Azərbaycanlı boksçu ermənini məğlub edib kubok aldı

Azərbaycanlı boksçu ermənini məğlub edib kubok aldıƏslən azərbaycanlı, hazırda Rusiyanın Yekaterinburq şəhərində yaşayan tay boksu üzrə dünya çempionu Tahir Xəlilov növbəti uğura imza atıb.

Lent.az-ın məlumatına görə, tay boksu üzrə İjevsk şəhərində keçirilən Rusiya Kubokunun finalında erməni Arutun Ohanesyanı məğlub edən Tahir ölkə kubokuna sahib çıxıb.
Uzun müddətdir ki, bu idman növüylə məşğul olan həmyerlimiz yaşının az olmasına baxmayaraq Rusiyanın tanınmış boksçularından sayılır. Maraqlısı odur ki, Tahir Xəlilov indiyədək keçirdiyi heç bir döyüşdə məğlub olmayıb.

Son döyüşünü isə atası Tağı Xəlilovun yubileyinə həsr edən Tahirin əsas uğurlarından biri də keçən ilin dekabrında tay boksunun vətəni Tailanda WMC I-1 Global kateqoriyası üzrə dünya çempionu olmasıdır.

Yekaterinburqdakı Azərbaycan diasporunun sədri, Şahin Şıxlinskinin bildirdiyinə görə, Tahir nəinki bu şəhərdə yaşayan azərbaycanlıların, bütün vilayətin, Rusiya Federasiyasının fəxridir.
"Onun adı artıq Avropadan, dünyadan gəlir. Cavan olmasına baxmayaraq artıq dünyanın əsas tay boksçuları onunla hesablaşmaq məcburiyyətindədir. Dünya çempionu olanda sevincimizin həddi-hüdudu yox idi. Ən böyük arzum budur ki, Tahir olimpiya çempionu olsun. O, buna haqq edir. Biz də, şəxsən mənim özüm də diaspora sədri olaraq ona mənəvi və maddi dəstək verməyə hazıram. Tahirin atası Tağı Cavanşir oğlu neçə müddətdir ki, Yekaterinburqda yaşayır. Buradakı azərbaycanlıların ağsaqqalı hesab olunur. Xeyriyyəçi kimi tanınır. Amma Tahir təkcə onun yox, hamımızın oğludur, Azərbaycanın oğludur. Biz onunla fəxr edirik" deyə Şıxlinski bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1328   Tarix: 20 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476
.

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd

05.09.2021 787
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068