyni zamanda sizin də azərbaycanlı aktyor və aktrisalar çox istedadlıdır. Elə hesab edirəm ki, bu film ərsəyə gələndən çox qısa zaman sonra filmin ikinci hissəsinin də çəkilişlərinə başlanılacaq".

Ufuk Özkan: "Sizdə filmin 150 min izlənməsi yüksək nəticədirsə, BİZDƏ..." - FOTO+VİDEOUfuk Özkan: "Sizdə filmin 150 min izlənməsi yüksək nəticədirsə, BİZDƏ..." - FOTO+VİDEOUfuk Özkan: "Sizdə filmin 150 min izlənməsi yüksək nəticədirsə, BİZDƏ..." - FOTO+VİDEOUfuk Özkan: "Sizdə filmin 150 min izlənməsi yüksək nəticədirsə, BİZDƏ..." - FOTO+VİDEOUfuk Özkan: "Sizdə filmin 150 min izlənməsi yüksək nəticədirsə, BİZDƏ..." - FOTO+VİDEOUfuk Özkan: "Sizdə filmin 150 min izlənməsi yüksək nəticədirsə, BİZDƏ..." - FOTO+VİDEO

Maira Namazova

Fotolar: rovshenasadov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3328   Tarix: 24 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063