Bakıda inanılmaz olay: TƏCİLİ yardımın işçilərini DÖYDÜLƏR - Səbəb...

Bakıda inanılmaz olay: TƏCİLİ yardımın işçilərini DÖYDÜLƏR - Səbəb...Paytaxt sakini: "Ailə üzvlərimizdən heç kəs həkimlərə xəsarət yetirməyib, bu, yalandır

Bugünlərdə Bakıda çağırışa gedən təcili tibbi yardım stansiyasının işçilərinin sərxoş şəxslər tərəfindən döyüldüyü xəbəri yayılıb. Məlumata görə, hadisə gecə yarı paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi Telnov küçəsində baş verib.

7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının əməkdaşları olan həkim Aynurə Şamilzadə və feldşer Günay Həziyeva çağırış üzrə restoranların birinə gediblər. Lakin iddialara görə, tibb əməkdaşları hadisə yerində xəstənin yaxınları tərəfindən döyülüb. Tibb əməkdaşlarının mətbuata verdikləri açıqlamaya əsasən, xəstə içkinin təsirindən şok vəziyyətdə olub. Yaxınları isə onun xəstəxanaya aparılmasına qarşı çıxıb və mübahisə də bu səbəbdən baş verib.

Lakin qarşı tərəf, xəstə Salmanova Nuriyyə Elman qızı redaksiyamıza gələrək olanları təkzib edib. Şikayətçinin sözlərinə görə, həkimlərin döyülməsi tamamilə yalandır. Əksinə, xəstənin yaxınlarına təzyiq göstərilib: "İyulun 15-də restoranların birinə sünnət toyuna getmişdik. Təxminən saat 11 radələrində restorandan çıxdıq. O anda halım pisləşib, yıxılmışam. Yaxınlarım və tanışımız olan Elvin təcili tibb yardım çağırıblar. Həkimlər iki dəfə mənə iynə vurub, təzyiqimi ölçüblər. Bununla da işlərini bitmiş hesab edərək getmək istəyiblər. Lakin özümə gəlmədiyimi görüb yaxınlarım tələb ediblər ki, məni xəstəxanaya aparsınlar. Tibb əməkdaşları isə bildiriblər ki, mənim kimi xəstəni xəstəxanaya aparmaq üçün səlahiyyətləri yoxdur, qanun buna icazə vermir. Bizimkilər də vəziyyətim ağır olduğu üçün narazılıq ediblər. Lakin həkimlər dirəniblər ki, aparmayacağıq. Təsəvvür edin ki, təcili tibbi yardım maşınının sürücüsü mənə görə xərəyi düşürüb, həkimlər də buna qəzəbləniblər ki, kim sənə icazə verdi ki, xərəyi düşürəsən!".

Şikayətçinin sözlərinə görə, təcili tibbi yardım əməkdaşları mübahisə zamanı bacısı Günel Salmanovanı itələyiblər. Nəticədə bacısı qolundan ciddi xəsarət alıb: "Mübahisənin sonunda tibb əməkdaşları məni xəstəxanaya aparmağa razılaşıblar. Bu zaman bacım təcili tibbi yardım maşınında mənimlə getmək istəyib. Lakin həkimlər buna mane olub və bacımı maşından yerə itələyiblər. Bacım qolundan ciddi yara alıb, sümüyü çatlayıb. Hazırda bacımın qolu gipsdədir və bu barədə tibbi ekspertizadan keçib. Beləliklə, maşına bizim ailəmizin tanımadığı bir restoran işçisini götürərək məni xəstəxanaya aparmaq adı ilə hadisə yerini tərk ediblər".

Şikayətçi bildirib ki, həkimlər onu şok vəziyyətində xəstəxana adı ilə 34 saylı polis bölməsinin qabağına atıblar: "Məni apardıqdan sonra ailəmiz bütün xəstəxanalarda məni axtarıblar. Həmin vaxt şok vəziyyətində olduğumdan olanlardan xəbərsiz olmuşam. Elə bu vəziyyətdəcə həkimlər məni xəstəxanaya aparmaqdansa polis bölməsinin qabağına atıblar. Məni ərazidəki skamyanın üstünə qoyublar. Deyilənə görə, bir neçə dəfə skamyadan yıxılmışam, yalnız polislərin köməyi ilə məni yerdən qaldırıblar. Ayılanda onu gördüm ki, polis məndən yaxınlarımın telefon nömrəsini istəyir. Təsəvvür edin ki, həkimlər mənə yardım etmək əvəzinə, köməksiz vəziyyətimdə məni aparıb 34 saylı polis bölməsinin qabağına atıb. Bu hansı qanunda, insanlıqda yazılıb?!"

Şikayətçi olayla bağlı aparılan istintaq haqda da danışıb: "Olaydan sonra bacımı və məni istintaqa çağırdılar, ekspertizadan keçdik. Elvinin isə izahatını alan kimi həbs edib 48 saatlıq cəza verildi. Daha sonra iş prokurorluğa göndərildi və Kürdəxanıda yerləşən təcridxanaya aparılaraq barəsində 3 aylıq həbs-qətimkan qərarı çıxarıldı. Hazırda Elvin heç bir günahı olmadan təcridxanadadır. Həkimlər iddia edir ki, guya döyülüb, sağ qolu sınıb. O tibb bacısının qolu necə sınıb ki, saatlarla polis bölməsində 4-5 səhifəlik izahatlar yazıb. Amma mənim bacımın qolu sındığından, o öz izahatını yaza bilmədi, yerinə mən yazdım. Yalnız imza yerinə birtəhər qol çəkə bilmişdi. Bizim ailə üzvlərimizdən heç kəs həkimlərə xəsarət yetirməyib, bu yalandır. Üstəlik, lap tutaq ki, mən içkili olmuşam, hansı qanunda yazılıb ki, həkim şok vəziyyətində olan xəstəni xəstəxana adı ilə polis bölməsinin qabağına atıb getsin?"

Qeyd edək ki, faktla bağlı Xətai Rayon Polis İdarəsi 34-cü polis bölməsində araşdırma başlayıb.

Musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1410   Tarix: 28 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

17:40 81
.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

20:30 0
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

16:50 127
.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

17:30 89
.

Türkiyə ordusunun hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, ötən gün 'Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərb

04.05.2024 199
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

16:40 117
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

18:20 4
.

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib. "Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi

15:10 116
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

13:30 136