Ən ucuz necə istirahət etmək olar? (QİYMƏTLƏR)

Ən ucuz necə istirahət etmək olar? (QİYMƏTLƏR)Yayın qızmarı, qorabişirən ay... Hamı bir neçə günlük də olsa, paytaxtın bürküsündən uzaqlaşmaq üçün fürsət axtarır. Əlbəttə ki, daha ucuz, daha səmərəli olmaq şərti ilə.

Bir çoxları Gürcüstanın istirahət üçün daha münasib olduğunu iddia edir. Səbəb – bir adam üçün qalmaq, yemək və s. xidmətlərin ucuz olmasıdır. Doğrudanmı Gürcüstanda dincəlmək Azərbaycanın rayonları ilə müqayisədə ucuzdur?

Sizə nə lazımdır?

İstirahətə getmək qərarına gəlmisinizsə, əvvəlcə mütləq müəyyənləşdirməlisiniz: sizə nə lazımdır? Bakının istisindən uzaqlaşıb, tutaq ki, İsmayıllının səfalı meşəsində, çinarlığında sərinləmək, çayın həzin şırıltısını dinləyib gərginlikdən uzaqlaşmaq, gəzmək, görmək, yoxsa bir sərinlik tapıb yaxşıca yeyib-içmək, səhərdən axşama qədər kabab yemək?

Əgər qərara gəlmisinizsə ki, siz yeyib-içməyə yox, istirahət etməyə gedirsiniz, onda diqqətiniz bizdə olsun!

Ən ucuz istirahət imkanı

İstədiyiniz rayonu seçin: tutaq ki, İsmayıllıya getməyə qərar vermisiniz. Bu rayona Bakıdan cəmi 2,5-3 saatlıq yoldur – 173 km. Yol əziyyətinə (Batumiyə gedərkən təxminən 700-800 km-lik yol əvəzinə) qatlaşmırsınız, üstəlik, sərhəd keçmək və sərhəddə gözləmək lazım gəlmir.

Daha rahat olması üçün sedan tipli Bakı-İsmayıllı taksilərindən istifadə edə bilərsiniz. 8 manata siz İsmayıllıdasınız. Əgər 4 nəfərsinizsə və Bakıdan birbaşa İsmayıllı şəhəri ətrafında yerləşən seçdiyiniz məkana gedirsinizsə, narahat olmayın, yanacağın qiymətinin artması rayonlara sərnişin daşıyan maşınların qiymətinə təsir etməyib - adama 10 manat verməyiniz (ümumilikdə 40 manat) kifayətdir – sürücü sizi ən ucqardakı istirahət mərkəzinə də aparacaq.

Burda da seçim sizindir: əgər səhər yeməyi də daxil olmaqla, tanınmış, bütün xidmətləri olan, necə deyərlər, "Avropa standartlarına uyğun" məkan seçmək istəyirsinizsə, otelə 80, kotecə isə 60 manat verməlisiniz.

Yox, Batumidə olduğu kimi, Azərbaycanda da sadə, meşənin dərinliyində, çayın kənarında yerləşən, tam sakit, rahat bir hücrə istəyirsinizsə, 4 nəfərlik kotec üçün 30 manat (adama 7,5 manat) bəs edir.

Bu koteci götürdünüzsə, təxminən 50 metr "radiusda" bütün xidmətlərdən pulsuz istifadə edə bilərsiniz. Manqal da təqdim edilir – nə istəsəniz, alın, özünüz hazırlayın.

Məsləhət görərdik ki, gedəndə özünüzlə kiçik samovar götürəsiniz – heç nəyə ehtiyacınız olmayacaq.

Bir az tənbəlsinizsə və yalnız gəzmək barədə düşünürsünüzsə, yenə problem yoxdur: səhər yeməyi – 4 manat, nahar və şam 6-7 manat, çay 2 manat, samovarla birlikdə çay 8 manatdır.

Başqa sözlə, sizin bir günlük qalmaq (7,5 manat) və 3 dəfə yemək xərciniz ümumilikdə təxminən 25 manata başa gəlir.

Yenə xatırladırıq: əgər siz yalnız istirahət etmək və gününüzü yeyib-içməklə yox, gəzmək-görməklə keçirmək istəyirsinizsə.

Evi necə götürmək olar?

3 otaqlı, həyətində çardağı, normal şəraiti olan evlər də baha deyil: adambaşına 10 manat; 10 yaşına qədər uşaqlar üçünsə 5 manatdır.

Belə fürsəti, məsələn, hətta İsmayıllının ən unikal kəndlərindən olan İvanovkada da əldə edə bilərsiniz. Bu kəndin özünün görməli yerlərini gəzmək-görmək üçün bir neçə gün kifayət etməz.

Sizə ilk baxışda təklif edilən evlərə görə vəziyyəti qiymətləndirməyə çalışmayın. Bir-iki saatlıq müşahidə və sorğulardan sonra siz hər şeyi biləcəksiniz.

Biz bunlardan niyə istifadə edə bilmirik?

Bir neçə problem var:

1. Əvvəla, bu istirahət mərkəzlərinin böyük əksəriyyəti təbliğatın nə olduğunu bilmir. Onlar haqda məlumatı internetdən tapmaq mümkün deyil və təəssüf ki, bu, onların qazancına, bizim isə normal istirahətimizə təsir edir. Görünür, ümumilikdə istirahət məkanlarını əhatələyən bir şəbəkənin qurulmasına ciddi ehtiyac var.

2. Bakıda oturub, hər şeyi internet və telefon üzərindən görmək istəyənlərə təklif edilən qiymətlər tamam fərqlidir. Və mənzərənin özü də qəribəliyi ilə seçilir. Məsələn, evini 60 manata təklif edən və heç bir halda bir qəpik də enməyən şəxslə söhbət əsnasında məlum oldu ki, adam mövsümün başladığı (1 maydan mövsüm başlayır) müddətdən indiyə qədər evini cəmi 3 günlük kirayə verə bilib. O, anlamaq istəmir ki, evini, məsələn, 25 manata təklif etməklə indiyə qədər 180 manat yox, 2000 manatdan çox qazana bilərdi.

Belə çıxır ki, turizmlə bağlı biznes təfəkkürü hələ də formalaşmayıb və bu da böyük təbliğat tələb edir.

Narahatlıq üçün kifayət qədər əsas var

İstirahət mərkəzlərinin yerləşdiyi rayonlarda əsasən bu söz göz oxşayır: "Təbiətin ... (rayonun adı) verdiyi gözəlliyə qıymayın".

Doğrudan gözəl yerlərdir və tutaq ki, indi adı tez-tez hallanan Batumi o yerlərlə qəti müqayisə oluna bilməz. Ancaq təəssüf ki, qıyırıq – piknik yerlərində bu, xüsusilə gözə çarpır.

Bakıdan gedənlər özləri ilə heç də mədəniyyət aparmırlar – özlərindən sonra fanta, kola, müxtəlif cür sellofanlar, araq butulkaları saxlayırlar piknik yerlərində. Yox, saxlamırlar – onu meşənin hər tərəfinə dağıdırlar.

İnanmıram həmin şəxslər Batumidə elə cür davrana bilsinlər – qəriblikdə yetim olanlar bəzən öz yuvasını "şirə dönüb" zibilləməkdən qürur duyur.

Görünür, turizmin gəlişməsi, öz yurdumuzda daha ucuz və daha gözəl istirahət etməyimiz üçün həm də "şəhərlilərdən" asılı olan mədəniyyət məsələsi var...

mənbə: axar.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4185   Tarix: 27 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233