Məktəbli yarmarkaları valideynlərin CİBİNİ "YANDIRDI" - EKSPERTDƏN ÇIXIŞ YOLU

Məktəbli yarmarkaları valideynlərin CİBİNİ "YANDIRDI" - EKSPERTDƏN ÇIXIŞ YOLUYeni tədris ilinin başlanmasına bir aydan daha az vaxt qaldığı üçün artıq dərslik ləvazimatlarının satışı üçün şəhərin müxtəlif yerlərində yarmarkalar təşkil edilib.

BiG.AZ əməkdaşı sözügedən yarmarkada olub və qiymətlərlə tanış olub. Belə ki, yarmarkada məktəb ləvazimatları üçün təyin edilmiş qiymətlərlə adi satış nöqtələrindəki qiymətlər arasında heç bir fərq olmadığı aşkara çıxıb.

Satıcılarla söhbət zamanı yarmarkanın digər satış nöqtələrindən nə kimi fərqi olduğunu soruşsaq da onlar bir fərq olmadığını, qiymətdə bəzi alıcılara güzəştlər edildiyini bildirib.

Bu barədə BiG.AZ-a danışan iqtisadçı ekspert Akif Nəsirli dövlətin yarmarkalara müdaxilə etmək ixtiyarının olmadığını, yalnız və yalnız gömrük rüsumunda və vergilərdə satıcılara müəyyən güzəştlər edilərək qiymətləri tənzimləmək şansının olduğunu bildirdi:

"Yarmarkanın önəmi şəhərin müxtəlif istiqamətlərdə təşkil edilməklə müştərilərin rahatlığını təmin etməkdən ibarətdir. Eləcə də münasib qiymətlər təklif etməklə yarmarkalar təşkil edilməlidir. Yarmarkalarda məhsul bolluğu olduğu üçün qiymətlər də aşağı olur. Adi satış nöqtələrindən fərqi odur ki, yarmarkada tələbat daha çoxdur. Ona görə də qiyməti münasib etməklə daha çox gəlir əldə etmək olar. Sadəcə olaraq qiymət məsələsində dövlət yarmarkalara müəyyən güzəştlər etməlidir. Onlara yerhaqqı qoyulmamalıdır, vergilərdən azad olunmalıdır və gömrük rüsumlarından azad edilməlidir, gömrük yoxlama məntəqələrində onlara süni problemlər yaradılmamalıdır. Bu gün Azərbaycana dərslik ləvazimatları, demək olar ki, hər bir detalı xaricdən gətirilir. Xaricdən gətirildiyi üçün də dollar ilə alış-satış həyata keçirilir. Manat ekcicalentinə çevirdikdə isə istər-istəməz qiymət artımı ortaya çıxır. Üstə də gəlsək yerhaqqı, vergilər, gömrük məntəqəsində süni problemlər ona görə də yarmarkalarda qiymət adi satış məntəqələri ilə eyni hətta daha çox təşkil edir.

Satıcılar isə süni şəkildə baha qiymət təyin edir, alıcının könlünü oxşamaq üçün kəskin endirim adı ilə malı adi satış yerlərindəki qiymətə satır və beləlikdə "yarmarka" anlayışı ortaya çıxır. Dövlət isə satılan məhsulların qiymətinə heç bir müdaxiləe də bilməz, buna onun ixtiyarı da yoxdur. Azad bazar iqtisadiyyatı olduğu üçün istənilən şəxs məhsulu istədiyi qiymətə sata bilər. Yalnız və yalnız qeyd etdiyim məsələdə dövlət yardımçı olarsa qiymətlərdə də endirim müşahidə edilər".

Məktəbli yarmarkaları valideynlərin CİBİNİ "YANDIRDI" - EKSPERTDƏN ÇIXIŞ YOLUMəktəbli yarmarkaları valideynlərin CİBİNİ "YANDIRDI" - EKSPERTDƏN ÇIXIŞ YOLUMəktəbli yarmarkaları valideynlərin CİBİNİ "YANDIRDI" - EKSPERTDƏN ÇIXIŞ YOLUMəktəbli yarmarkaları valideynlərin CİBİNİ "YANDIRDI" - EKSPERTDƏN ÇIXIŞ YOLURövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3002   Tarix: 18 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179