Saçı qırxılan gəlin danışdı: "Boynuma qoydular ki, evə kişi gətirmişəm..."

Saçı qırxılan gəlin danışdı: "Boynuma qoydular ki, evə kişi gətirmişəm...""Mən valideynlərimdən imtina edəcəm. Övladlarına inanmayan valideyn heç kəsə lazım deyil".

BiG.AZ xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Samux rayonunda qayınanası tərəfindən saçı qırxılan və intihara cəhd edən gəlin bildirib. Onun sözlərinə görə, ona şər və böhtan atılıb:

"Mənə şər atdılar. Mən anayam, iki oğlum var. Biri 9, digəri 6 yaşındadır. Uşaqlarım qayınanamgildədir. Şər atıldığını sübut edə bilsəm, uşaqlarımı onlardan alacam. İstəyirəm ki, bu məsələdə mənə kömək etsinlər. Mənə anam və ailəm inanmadı. Evdə idim, pəncərəmi tez-tez döyürdülər. Onlar neçə vaxt idi ki, məni izləyirdilər. Həyat yoldaşım da evdə yox idi, işdə idi. Mən də xalam oğluna zəng edib kömək istədim. Tərslikdən o, telefonu götürmədi. Axırda ailəvi dostumuz var, ona zəng etdim. Sən demə pəncərəni döyən iki nəfər imiş. Əllərində bıçaq hücum çəkdilər buna. Boynuma qoymaq istədilər ki, guya mən evə adam gətirmişəm. Qonşular tökülüb onu bıçaqladı. Onun günahı yoxdur. İndi onu Samux rayonunda bir evə salıb bağlayıblar".

Gəlin bildirib ki, saçları qayınanası tərəfindən qırxılıb: "Saçlarımı qırxıblar. Məni elə hala salıblar ki, hamıdan utanım, camaat arasına çıxa bilməyim. Bunu qayınanam edib. O, dərzidir, əlinə iş qayçısını alıb kürəyimdən olan saçımı kəsdi. Onu da bu hərəkətə yoldaşımın əmisi vadar etdi. O dedi ki, "gəl onun saçını kəsək". Qayınanam kəsmək istəmirdi. Qaynı onu məcbur elədi. Sonra anamı və atamı çağırdılar ki, gəlin qızınızı aparın. Mən də ora çatan kimi dərman içdim. İndi özüm də bilmirəm nə haldayam, güzgü də vermirlər ki, baxa biləm".

Saçları qırxılan gəlin səhhətinin nisbətən qaydasına düşdüyünü dedi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3716   Tarix: 26 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 727
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

17:21 158
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 940
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

17:54 391
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

20:39 113
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

11:48 451
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

13:08 128
.

ABŞ Rusiyaya sanksiyaya 31 Çin şirkətini daxil edib

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib. xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib. ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiy

21:15 84
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

20:15 126