Daha bir abituriyent pulu olmadığı üçün təhsildən imtina edir - "Atam bizi atıb gedib..."

Daha bir abituriyent pulu olmadığı üçün təhsildən imtina edir - "Atam bizi atıb gedib..."Azərbaycanda daha bir abituriyent maddi imkansızlıq səbəbindən universitetdə oxumaqdan imtina etmək istəyir.

BiG.AZ xəbər verir ki, bu barədə bakupost.az-a abituriyent Suzanna Aidayeva danışıb. 20 yaşlı abituriyent ali məktəbə qəbul imtahanlarına repetitorsuz, evdə hazırlaşaraq 473 bal toplayıb. Lakin Azərbaycan vətəndaşı olmadığından pulsuz təhsil hüququndan məhrumdur.

S. Aidayeva Rusiyanın Nijnevartovsk şəhərində anadan olub. Atası azərbaycanlıdır. Valideynləri boşandıqdan sonra atası onun sənədlərini itirdiyini bildirib və daha sonra ailəsiylə maraqlanmayıb. Sənədləri qaydasında olmadığından Suzanna Azərbaycan vətəndaşlığı ala bilməyib. Anası isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında (BMT QAK) qeydiyyatdadır.

"Anamın şəxsiyyətini təsdiq edən etibarlı sənədi olmadığından mən indiyədək doğum haqqında təkrar şəhadətnamə və hər hansı ölkəyə vətəndaşlığımı təsdiq edən sənədlə təmin oluna bilməmişəm. Mən də vətəndaşlığı olmayan şəxs kimi BMT QAK-da qeydiyyatdayam.

Bu il orta məktəbi bitirdim. Maddi vəziyyətimiz imkan vermədiyi üçün evdə hazırlaşdım, universitetə qəbul olmaq üçün BMT QAK-ın himayə sənədi ilə imtahan verdim və 473 bal topladım. Azərbaycan Dillər Universiteti, yaxud da Bakı Slavyan Universitetində təhsil almağı planlaşdırıram.

Lakin vətəndaşlığı olmayan şəxs olduğum üçün mən Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan pulsuz ali təhsil almaq hüququndan istifadə edə bilmirəm. Belə ki, mövcud qanunvericiliyə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil ala bilərlər", - deyə S. Aidayeva qeyd edib.

Abiturinet təhsil ala bilmək üçün 2500 manata ehtiyacı olduğunu deyib: "Biz anamla kirayədə yaşayırıq. Anam işləyir, amma təhsil haqqımı ödəyə biləcək durumda deyilik.

Təhsil haqqımı ödəmək üçün maksimum 2500 manat pula ehtiyacım var. Təhsil haqqıma yardım edilməsi məqsədilə bir beynəlxalq təşkilata müraciət etdim. Onlar bundan imtina etdilər.

Bu səbəbdən də üzümü yardımsevər insanlara tuturam. Aşağıdakı bank hesabına pul köçürməklə mənə yardım edə bilərsiniz.

Bank Respublika, hesab nömrəsi: 380194400203391401".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2004   Tarix: 10 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179