"Şantaj edərək əlillik dərəcəsi almaq..."- Nazirlikdən özünü yandıran şəxslə bağlı AÇIQLAMA

"Şantaj edərək əlillik dərəcəsi almaq..."- Nazirlikdən özünü yandıran şəxslə bağlı AÇIQLAMAƏmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Bakıda əlillik dərəcəsi almaq istəyən şəxsin intihara cəhd etməsi hadisəsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib ki, prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, son illərdə əmək və sosial müdafiə sahələri, o cümlədən əlilliyin qiymətləndirilməsi sahəsi tam elektron infrastruktur üzərində qurularaq şəffaflaşdırılıb. Hazırda əlilliyin təyinatı proseduru elektron sistem vasitəsilə və tam şəffaf şəkildə həyata keçirilir: "Ona görə də hansısa şəxsin özünə qəsd edərək şantaj etməklə əlilllik dərəcəsi almaq üçün müvafiq dövlət orqanına təzyiq göstərmək cəhdinin heç bir mənası yoxdur".

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vətəndaş Cabbarov Sərxan Sərvər oğlunun əlillik dərəcəsi almaq üçün özünü yandırmaq istəməsi hadisəsinə münasibət bildirərkən vurğulayıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) haqqında əsasnaməyə edilmiş dəyişikliklərə əsasən vətəndaşların onlara əlillik dərəcələrinin təyin edilməsi məqsədilə TSEK-lərə müvafiq sənədlərlə müraciət etmələri, TSEK-də müayinə olunmaqla əlilliyin qiymətləndirilməsi proseduru ləğv olunub: "Bu proses artıq elektron qaydada, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) vasitəsilə həyata keçirilir. Belə ki, əlilliyin qiymətləndirilməsi üçün göndərişin (forma 88) rəsmiləşdirilməsi haqqında məlumat Səhiyyə Nazirliyindən elektron qaydada real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq elektron sisteminə - TSERAS-a ötürülür. Göndərişi verən səhiyyə müəssisəsinin, onu təsdiq edən şəxslərin, eyni zamanda göndərişin aid olduğu şəxsin (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşın) kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar elektron sistem tərəfindən adsızlaşdırılmaqla kodlaşdırılır. Bundan sonra həmin göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə onu vermiş səhiyyə müəssisəsinin yerləşdiyi və şəxsin qeydiyyatda olduğu yer üzrə TSEK istisna olunmaqla hər hansı TSEK-ə göndərilir".

Nazirlik rəsmisi qeyd edib ki, göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında şəxsin əlilliyi qiymətləndirilir və əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Beləliklə, elektron sistem göndərişin kimə aid olduğu, hətta hansı rayon və şəhərin səhiyyə müəssisəsindən göndərildiyi bilinmədən, tam obyektiv və şəffaf şəkildə əlillik qrupunun təyin olunub-olunmamasına dair qərar qəbul edilməsinə imkan verir. Eyni zamanda, əlillik qrupunun təyin edilib-edilməməsinə dair qərar barədə məlumat, eləcə də əlillik təyin olunmasından imtina verilibsə, bu imtinanın səbəbi də vətəndaşın elektron ünvanına və ya telefonla mesaj vasitəsilə ona çatdırılır: "Ona görə bir daha diqqətə çatdırırıq ki, əlilliyin qiymətləndirilməsi üçün elektron qaydada, insan müdaxiləsi, subyektiv yanaşmalar mümkün olmayan belə bir şəffaf sistem mövcud olduğu halda, özünə xəsarət yetirmək, şantaj vasitəsilə dövlət orqanına təzyiq etmək, guya bununla əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır. Belə cəhdlər qeyri-qanunidir və heç vaxt müsbət nəticələnə də bilməz".

Qeyd edək ki, əlillik dərəcəsi almaq istəyən şəxsin özünü yandırmaq istəməsi ilə bağlı xəbəri dünən Lent.az yaymışdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 924   Tarix: 02 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443