Azərbaycanda qorxulu xəstəlik həyəcanı: Xəstəxanalar hazır vəziyyətə gətirildi

Azərbaycanda qorxulu xəstəlik həyəcanı: Xəstəxanalar hazır vəziyyətə gətirildiAzərbaycanla həmsərhəd dövlətlərdə, xüsusilə də İranda son zamanlar Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı vəziyyət gərginləşib. Bir neçə il əvvəl bu xəstəlik Gürcüstanda onlarla xəstənin ağırlaşmasına, iki nəfərin ölümünə səbəb olmuşdu. Xəstəliyin ən gərgin dövrü iyul ayı hesab edilir. Səhiyyə naziri Oqtay Şirəliyev xəstəliyin qarşısını almaq məqsədilə "Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb. Həkimlər məlumatlandırılıb, xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib, sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib.

Bəs xəstəliyin Azərbaycana keçmə ehtimalı nə qədərdir? Krım-Konqo hemorragik qızdırma xəstəliyinin əlamətləri hansılardır?

BiG.AZ xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva virtualaz-ın suallarını cavablandırıb.

Şöbə müdiri Səhiyyə nazirinin əmri ilə Dövlət Karantin Müfəttişliyi tərəfindən sərhəd-keçid məntəqələrində tibbi müşahidə gücləndirildiyini deyir: "Yüksək hərarətli xəstənin dərhal hospitallaşdırılması və nəzarətə götürülməsi tapşırılıb. Belə xəstələrdən analizlər götürülərək Respublika Taun Əleyhinə Stansiyaya göndərilməlidir. Yalnız analizlərin nəticələrinə uyğun dəqiq diaqnoz qoymaq mümkündür. Amma analizin nəticələri bəlli olana qədər xəstə müşahidə altında saxlanılmalıdır.

Tibb müəssisələri bir-biri ilə əlaqələnmiş şəkildə işləyir. Şübhəli şəxs və ya xəstə aşkarlanarsa, onların yerləşdirilməsi üçün 2 tibb müəssisəsi ayrılıb. Böyüklər Klinik Tibbi Mərkəzə, uşaqlar isə 1 saylı yoluxucu xəstəliklər xəstəxanasına yerləşdiriləcək. Bu xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib, həkimlər, tibb heyəti məlumatlandırılıb".

E.Əliyeva indiyədək Azərbaycanda Krım-Konqo xəstəliyinin aşkarlanmadığını və sərhəd-keçid məntəqələrində yoxlamalara başlandığı gündən indiyədək bu xəstəliyi daşıyanın qeydə alınmadığını bildirib.

Xəstəlik necə keçir?

Krım-Konqo hemorragik qızdırma xəstəliyi gənələr vasitəsilə yoluxur. Amma xəstəliyə bir neçə yolla yoluxmaq mümkündür. Gənə vəhşi və ev heyvanlarını, xüsusilə də iri və xırdabuynuzlu heyvanları yoluxdura bilər. Xəstə və ya ölmüş heyvanın qanı və ifrazatından virus insana keçə bilər. Buna görə də, qəssablar və fermerlər risk qrupuna daxildilər. Bundan başqa, insanlar gənə dişləməsi nəticəsində bu xəstəliyə tutula bilərlər. Yəni gənə insanı dişləməklə virusa yoluxdurur. Həmçinin xəstə insandan yoluxma da qan və ifrazat vasitəsilə mümkün olur. Buna görə də gigiyenik qaydalara riayət etmək mütləqdir. Əlləri tez-tez yumaq, xəstə insanlarla təmasdan qaçmaq lazımdır. Xəstəlik hər il may-sentyabr aylarında baş qaldırır. İyul xəstəliyin gərgin dövrü olur.

Xəstəliyin ilkin əlamətləri nədir?

Xəstəlik 14 gün çəkir, ilk mərhələdə yüksək hərarət müşahidə edilir. Bununla yanaşı, baş və əzələ ağrıları, ürəkbulanma, qusma, ishal, sarılıq əlamətləri, qaraciyərin böyüməsi də ola bilər. Xəstəliyin sonrakı dövründə ağız boşluğunda, boğazda, dəridə, mədədə qansızmalar əmələ gəlir. İmmun sistemi zəif olanlarda xəstəlik ağırlaşmaya və ölümə səbəb olur. Ümumilikdə isə, yoluxmaların 30 faizi ölümlə nəticələnir. Nəzərə almaq lazımdır ki, xəstəlik bütün bədənə təsir edən virus xəstəliyidir. Krım Konqo gənə dişləməsindən 3-7 gün sonra ortaya çıxır. Verilən məlumatlarda xəstəliyə yoluxanların 5-15 faizinin nisbətən ağır keçirdiyi göstərilir.

Xəstəlikdən qorunma yolları

Xəstəliyi yayan gənələrdən qorunmaq lazımdır. İlk növbədə təbiət qoynunda dincələnlər dəri üçün qoruyuculardan istifadə edə bilərlər. Bundan başqa, geyim seçərkən bədənin qorunması nəzərə alınmalıdır. Gənə dişləməsi zamanı gənəni çıxarmaq və dərhal həkimə müraciət etmək lazımdır. Özbaşına müalicə və ya tədbirlər görülməsi yanlış nəticələrə səbəb ola bilər. Şübhəli əlamətlər və gənə dişləyənlər həkimə müraciət etməlidirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4488   Tarix: 17 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Son günlər dövlətin ayırdığı müavinətlər arasında veteran pulunun da artırılması məsələsi müzakirə mövzusuna çevrilib. Müharibə iştirakçıları hazırda 80 manat müvainət alsa da bu məbləğin az olması zaman-zaman dilə gətirilib. Qaynarinfo xəbər verir ki, millət vəkili Vüqar Bayramov da veteran pulunu

10.05.2024 4354
.

Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı

Tovuzda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. Hadisə Vahidli kəndində qeydə alınıb. Orta məktəbin 10-cu sinfində təhsil alan 16 yaşlı Ə.G. kursdan qayıdarkən 26 yaşlı M.Mustafayev tərəfindən qaçırılıb. Ailə hadisə ilə bağlı polisə müraciət edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gənc

10.05.2024 316
.

YAP parlament seçkilərinə hazırlaşır

Yeni Azərbaycan Partiyası (YAP) hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir. "Report"un xəbərinə görə, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, parlament seçkilərini

10.05.2024 236
.

İbrahim Tatlıses sabah Bakıya gəlir

Türkiyəli məşhur müğənni İbrahim Tatlıses sabah Bakıya gəlir. -ın əldə etdiyi məlumata görə, tanınmış müğənni Bakı restoranlarının birində sevənlərinin qarşısında konsert proqramı ilə çıxış edəcək. Müğənni sevilən ifalarını səsləndirəcək

10.05.2024 368
.

Rusiya:"Donetskdə Novokalinovo qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Novokalinovo qəsəbəsini nəzarətə götürdüklərini bildirib. xəbər verir ki, Ukraynaya hücumun həyata keçirildiyi və bu hücumların Ukraynanın enerji obyektlərini, hərbi sənaye müəssisələrini və dəmir yolu infrastrukturunu hədəf aldığı bildirilib. Açıqlamada bildirili

10.05.2024 128
.

İlham Əliyev: "Bu gün Şuşanın yeni tarixi başlayır"

"Bu gün Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərini

10.05.2024 138
.

Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA

1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) bit xəstəliyinin tüğyan etdiyi iddia olunur. Bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb. Bizim.Media məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb. Penitensiar Xidmətin mətbuat katibi Tanrıverdi Mustafayev cavab olaraq bildiri

10.05.2024 258
.

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

10.05.2024 316
.

Yanacaq təmin edilməzsə, Qəzzada son xəstəxana 48 saat ərzində xidmətdən çıxacaq"

Qəzza zolağında xidmət edən son xəstəxana olan Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının yanacaq çatışmazlığı səbəbindən 48 saat ərzində xidmətdən çıxacağı açıqlanıb. xəbər verir ki, İsrailin intensiv hücumlarına məruz qalan və humanitar yardım axınının dayandığı Qəzza zolağında Əl-Əqs

10.05.2024 153