Azərbaycanda İLK! Futbol Klubumuz Çempionlar Liqasının TM-ni KEÇDİ

Azərbaycanda İLK! Futbol Klubumuz Çempionlar Liqasının TM-ni KEÇDİ

UEFA Çempionlar Liqasında “Şerif”- “Qarabağ” oyunununda Ağdam təmsilçisi qalib olub.

BiG.AZ xəbər verir ki, "Şerif" ikinci hissəyə əlavə edilmiş 4-cü dəqiqədə hesab arasındakı fərqi azaltsa da, oyun Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb: 1:2

Bununla da "Qarabağ" Çempionlar Liqasının "play-off" mərhələsinə vəsiqə qazanıb.

Bakıda keçirilən ilk qarşılaşmada rəqibi ilə qolsuz bərabərə qalan "Qarabağ" səfərdə lazımı nəticəni təmin etdiyindən qitənin ən nüfuzlu klub turnirində "play-off" mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub. Ölkə çempionu paralel olaraq son üç mövsümdə iştirakçısı olduğu Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 3428 Tarix: 02.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Fioletta
Fioletta 02.08.2017
tebriklerrr


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər