"Qarabağ"ın rəqibinin oyununda azarkeşlər aranı qatdı - ƏLBƏYAXA DAVA

"Qarabağ"ın rəqibinin oyununda azarkeşlər aranı qatdı - ƏLBƏYAXA DAVA"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Kopenhagen"in çempionat görüşündə insident yaşanıb.

BiG.AZ Apasport.az saytına istinadən xəbər verir ki, qalmaqal Danimarka Superliqasının IV turu çərçivəsində "Brondbü" ilə səfər matçında baş verib.

Belə ki, oyunun son dəqiqələrində qonaq komandanın azarkeşləri aranı qatıblar. Hər şey "Brondbü"nün hesabı açmasından sonra başlayıb. Buraxılan qoldan aqressivləşən "Kopenhagen"in bir qrup fanatı polislərin üzərinə hücum çəkiblər və onlara zərbələr vurmağa başlayıblar. Nəticədə digər asayiş keşikçiləri də azarkeşləri sakitləşdirmək üçün həmin tribunaya tərəf yollanıblar.

Aranın qarışdığını görən hakim Anders Poulsen oyunu dayandırıb. 15 dəqiqəlik fasilə müddətində polislər fanatları sakitləşdirə biliblər. Bundan sonra isə matç yenidən bərpa olunub və əsas vaxta əlavə olunmuş dəqiqələr oynanılıb. Referinin final fiti "Brondbü"nün 1:0 hesablı qələbəsini rəsmiləşdirib.

Məsələ ilə bağlı "Kopenhagen"in icraçı-direktoru Anders Horşolt klubun saytına açıqlama verib: "Fanatlarımızın bu cür davranışı biabırçılıqdı. Onların hərəkətinə heç cür bəraət qazandırmaq olmaz. Polisə hücum çəkmək nə deməkdi? Baş verən insident utancvericidi. Klub olaraq, biz də həmin qalmaqala səbəb olanları cəzalandıracağıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1028   Tarix: 07 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

UEFA "Qarabağ"a 3 milyon ödədi

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. "Köhlən atlar"a Avropa Liqasında pley-offa vəsiqə qazanması və 1/8 final mərhələsinə yüksəlməsinə görə 1 milyon 700 min avro (3 milyon, 133 min manat

04.04.2024 491
.

Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

Azərbaycanın cüdo yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq 1993-cü ildən bəri ən yaxşı nəticəni əldə edib. "Report"un məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb

28.04.2024 605
.

"Çelsi"nin keçmiş baş məşqçisi "Portu"nun prezidenti olub

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş "Portu"nun prezidenti olub. "Report" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. "Andre Villaş-Boaş "Portu"nun yeni prezidentidir. 26 876 üzv qurumun 32-ci rəhbərini seçib", – məlumatd

28.04.2024 209
.

Rusiyalı dünya çempionu vəfat edib

Şosse velosipedi üzrə dünya çempionu Natalya Melyoxina vəfat edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Velosiped İdmanı Federasiyası məlumat yayıb. O, uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib. Natalya Melyoxina 1989-cu ildə komanda yarışında dünya çempionu olub. O, həmçini

30.03.2024 358
.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14.04.2024 299
.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub

07.04.2024 345
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 381
.

İbrahimoviç "Milan"da dəyişikliklərə səbəb olacaq mühüm qərarlar verəcək

"Milan"ın keçmiş hücumçusu, hazırkı baş məsləhətçisi Zlatan İbrahimoviç komandanın yeni baş məşqçisinin seçilməsində, eləcə də yay transfer pəncərəsində futbolçuların alınmasında əsas rol oynayacaq. Bundan əvvəl mətbuatda isveçlinin Antonio Konteni baş məşqçi postuna dəvət etməkdə maraqlı olduğ

27.04.2024 242
.

"Barselona"nın futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

"Barselona" klubunun gənc müdafiəçisi UEFA Çempionlar Liqasının tarixinə düşüb. Bu barədə məşhur futbol jurnalisti Fabritsio Romano məlumat verib. Belə ki, kataloniyalıların 17 yaşlı müdafiəçisi Pau Kubarsi ÇL-in dörddəbir final mərhələsində meydana çıxan ən gənc futbolçu olub. İspaniyalı müdafiəç

11.04.2024 534