22 il sonra arvadının başqası ilə sevişdiyini, uşaqlarının ondan olmadığını öyrəndi - Bakıda

22 il sonra arvadının başqası ilə sevişdiyini, uşaqlarının ondan olmadığını öyrəndi - BakıdaQısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Salyan rayon sakini, 1964-cü il təvəllüdlü Nazim Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ xəbər verir ki, Nazim Ağayev arvadı Mehriban Ağayevanın başqa şəxslə görüşüb və gizli həyat tərzi keçirməsindən şübhələnib. Bununla bağlı ər-arvadın arasında əvvəllər dəfələrlə mübahisələri olub.

Qısqanclıq

Sonuncu dəfə mübahisə edən Nazim Ağayev arvadını qəsdən öldürmək, sonra isə özünə xəsarət yetirərək intihar etmək qərarına gəlib.
Bu məqsədlə Nazim Ağayev hadisədən bir neçə gün əvvəl yazdığı müxtəlif məzmunlu, o cümlədən "Bizi bir qəbirə qoyun, xahiş edirəm, mən onu sevirəm, heç olmasa bu xahişi yerinə yetirin. Oğul, yaxşı oğul. Məni bağışla, məcburam, bu, namus məsələsidir. Aslan içəridən ailəmizi dağıtdı", - kimi, həmçinin ona məxsus pul vəsaitlərinin miqdarı və yerini özündə əks etdirən yazı olan vərəqləri tərtib edib.

Qətl

Nazim Ağayev daha sonra 17 iyul 2015-ci il tarixdə saat 23 radələrində yaşadığı Binəqədi rayonu, Azadlıq prospekti, məhəllə 3023 ev 1 ünvanında övladlarının evdə olmamasından istifadə edərək öz niyyətini həyata keçirmək üçün mətbəxdən bıçaq götürüb. O, bıçaqla bir dəfə arvadını vuraraq öldürüb.

Nazim Ağayev arvadını öldürdükdən sonra özünü intihar məqsədilə özünə də xəsarət yetirib. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Nazim Ağayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham edilib. Onun barəsində başlanan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Oğluma dedim ki, mənə oxşamırsan"

Məhkəmədə ifadə verən Nazim Ağayev bildirib ki, hadisədən bir gün əvvəl evdə 20-22 yaşlı oğlanlarına baxıb və oğlanlarının ona oxşamamasını deyib: "Oğluma dedim ki, Hikmət, sən mənə oxşamırsan, səni DNK analizinə aparacağam. Ertəsi gün ailə üzvlərimə bayramla əlaqədar Quba rayonuna getməyi, bir neçə gün orada qalmağı təklif etdim. Mehribanla Nazim bir maşında, oğlanlarım Aslanla Hikmət isə digər maşına əyləşdilər. Biz yola düşərkən qəfil yağış yağmağa başladı. Aslan rayonda dolu düşəcəyini dedi və Qubaya getməkdən imtina etdi. Bu səbəbdən Qubaya yox, istirahət etmək üçün Novxanıya yollandıq".

"Arvadım dedi ki, bıçağı ürəyinə soxacam"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, günorta saatlarında Aslanla Hikmət şəhərə qayıdıblar: "Uşaqlar getdikdən sonra Mehriban məndən doğurdanmı Hikməti analizə aparmaq istədiyimi soruşdu. Ona nəinki Hikməti, hətta Aslanı da aparacağını söylədim. Arvadıma dedim ki, şəkər xəstəsiyəm, övladlarıma artıqlaması ilə qayğı göstərirəm, amma onların heç birində mənə qarşı ata məhəbbəti yoxdur. Novxanıdan qayıtdıqdan sonra gecə divanda uzanarkən qəflətən qarın nahiyəmdə ağrı hiss etdim. Mehribanın əlində bıçaq vardı. Əvvəlcə qorxaraq müqavimət göstərmədim. Sonra mətbəxə keçdim, əlimə bıçaq götürərək dəhlizə gəldim. Mehribana dedim ki, dəlisən, məni niyə bıçaqla vurursan? Mehriban bildirdi ki, bıçağı ürəyinə soxacağam".

"Dedi ki, Aslan və Hikmət sənin oğlun deyil"

Nazim Ağayev qeyd edib ki, Mehribana həbs olunacağını deyib: "Arvadım uşaqların bu barədə heç kimə deməyəcəklərini söylədi. Bıçaq əlimdə qapıya tərəf getmək istədikdə qarşımı kəsdi, geriyə mətbəxə qayıtdıqda ayağım ilişdi, başım tumbaya dəydi. Mehriban dedi ki, qoymaram uşaqları analizə aparasan, ölməmişdən əvvəl bil, Aslan və Hikmət sənin oğlun deyil. Sonra bıçaqla sinə nahiyəmə zərbə endirdi. Bıçaq sinəmdə qaldı. Özümü qorumaq üçün mən də onu vurdum. Mehriban yıxıldı, bıçağı tulladı. Sonradan özüm də yıxıldım, ayılanda gördüm ki, xəstəxanadayam".

11 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Ağayev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nazim Ağayev apelyasiya şikayəti verib.
Nazim Ağayev cəzasının yüngülləşdirilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Apelyasiya şikayəti hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə araşdırıb. Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırıb və sonda qərar elan edib.
Qərara görə, Nazim Ağayevin şikayəti təmin edilməyib.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4464   Tarix: 18 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

14:59 71
.

Azərbaycanlı müğənni evində ölü tapıldı

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib. OLAY-ın əldə etdiyi məlumata görə, o, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş. Qeyd edək ki, Züleyxa Rəhimi 1937-c

11:20 919
.

Əfqanıstanda məscidə hücum nəticəsində 6 nəfər öldü

Əfqanıstanın qərbindəki Herat əyalətində məsciddə namaz vaxtı silahlı hücum olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 6 nəfər ölüb. "Taliban" administrasiyasının Daxili İşlər Nazirliyinin sözçüsü Abdul Kani Metin sosial media platformasında verdiyi açıqlamada bildirib ki, dünən axşam yerl

30.04.2024 192
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

14:22 101
.

Avtobus uçuruma yuvarlandı: 23 ölü

Peruda sərnişin avtobusunun uçuruma yuvarlanıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 23 nəfər ölüb, 15 nəfər yaralanıb. Peru Televiziyasının məlumatına görə, Soroçuko rayonundan Kajamarca şəhərinə gedən avtobus Celendin şəhərinin magistral yolunda 200 metr uçuruma yuvarlanıb. Məlumata əsasən, yaralana

30.04.2024 224
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

10:49 206
.

Səkinə təcili əməliyyat edilməlidir

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

14:01 205
.

"Selfie" çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı

"Selfie" çəkərkən qəzaların baş verdiyi ölkələrin siyahısı yayımlanıb. Məlum olub ki, ölənlərin əksəriyyəti Hindistandadır. Məlumata görə 2014-cü ildən bəri 49 ölkədə 399 nəfər "selfie" çəkməyə çalışarkən həyatını itirib. Onlardan 199 nəfəri hindistanlı, daha 29 nəfər isə amerikalıdır

30.04.2024 368
.

"Necə olur ki, Fransada, İtaliyada dizel mühərrikli avtobuslar istifadə olunur, Azərbaycanda pis baxılır?" - Elməddin Muradlı

Azərbaycanda 3 min avtobusu elektrikli avtobuslarla əvəz etmək hədəflənir. Nəqliyyat eksperti Elməddin Muradlı -a bildirib ki, 300 avtobusun hamısını elektrikli mühərrikə çevirmək risklidir. Çünki gələcəkdə elektrikli avtomobillərin batareyalarının utilizasiyası ətraf mühitə zərər verəcək. Bir elektrikl

30.04.2024 454