"Mən istefa verməmişəm, işdən çıxarılmışam"
Türkiyə millisinin baş məşqçisi vəzifəsindən ayrılan Fatih Terim bu gün Tvitter hesabından açıqlama yayıb.
BiG.AZ-ın Qol.az-a istinadən xəbərinə görə, o yazıb ki, 3.5 il çalışdığı Türkiyə Futbol Federasiyasındakı (TFF) vəzifəsindən istefa verməyib, çıxarılıb.
"Bir müddət əvvəl yaşanan olaydan (restorandakı məlum dava nəzərdə tutulur – red.) sonra Yıldırım Demirörənə (TFF prezidenti – red). dedim ki, əgər bu hadisə quruma və şəxslərə zərər verirsə, vəzifəmdən gedə bilərəm. Bundan sonra Yıldırım Dəmirörən məni qucaqlayaraq "Hocam, hələ qarşıda çox işimiz var" dedi və işdən ayrılmağımın mümkün olmadığını söylədi" – deyə F.Terim yazıb.
O daha sonra qeyd edib ki, bu görüşdən bir neçə gün sonra Əli Dürüst (TFF-nin birinci vitse-prezidenti – red.) rəhbərliyinin onun işinə son verdiyi barədə qərarı açıqlayıb.
F.Terim qeyd edib ki, bundan sonra Yıldırım Dəmirörənlə yenidən görüşüb: "Ondan həqiqəti söyləməsini istədim. Dedi ki, sənə çox təzyiq ediblər. Sənə görə də bizə təzyiq edirlər".
BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman Baxılıb: 2855 Tarix: 30 iyul 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşRonaldonun yeni klubu rəsmən açıqlandı
"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib
27.08.2021 1027 "Formula 1" pilotu koronavirusa yoluxub
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək
05.09.2021 551 MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı
Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı
11.09.2021 671 Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir
Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl
27.08.2021 1378 Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5
22.08.2021 758 Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc
07.09.2021 975 Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı
Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda
29.08.2021 1349 Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO
Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində
13.09.2021 1755 İbrahimoviçin qayıdacağı vaxt bilindi
"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib
23.08.2021 954