Bakıda dostunu BIÇAQLAYAN gəncin sözləri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

Bakıda dostunu BIÇAQLAYAN gəncin sözləri hər kəsi TƏƏCCÜBLƏNDİRDİBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Cahangir Salamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BiG.AZ Reporta istinadən xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan olunub.

Daha sonra prokuror ittiham aktını elan edib. İttiham aktına əsasən, C.Salamov bu il yanvarın 16-da tanışı Tural Səfərovla Sabunçu rayonu ərazisində yerləşən "Məkan" kafesində mübahisə edib. Aralarında yaranan mübahisədən bir gün sonra onlar yenidən görüşüb. Bu dəfə də tərəflər arasında mübahisə yaranıb. C.Salamov üzərində olan bıçaqla T.Səfərova iki dəfə zərbə endirib. Daha sonra T.Səfərov hadisə yerini özü tərk edib. C.Salamov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə iclasında C.Salamov elan olunan ittiham üzrə özünü təqsirli bildiyini deyib. O bildirib ki, domino oynayarkən etdiyi zarafat tanışı T.Səfərovun xoşuna gəlməyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, T.Səfərovla 10 ilə yaxındır ki, dostluq edib: "Domino oynayan zaman onun eynəyi ilə bağlı zarafat elədim. Bu da Turalın xoşuna gəlmədi, mənə əl atdı, domino daşını üzümə çırpdı. Çayxanada olan uşaqlar bizi ayırdı. Ordan çıxıb getdik. Bir gün sonra Turala zəng edib, onu görüşə çağırdım. Turaldan üzr istəməsini tələb etsəm də, o, mənimlə mübahisə etdi. Bundan sonra bıçağa əl atdım".

O, hadisədən sonra dostu T.Səfərovun oradan uzaqlaşdığını söyləyib: "Tural özü ayağa qalxıb gedəndən sonra çıxıb getdim. Sonra polislər gəldi".

Prosesdə zərərçəkmiş T.Səfərov da dindirilib. O, hadisə haqda danışan zaman aralarında barışıq olduğunu bildirib: "Şikayətim yoxdur".

Məhkəmənin növbəti iclası avqustun 21-nə təyin edilib.

Qeyd edək ki, C.Salamov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2154   Tarix: 14 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 284
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 613
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 694
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 314
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 148
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 421
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 414
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 283
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 366