DİN və Baş Prokurorluq Nail Allahverdiyevin həbsi ilə bağlı birgə rəsmi MƏLUMAT YAYIB

DİN və Baş Prokurorluq Nail Allahverdiyevin həbsi ilə bağlı birgə rəsmi MƏLUMAT YAYIB"Dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək"

Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb.

BiG.AZ xəbər verir ki, birgə rəsmi məlumatda avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi "Mercedes-Gelandawagen" markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verdiyi bildirilib.

Fakla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı "Mercedes-Gelandawagen" markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan "Mazda" markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

"Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək", - birgə rəsmi məlumatda bildirilib. (Report)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2389   Tarix: 07 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ruanq vulkanına görə 12 min insan evakuasiya edilib - VİDEO

Dünən İndoneziyanın şimalında yerləşən Rvanq adasında yerləşən Ruanq vulkanı lava püskürüb. BİG.AZ xəbər verir ki, hadisə zamanı 12 min insan evakuasiya edilib. Vulkan vulkanının yerləşdiyi Rvanq adası ötən ay baş verən püskürmələr nəticəsində tamamilə boşaldılıb. Adada yaşayan 828 nəfər ətraf ərazilərd

02.05.2024 185
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

02.05.2024 805
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 783
.

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var - VİDEO

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Məlumata görə, partlayış və ardınca baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb. Hadisə yerinə polis, Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdar

02.05.2024 181
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 905
.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

02.05.2024 163
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 746
.

Çox dondurma yeməyin zərərləri nədir?

Dondurma yay aylarının əvəzolunmaz desertidir. Sərinləmək üçün yediyimiz dondurmadan həzz aldığımız qədər, zərərləri də var.Dondurmanın tərkibində süd və süd qatı maddələr var, ona görə də hər dəfə dondurma yeyəndə vücudunuz D vitamini, A vitamini, kalsium, fosfor və riboflavin alır. Bundan əlavə, müxtəli

02.05.2024 212
.

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə ço

02.05.2024 204