"Qarabağda yeni müharibə alovlana bilər"

"Qarabağda yeni müharibə alovlana bilər"Azərbaycan prezidentinin xarici siyasət üzrə köməkçisi Novruz Məmmədov "RİA Novosti" agentliyinə müsahibə verib.

BiG.AZ xəbər verir ki, cənab Məmmədov müsahibəsində bir çox məqamlara aydınlıq gətirib.

Novruz Məmmədov bildirib ki, beynəlxalq məsələlərdə uğurdan danışmaq çox çətindir. Çünki Varşava müqaviləsinin fəaliyyəti başa çatdıqdan sonra dünyada ədalət prinsipi qalmayıb. Prezidentin köməkçisi deyib: "Dünyanın bu gün belə bir vəziyyətdə olmasının səbəbi ədalətin olmamasıdır. Varşava müqaviləsindən sonra dünya ədalət prinsiplərini saxlaya bilmədi. Əgər beynəlxalq münasibətlərdə ədalət yoxdursa, universal dəyərlərdən danışmağın nə mənası var?"

Novruz Məmmədov Qarabağ münaqişəsinə də toxunub və bildirib ki, bu münaqişənin ədalətli qiyməti əngəllərlə qarşılaşır: "Bu gün elə bir vəziyyət yaranıb ki, bir müharibə ilə heç nəyi həll etmək olmur. Çünki münaqişə başqa bir münaqişə yaradır. Super güclər isə bu məsələdə fəal iştirak edirlər".
Prezidentin köməkçisi həm də qeyd edib ki, Qarabağ münaqişəsi hər an yeni qüvvə ilə alovlana bilər. Çünki bu münaqişə geosiyasi oyunların nəticəsində meydana çıxıb.

"Dağlıq Qarabağ münaqişəsi 25 ildən çoxdur ki, davam edir. Azərbaycanın 20 faiz torpağı Ermənistan tərəfindən işğal edilib. Nəticədə 1 milyondan çox insan qaçqın düşüb və yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb. Amma bununla yanaşı problemin dondurulmuş münaqişəyə çevrilmə cəhdləri davam etməkdədir. Əminliklə bildirmək olar ki, bu münaqişə geosiyasi oyunların nəticəsidir"-deyə prezident aparatının işçisi bildirib.

Novruz Məmmədov həm də qeyd edib ki, oyunlar davam etdikcə nəticə dəyişməyəcək: "Gürcüstan, Moldova və Ukrayna buna canlı misaldır". Məmmədovun fikrinə görə, "dondurulmuş" Qarabağ münaqişəsi hər an yeni güc ilə alovlana bilər: "Beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünün saxlanılması barədə çıxış etsələr də, niyəsə bitərəf mövqedə dayanmaqdan imtina edirlər. Biz həm həmsədr ölkələrdən, həm də dünya ictimaiyyətindən münaqişənin ədalətli həlli üçün konkret addımlar gözləyirik".

Novruz Məmmədov həm də bildirib ki, Azərbaycan Rusiya ilə əməkdaşlığını genişləndirmək niyyətindədir: "Azərbaycan xarici siyasətində strateji partnyorlarının, o cümlədən Rusiyanın maraqlarını nəzərə alır. Azərbaycan yüz illərdir ki, Rusiya ilə əlaqəlidir. Rusiya ilə geniş əməkdaşlığımız var. Rusiya ilə əməkdaşlığı möhkəmləndirmək və genişləndirmək bizim planlarımıza daxildir".

Bununla yanaşı prezidentin köməkçisi qeyd edib ki, Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya azərbayccanlıları konqresinin ləğvi və Rusiya XİN-in bəzi sərt açıqlamaları rısmi Bakıda anlaşılmazlıq yaradıb.

mənbə: olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1134   Tarix: 17 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 153
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

02.05.2024 149
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

02.05.2024 390
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 340
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 335
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

02.05.2024 130
.

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə ço

02.05.2024 133
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

02.05.2024 984
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 489