Bakı çimərliklərində üz qarası və ürək açan GÖRÜNTÜLƏR - FOTOLAR

Yay mövsümündə Bakı sakinlərinin, eləcə də qonaqların ən çox üz tutduğu yer Xəzərin sahilboyu çimərlikləri olur.

Maddi imkanı az olan sakinlərin bir qismi istirahətini ödənişsiz və ya az ödənişli ictimai çimərliklərdə keçirə bilir.

Bakı çimərliklərində üz qarası və ürək açan GÖRÜNTÜLƏR - FOTOLAR"Kasıb təbəqə üçün bura yaxşıdır. Elə çimərliklər var giriş üçün ödəniş etməlisən. Ora getməyə imkanımız yoxdur. Bura isə piyada gəlirik deyə pul vermirik", - Pirşağı, Qızılqum çimərliyində istirahət edən 63 yaşlı Sevil Əhmədova deyir.

Bakı çimərliklərində üz qarası və ürək açan GÖRÜNTÜLƏR - FOTOLARHavanın küləkli, dənizin dalğalı olmasına baxmayaraq xüsusi ilə ictimai çimərliyə gələnlərin sayı çox olur.
Xəbərdarlıq üçün yazılı lövhələrdə nişanlar qoyulsa da istirahətə gələnlər buna əhəmiyyət vermir.
Pulsuz ictimai çimərliklərdə xilasedicilərə az hallarda rast gəlmək olur.

Bakı çimərliklərində üz qarası və ürək açan GÖRÜNTÜLƏR - FOTOLAR"Tez-tez bu çimərliyə gəlirəm. İndi də maşınımla gəlmişəm. Girişdə 1 manat pul istədilər, vermədim. Əslində çimərliklərə giriş pulsuz olmalıdır. Amma təəssüf ki, bəzi yerlərdə, elə bura da maşınla girəndə pul alırlar," Hikmət Əliyev bildirir.

Bakı çimərliklərində üz qarası və ürək açan GÖRÜNTÜLƏR - FOTOLAR"Mən İsveçdə yaşayıram. Orada heç bir çimərlikdə bu cür natəmizlik yoxdur. Hətta ictimai çimərliklər də pulsuzdur. Hər il yayda Bakıya gələndə buradakı çimərliklərdə oluram. Fərqi yoxdur ödənişlidir, ya ödənişsiz, çoxunda su da, torpaq da çirklidi", - Tural Quliyev deyir.

Bakı çimərliklərində üz qarası və ürək açan GÖRÜNTÜLƏR - FOTOLARİctimai çimərliklər pulsuz olsa da burada masa sifarişi, geyinib-soyunma otağı ödənişlidir. Əlavə pul xərcləmək istəməyənlər sadəcə qumun üzərində süfrə açmaqla kifayətlənir.

Bakı çimərliklərində üz qarası və ürək açan GÖRÜNTÜLƏR - FOTOLARBakının Şıxov çimərliyində ən ucuz çimərlik sahəsinə bir nəfər üçün giriş qiyməti 2 AZN-dir. Çimərlikdə masa sifarişi 10-15 AZN arasında dəyişir.
Lakin buradakı çimərliyin həm su, həm qumlu sahəsində natəmizlik müşahidə olunur.
Az sayda zibilqabılar isə boşaldılmadığından artıq tullantılar torpaq üzərinə atılır.

Bakı çimərliklərində üz qarası və ürək açan GÖRÜNTÜLƏR - FOTOLAR"Təmiz havasına görə çimərliyə gəlməyi xoşlayıram, amma dənizdə çimmirəm. Göz qabağındadı hər şey, təmizlik yoxdur. Sadəcə bura evimizə yaxındı deyə gəlirik, uzağa gedə bilmirik,"- şəhər sakini Tahirə Hacıməmmədova ətrafdakı tullantılardan şikayətlənir.

Bakı çimərliklərində üz qarası və ürək açan GÖRÜNTÜLƏR - FOTOLAR"Mən Moskvada yaşayıram. Birinci dəfədir bura gəlirəm. Əşyalarımı nəzarətçiyə buraxmışam. Amma etibarlı yerdə saxlandığına da əmin deyiləm",- Bakıya qonaq gələn 26 yaşlı Rafael Paşayev deyir.

Bakı çimərliklərində üz qarası və ürək açan GÖRÜNTÜLƏR - FOTOLARBilgəh qəsəbəsindəki ictimai çimərliklərdə xidmət səviyyəsinə görə seçilir. Girişi adambaşı 5 AZN olan çimərlikdə çətirli masa-oturacaqlar, geyinib-soyunma otağı üçün əlavə xidmət haqqına ehtiyac olmur.

Bakı çimərliklərində üz qarası və ürək açan GÖRÜNTÜLƏR - FOTOLAR"Əslində bura ictimai çimərlikdir. Pulsuz olmalıdır, amma girişdə ödəniş etdik. Üstünlüyü odur ki, suyu da qumu da digər çimərliklərdən təmizdir,"- istirahətə gələn sakinlərdən biri deyir.

Bakı çimərliklərində üz qarası və ürək açan GÖRÜNTÜLƏR - FOTOLARPulsuz ictimai çimərliklərdə xilasedicilərə az hallarda rast gəlmək olur. Onlardan fərqli olaraq ödənişli sahələrdə xilasedicilər daha çox nəzarət edir. Burada küləkli, dalğalı şəraitdə dənizdə üzənlərə sahildən çox aralanmaq yasaq olunur.

Bakı çimərliklərində üz qarası və ürək açan GÖRÜNTÜLƏR - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 5641   Tarix: 04 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mülki əhali arasında 20-dən çox şəxs HƏLAK OLUB" - Tural Gəncəliyev

Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artileriya atəşinə tutulur. Report-a istinadən xəbər verir ki

03.10.2020 745
.

Hərbi əməliyyatlar zamanı Ermənistana 2,7 milyard dollar ziyan dəyib - İNFOQRAFİKA

Bir ay ərzində Ermənistanın hərbi texnika və sursat itkisinin həcmi 2,7 milyard ABŞ dollarından çox olub. xəbər veri ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu Ermənistanın nəzərdə tutulan müdafi

27.10.2020 1567
.

Nadir Qafarzadə "AYTƏNLƏ ÜZ-ÜZƏ" - VİDEO

ın "AYTƏNLƏ ÜZ-ÜZƏ " verilişində qonaq olan müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib. Verilişdə bəzi məqamlara toxunan sənətçi göz yaşlarını saxlaya bilməyib. AYTƏN SAKİTQIZI

14.10.2020 2248
.

Bu aktrisanı Ebru Gündeşə BƏNZƏTDİLƏR - FOTO

Türkiyənin sevilən aktrisası Hazar Ergüçlüdən yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, sosial mediada aktrisanın keçmiş fotosu yayılıb. İzləyicilər həmin fotoda Hazarın çox dəyişdiyini deyiblər. Hətta onlar arasında aktrisanı ifaçı Ebru Gündəşə bənzədən də olub. Fidan Bayramova

18.09.2020 3764
.

Deren Talu və Serenay Sarıkaya arasında QALMAQAL - "O sənin ögey anandır"

Gündəmdən düşməyən Serenay Sarıkaya və Cem Yılmaz cütlüyü ilə bağlı yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, bu dəfə yeni bir iddia Cem Yılmazın keçmiş sevgilisi Defne Samyelinin qızı Deren Talu tərəfindən irəli sürülüb. Bir şampun brendinin çəkilişinə dəvət edilən Deren Talu həmin təklif

26.08.2020 5459
.

Gözaltı kölgələrin yaranma SƏBƏBİ

Bir çoxları gözlərinin altındakı göyərmə, tündləşmə, qaralmadan əziyyət çəkir. Bəzən bunu yorğunluq, qanazlığı, böyrək xəstəlikləri ilə bağlayırlar. -a istinadən bildirir ki, bu problemin səbəbi K vitamininin çatışmaması ola bilər. K vutamini də A və E kimi cavanlıq, dəri və gözəllik vitaminidir. Onu

17.08.2020 2081
.

Gəncədə yaşayan Abbas Bağırov xalqa ÇAĞIRIŞ ETDİ - FOTOLAR

Müğənni Abbas Bağırovdan xəbər var. xəbər verir ki, hazırda Gəncədə yaşayan əməkdar artist "İnstagram" səhifəsində erməni vandllarının oktyabrın 10-da törətdiyi Gəncə hadisələri ilə bağlı paylaşım edib. Müğənni paylaşımına belə şərh yazıb:. "Azərbaycanın döyüş nöqtələrində və dinc əhalini

12.10.2020 3727
.

Rayonlara gediş-gəlişlə bağlı XƏBƏRDARLIQ

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. -a istinadən xəbər verir ki, bu barədə -a danışa

04.08.2020 3157
.

Bərbərxana və gözəllik salonları yenidən bağlanır

Xəbər verdiyimiz kimi, iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq. "Qafqazinfo"nun məlumatına görə, məhdudiyyətləri tətbiq olunduğu müddət ərzində bərbərxana və gözəllik salonları bağlanacaq. Bun

18.06.2020 2779