Vitse-prezident 16 aydır pul verməyən federasiya prezidenti ilə məzələndi - FOTO

Vitse-prezident 16 aydır pul verməyən federasiya prezidenti ilə məzələndi - FOTOMəlum olduğu kimi ən çox maaş problemi yaşayan federasiyalardan biri də Azərbaycan Qılıncoynatma Federasiyasıdır.
BiG.AZ xəber verir ki, qurumun rəhbəri Nazim İbrahimov bir ildən çoxdur idmançıları və məşqçiləri aldadır. Hər dəfə federasiya rəsmilərinin şikayətindən sonra problemin həll olunacağını desə də bu barədə heç bir addım atılmır.
Hətta federasiyasının vitse-prezidenti Yaşar Məmmədov bu barədə özünün və idmançıların şikayətini dilə gətirsə də rəhbər şəxs onları loru dillə desək "yola verir".
Bu səbəbdən vitse-prezident qurum rəhbəriylə bağlı şikayətini dəfələrlə mətbuatda açıq-aşkar dilə gətirib.
Vitse-prezident bu dəfə Nazim İbrahimovla bağlı yaradılmış "kaps"i paylaşıb.
Və öz paylaşımına belə rəy yazıb:
"1 il əvvəl Asəf Məlikov Nazim İbrahimov haqqında belə sözlər demişdi.
İndi isə ən yaxşı "rəfiqəsi" kimi mənə qarşı birləşiblər.
Amma mən onlara inananları axmaq adlandırıram".
Qeyd edək ki, Yaşar Məmmədovun indi paylaşdığı bu şəkili Asəf Məlikov bir il əvvəl paylaşıb. Hansı ki, o zamanlar o da Nazim İbrahimova qarşı sərt çıxışlar edirdi. İndi N.İbrahimovla dostlaşaraq vitse-prezident Yaşar Məmmədova qarşı çıxır. Bu səbəbdən də Y.Məmmədov Məlikovun keçmiş paylaşımını yenidən paylaşaraq onlara sərt reaksiya verib.
Onu da bildirək ki, Asəf Məlikov
"Fencing" İdman Klubunun rəhbəri və məşqçidir.
Vitse-prezident 16 aydır pul verməyən federasiya prezidenti ilə məzələndi - FOTOVitse-prezident 16 aydır pul verməyən federasiya prezidenti ilə məzələndi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1938   Tarix: 14 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 13:34. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16.09.2021 2354
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün

29.08.2021 834
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755