Azərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir – FOTOLAR

Azərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir – FOTOLAR8 Avqust 2017-ci il, Qəbələ, Azərbaycan: 130-dan cox ölkədən 320 gəncin iştirakı ilə 13-cü Dünya Skaut Gənclər Forumu (ÜSGF) keçirilir. Bu, iştirakçıların sayına və təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük forumudur.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) və Azərbaycan Skautlar Assosiasiyası tərəfindən təşkil olunan Dünya Skaut Gənclər Forumu (ÜSGF) 18-26 yaş arası olan skautlar arasında ünsiyyət və gənc liderlərin ideyalarının mübadiləsi platformasıdır.

İştirakçılar forumun gedişi çərçivəsində fəal vətəndaş mövqeyi və liderliyə həsr olunan sessiyalarda çalışacaq və təqdimatlarda iştirak edəcəklər. Bütün iştirakçıların sosial fəaliyyətini və cəmiyyətin inkişafında onların uğurlarını göstərən və fərdi layihələrin təqdim olunduğu maraqlı 360 Market Place gözlənilir. Tədbirin son günündə iştirakçılar öz aralarında forumun əsas mövzusuna, gənclərin dünyada baş verən proseslərə təsirinə dair müxtəlif mövzular üzrə müzakirələr aparacaqlar.

Forum çərçivəsində "Mədəniyyət axşamı" təşkil olunacaq. Axşamda iştirakçılar öz ölkələrinin tarixi və ənənələrini, milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirəcəklər. Ev sahibi qismində çıxış edən Azərbaycanın milli mədəniyyətinin zəngin və ecazkar geyimlərini əks etdirən xüsusi proqram təqdim ediləcəkdir.

Forumda 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinin (İdarə Heyəti) gənc məsləhətçiləri seçiləcəkdir. Gənc məsləhətçilərin əsas məqsədi Dünya Skaut Hərəkatı Təşkilatında qərarların verilməsi prosesində gənclərin rolunun artırılmasına imkan yaratmaqdır.

Forumun sədri və hazırkı gənc məsləhətçi Jeremi Apert qeyd etdi ki, Dünya Skaut Gənclər Forumu lider olmaq və hərəkatın gələcəyi üçün töhfə vermək istəyən gənc nəsil üçün unikal imkandır.

13-cü Ümumdünya Skaut Gənclər Forumundan sonra gənc liderlər qəbul etdikləri sənədlərin səsləndiriləcəyi 41-ci Dünya Skaut Konfransında iştirak edəcəklər. Qəbul olunmuş qərarlar Konfransın yekun qərarlarına da daxil ediləcəkdir.

Konfrans 14-18 avqustda Bakı Konqres Mərkəzində baş tutacaq.

Azərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir – FOTOLARAzərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir – FOTOLARAzərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir – FOTOLARAzərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir – FOTOLARAzərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir – FOTOLARAzərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir – FOTOLARAzərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir – FOTOLARAzərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir – FOTOLARAzərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir – FOTOLARAzərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir – FOTOLARAzərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir – FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 922   Tarix: 08 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

05.05.2024 201
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 174
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

05.05.2024 169
.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

05.05.2024 155
.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

05.05.2024 167
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 253
.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

10:08 219
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

05.05.2024 232
.

18 mindən çox iştirakçının yarışdığı "Bakı marafonu 2024" start götürüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı marafonu 2024"ə start verilib. xəbər verir ki, yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır. Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəd

05.05.2024 238