"Qarabağ"ın oyununa NECƏ baxmaq olar? - RƏSMİ AÇIQLAMA

"Qarabağ"ın oyununa NECƏ baxmaq olar? - RƏSMİ AÇIQLAMAÇempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Şerif" – "Qarabağ" matçı Azərbaycancda canlı yayımla nümayiş etdirilməyəcək.

BiG.AZ xəbər verir ki, bu barədə qol.az-a eksklüziv açıqlamasında "Şerif" şirkətinin ("Şerif" klubu bu şirkətə tabedir) teleyayım məsələlərinə məsul olan rəsmi nümayəndəsi Yevgeni Raşkovan məlumat verib. Onun sözlərinə görə, yayımla əlaqədar Azərbaycan tərəfdən heç bir telekanal onlara müraciət etməyib: "Hətta bundan sonra müraciət olunsa belə, oyunun göstərilməsi texniki tərəfdən mümkün deyil".

Y.Raşkov yayıma görə Azərbaycan tərəfədən 100 min dollar tələb olunması ilə bağlı xəbəri şərh etmək istəmədiyini söyləyib. Bununla belə, o qeyd edib ki, hələ ilk matçdan əvvəl "Şerif" Moldovadakı cavab oyunu üçün qarşı tərəfdən 50 min dollar istəyib: "Cavab oyununun qiyməti ilə bağlı heç nə deyə bilmərəm. Azərbaycandan hec bir telekanal oyuna görə bizə müraciət etməyib. Ümumiyyətlə, bu məsələ hələ ötən həftənin 4 ya 5-ci günü həllini tapmalı idi. İndi oyunun başlamasına bir neçə saat qalıb. Bundan sonra matçın yayımı texniki tərəfdən də mümkün deyil".

"Şerif" rəsmisi bildirib ki, hələ ilk oyundan əvvəl "Qarabağ" klubu onlara oyunların qarşılıqlı şəkildə pulsuz yayımlanması üçün müraciət edib: "Amma biz "Qarabağ"ın bu şərtini qəbul etmədik. "Şerif" – "Qarabağ" oyunu sıradan matç deyil. Biz bu oyundan həm də maddi olaraq qazanmaq istəyirik. Amma dediyim kimi, Azərbaycan tərəfdən hec kim bizə müraciət etməyib".

"Şerif" rəsmisi oyunu Moldovanın CTB telekanalı və moldfootball.com saytı vasitəsi ilə canlı nümayiş etdiriləcəyini deyib.

Xatırladaq ki, "Şerif" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1882   Tarix: 01 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7

04.09.2021 627
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972