"Bir oğlanla intim mesajlarını gördüm" - anasını öldürən 17 yaşlı gənc

"Bir oğlanla intim mesajlarını gördüm" - anasını öldürən 17 yaşlı gəncAnasını namus üstündə qətlə yetirməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Maarif Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə araşdırılıb.

Təqsirləndirilən şəxs qismində dindirilən ona qarşı verilən ittihamlar üzrə özünü tam təqsirli bildiyini deyib.

O, istintaqa verdiyi ifadəsində bildirib ki, ailəsi ilə birlikdə Zabrat qəsəbəsində yaşayıb: "Ailədə məndən başqa iki bacım və 1 qardaşım var. Hamımız bir otaqlı evdə yaşayırdıq. Babam Maarif də həmin binada başqa evdə qalırdı. Mən də günümün çox hissəsini elə babamgildə keçirirdim. Anam və atam 1997-ci ildə ailə qurublar. Bildiyim qədəri ilə anamın atama qarşı istəyi olmayıb və könülsüz olaraq evlənib. Atam və anam bir-biri ilə dolanmırdılar. Anam atama maddi çətinliklə bağlı irad tuturdu. Atam həm də spirtli içki çox içdiyindən həmişə evdə sör-söhbət olurdu. Bir neçə dəfə anam atamdan küsərək bacılarımı da götürüb öz bacısıgilə getmişdi. Sonra barışdılar".

17 yaşlı gənc qeyd edib ki, bir müddət sonra atası anasını qısqanmağa başlayıb: "Anam cavan qızlar kimi geyinməyə başlamışdı. Atam da anamın dar şalvar geyinməsinə etiraz edirdi. Anam son vaxtlar lap dəyişmişdi. Bütün günü telefonla oynayırdı. Bundan artıq mən də şübhələnməyə başlamışdım. Onun xəbəri olmadan telefonundakı "WhatsApp" proqramını özümün nömrəmə yönləndirdim. Bununla da ona gələn bütün mesajları oxuya bilirdim. Bu vaxt anamın bir gənc oğlanla yazışdığının, bir-birlərinə intim məzmunlu mesajlar göndərdiyinin şahidi oldum. Özümü itirdim, heç-kimə heç nə demədim, gedib məsciddə yatdım".

Maarif Əliyev deyib ki, 3-4 gün məsələni ailə üzvlərinə, həmçinin bibilərinə danışıb: "Həmin vaxt öyrəndim ki, rəhmətə gedən dayım Şahin də anamın bu əməllərindən xəbərdar olub və onun telefonunu əlindən alaraq nömrəsini sındırıb. Həmin ərəfədə anam atamdan boşanmaq üçün məhkəməyə iddia ərizəsi vermişdi. Anamın bu əməllərindən, yəni evli, 4 uşaq anası olduğu halda başqa oğlanlarla danışmasından, intim məzmunlu mesajlar göndərməsindən utanırdım.. Artıq dostlarım, tanışlarım içərisində də anamın adı pis hallanmağa başlanmışdı. Anamın pozğun əməllərini dolayı yolla onun üzünə vururdum. Artıq özümü çox pis hiss edirdim, alçalmış biri kimi. Camaatın mənə qeyrətsiz kimi baxmasından çox qorxurdum".

2000-ci il təvəllüdü gənc bildirib ki, 2016-cı ilin dekabr ayının 17-dən 18-ə keçən gecə evdə yatdıqları vaxt anasının telefonda kiminləsə səssizcə danışdığını eşidib: "Kiməsə "səni sevirəm, səni istəyirəm" deyirdi. Həmin vaxt özümü yuxuluğa vuraraq anama qulaq asıb onun bir daha nalayiq hərəkətlər edib-etməməsini dəqiqləşdirmək istəyirdim. Bu səhnəni gördükdə anamın pozğunluq etdiyinə əmin oldum. Onu öldürmək qərarına gəldim. Artıq dözə bilmirdim. Səhər açılan kimi anamın yanına getdim. Axşam danışdıqlarını eşitdiyimi və buna son qoymasını istədim. O isə "yaxşı eləyirəm, özüm bilərəm" dedi. Anamın həmin cavabı məni lap özümdən çıxartdı. Onun pozğun əməllərindən utandığımdan, həmyaşıdlarım arasında biabır olduğumdan namusunu təmizləmək üçün onu öldürməyi qətiləşdirdim".

Hadisə günündən danışan Maarif Əliyev istintaqa deyib ki, anasını öldürmək üçün yatmasını gözləyib: "Anam və bacılarım axşam babamgilə getmişdilər. Gələndə anam yenə telefonla oynamağa başladı. Babamın 16 kalibrli qoşalülə ov tüfəngi vardı. Yerini bilirdim. Babam onu yağlayanda görmüşdüm. Patronlar da həmişə darağın içərisində, tüfəngin yanında olurdu. Tüfəngi götürdüm. Daraqdan iki ədəd patron götürüb tüfəngə doldurdum. O vaxta qədər heç vaxt tüfəngdən atəş açmamışdım. Tüfəngi əlimə alıb otağa keçdim. Anam divanda uzanmışdı. Qucağında balaca bacım Nisə vardı. Nisəni əmizdirəndən sonra bacım anamın qucağında yatmışdı. Tüfəngin tətiyini çəkməmişdən qabaq əsas fikrim anamı öldürmək idi. Lakin həmin anda Nisənin də xəsarət ala biləcəyini düşünməmişdim. Tətiyi çəkdim. Anamın kəlləsi parçalandı. Tüfəngin səsindən və anamın o vəziyyətdə görüb qorxdum. Silahı elə otaqda qoyub çölə çıxdım. Artıq anam ölmüşdü".

Təqsirləndirilən şəxs bu cinayəti törətməyə onu heç kim təhrik etmədiyini deyib: "Heç kim mənə heç nə deməyib, nə də yardım edən olmayıb. Anamın namussuzluq etməyini həzm edə bilmirdim. Ona görə də onu qətlə yetirmişəm".

Keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Maarif Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4212   Tarix: 15 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568