Sevgilisinin anası ilə dəfələrlə sevişdi, sonda öldürdü - Xaçmazda QANDONDURAN OLAY

Sevgilisinin anası ilə dəfələrlə sevişdi, sonda öldürdü - Xaçmazda QANDONDURAN OLAYXaçmazda sevgilisinin anasını öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BiG.AZ-ın məlumatına görə, prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik edir.

Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən Samir Hacıəliyev özünü qismən təqsirli bilib. Sərbəst ifadə verən təqsirləndirilən şəxs hadisə günü qətlə yetirilən Gülnaz Sultanovanın onun anasına zəng etdiyini deyib: "Anamla danışmağa qoymadım. Dəstəyi özüm götürdüm. Pis söyüşlərlə söydü. Mobil telefonumu niyə söndürdüyümü dedi . Dedim ki yatmışam, ona görə də telefonu söndürmüşəm. Sonra evdən çıxıb kənd içinə getdim. Gülnazla rastlaşdım. Məni yenə də söydü, onu balta ilə vurdum".

Samir Hacıəliyev qətlə yetirdiyi Gülnaz Sultanovanın qızı ilə münasibətlərinin olduğunu deyib: "Qızın nənəsi məni çox istəyirdi. Qızın anası aramızı vurdu və sonradan bildim ki, Gülnaz məni sevib. Dəfələrlə ona dedim ki, məndən əl çək, qızını sevirəm. Gülnaz əl çəkmirdi, maşın tutaraq dalımca gəlirdi. Deyirdi ki, məni sevməsən qızımı öldürəcəm. Onu birtəhər yola verirdim. Evinə dəvət etmişdi. Dedim gedib bu məsələyə son qoyum. Gülnazla yeyib-içdik. Sonra ona məndən əl çəkməsini söylədim. Dedi "ya mənim olmalısan, ya da səni vuraraq öldürəcəm". Onunla iki dəfə cinsi münasibətdə olmuşam".

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib.

Prosesdə hüquqi varis qismində qətlə yetirilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O bildirib ki, Samir ona zəng edib:

"Tanış olmaq istədiyini dedi. Dedim elçi göndər. Rayona gələndə də onunla danışdım. Lakin bizə elçi göndərmədi. Bu barədə anama dedim. Sonra münasibəti kəsmək istədim. Samir əl çəkmədi, mənə və anama zəng edirdi. Anamla mübahisə edəndən sonra Samirgilə getdim. Səhər anam gəldi və mənim evə qayıtmağımı istədi. Qayıtmadım, üç gün onlarda qaldım. Samirlə münasibətlərim pisləşdi. Sərxoşluq edirdi. Sonra anamla danışıb, məni aparmasını istədim. Anam gəldi və evimizə getdim. Samir sonra məni evlərinə aparmaq istədi, razı olmadım. O, çıxıb getdi. Ona bizdə alınmayacağını söylədim. Sonradan bildim ki, məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə də xəcalət çəkirəm. Bununla bağlı maraqlandım. Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, anamla münasibəti yoxdur".

Məhkəmə avqustun 29-da davam edəcək.

Qeyd edək ki,, Samir Hacıəliyev bu il martın 27-də Xaçmaz rayonun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb.
Məlum olub ki, Samir Hacıəliyev Gülnaz Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, daha sonra 2014-cü ildən Gülnaz Sultanovanın evinə gedib-gəlməyə başlayıb.

Bu müddətdə onun Gülnaz Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.
Hadisə baş verən günü Samir Hacıəliyevlə Gülnaz Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı Gülnaz Sultanova onu söyərək təhqir edib.

Bu səbəbdən onların arasında mübahisə yaranıb. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsi ilə nəticələnib.
Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Samir Hacıəliyev həbs edilib.

mənbə: lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5314   Tarix: 25 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır

İsrail, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmalar üçün yeni təklifində Qəzza zolağında vəziyyətin davamlı nizamlanmasına hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. İsrail HƏMAS-ın saxladığı girovların aza

28.04.2024 176
.

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin

28.04.2024 130
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28.04.2024 146
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28.04.2024 174
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

28.04.2024 207
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 126
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 171
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

28.04.2024 194
.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

28.04.2024 162