Alimlərdən xəbərdarlıq: Rekord istilər gəlir

Alimlərdən xəbərdarlıq: Rekord istilər gəlirKeçən il Kanadanın Alberta vilayətində rekord istilik qeydə alınmışdı.

Kəskin isti hava və quraqlıqlar Hindistanı bürüyərək, su qıtlığı böhranı yaradıb.

BiG.AZ Milli.Az-a istinadən bildirir ki, ABŞ-ın Milli Okean və Atmosfer İdarəsinin 2016-cı il Dövlət İqlim hesabatında bildirilir ki, keçən il planetdə indiyədək qeydə alınan ən yüksək temperatur olub. Hesabatın müəlliflərindən biri Dek Arndt Amerikanın səsinə danışıb.

"Bu, bildiklərimizi bir daha təsdiq edir. Biz istiləşən planetdə yaşadığımızı bilirik. Bu prosesin davam edəcəyini, istiləşmənin dünyanın hər bir yerində problemlərə səbəb olacağını bilirik."

Hesabatda deyilir ki, güclü El Nino hava axını temperaturun, quraqlıqların və ağır yağışların kəskin artmasına səbəb olub.

Hər il dəyişməkdə olan hava temperaturu planeti istilədən qazların həcminin artması ilə bağlı narahatlıqların mövcud olduğu bir zamanda baş verir. Həmin qazlar hal-hazırda planetimizdə ən azı 800,000 il ərzində müşahidə edilməyən səviyyədədir.

Yerin iqliminin illik yoxlanışı 62 il ölkədən təxminən 500 alimin iştirakı ilə həyata keçirilib.

Arndt deyir ki, həmin alimlərin planetin istiləşməsi ilə bağlı şübhələri yoxdur.

"Biz, təbii ki, istiləşmənin artım nisbəti, istiləşmənin səbəbləri haqqında danışa bilərik. Amma bir şey dəqiqdir ki, istiləşmə səbəblərinin böyük əksəriyyəti insanların fəaliyyəti ilə bağlıdır."

Hesabatda qeyd olunan bu fakt Tramp administrasiyasını çətin vəziyyətə qoyur. ABŞ Ətraf Mühit Mühafizəsi İdarəsinin rəhbəri Skot Pruit istiləşmədə insanların rolunun olduğunu sual edir.

"Mən inanıram ki, insan fəaliyyətinin iqlimə təsirini dəqiqliklə ölçülməsi üsulları mübahisələrə açıq mövzudur."

Bu baxışlar və ABŞ-ın Paris İqlim Sazişindən çıxması Tramp administrasiyasının iqlim araşdırma proqramlarının dayandıracağı ilə bağlı alimlərin narahatlığına səbəb olub.

Bu alimlər 13 dövlət idarəsinin verdiyi məlumatlar əsasında hazırladıqları hesabatı New York Times qəzetinə təqdim ediblər. Hesabatda iqlim dəyişikliyinə insanların səbəb olduğu fikrinə alternativ izahat yoxdur.

Ağ Ev mətbuat katibi Sara Sanders deyib ki, "bu hesabatın Ağ Evlə dəqiqləşdirilmədən New York Times qəzetində dərc edilməsi məyusedici, eyni zamanda gözlənilən idi."

Lakin sözçü kəskin hava vəziyyətinin artmağa davam edəcəyini bildirən hesabatın mahiyyəti ilə bağlı heç bir şərh verməyib.

Tramp administrasiyası rəsmilərinin hesabatı gələn cümə gününə qədər gözdən keçirəcəkləri ehtimal edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4732   Tarix: 12 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568