Bakıda klinikada ana fəryadı: 16 ildən sonra övlad sevinci və ehtiyacın gətirdiyi kədər - FOTO

Bakıda klinikada ana fəryadı: 16 ildən sonra övlad sevinci və ehtiyacın gətirdiyi kədər - FOTO16 ildən sonra övlad sahibi ailə bu xoş günə doyunca sevinə bilməyib. Səbəb isə onlardan tələb olunan puldur.

Milli.az xəbər verir ki, Nağıyevlər ailəsi 16 ildən sonra övlad sahibi olublar. Özü də əkiz. Lakin bir əmma var ki, uşaqlar vaxtından tez doğulublar. Hamiləliyin altı ayında doğulan körpələri tibbi personal küvözə (həyati təhlükəsi olan yeni doğulan körpələrin saxlandığı xüsusi qablar) yerləşdirmək məcburiyyətində qalıb.

Leyla Şıxlinskaya Klinikasında doğulan körpələr təxminən bir aydır ki, küvözdədirlər.

Uşaqların sağlamlığı ilə yanaşı hazırda valideynləri narahat edən bir məqamda var ki, bu da klinikaya ödənəcək məbləğdir. Ana İlahə Nağıyeva iddia edir ki, uşaqların müalicəsi üçün klinikaya 18.000 manat ödənməlidir ki, onlar da bu məbləği tapmaq imkanında deyillər. Bu səbəbdən də ana kömək üçün ictimaiyyətə müraciət edib.

Ananın adından yayılan müraciəti olduğu kimi diqqətinizə çatdıdırıq:

"Salam, mən Nağıyeva İlahə İsfəndiyar qızı 1999-cu ildə ailə həyatı qurmuşam. 16 ildir övladım olmur. Uzunmüddətli müalicədən sonra bu ilin iyun ayında 2 əkiz körpə dünyaya gətirmişəm. Körpələr 6 aylıq doğulduğuna görə küvözdə saxlanılırlar. Onların yaşaması üçün klinikaya 18.000 AZN ödəmək lazımdı. Həyat yoldaşım və mən heç bir yerdə işləmirik. Xərcləri ödəməyimiz imkan xaricindədir. İlk 10 günü bizə olunan yardımlar əsasında ödəmişik. Əziz oxucular klinikanın qalan 2 ayının ödənişinin ödənilməsinə köməklik göstərməyinizi sizdən xahiş edirəm. Onların həyatı böyük təhlükədədir. İnanıram ki, hər kəs vaxtında öz yardımını edəcək, mən də bir ANA kimi oğlumu və qızımı öpüb bağrıma basaram inşAllah".

Məsələ ilə bağlı əlaqə saxladığımız həkim Faiq İsmayılov isə xəstəsi olan Nağıyevanın müraciətində müalicə üçün tələb olunan məbləği həddən artıq şişirtdiyi qənaətindədir. Onun sözlərinə görə, küvözdə gün ərzində uşaqların saxlanılması qiyməti klinikada 100 manatdır. Uşaqlar da bir aydır ki, buradadırlar. 30 gün ərzində deyildiyi məbləğin olması qeyri-mümükündür. "Mənim özümə də maraqlıdır ki, ana bu rəqəmi haradan götürüb. Hətta o ailəyə ödəmə ilə bağlı müəyyən güzəştlər edilib. Doğuş qiymətini üzərinə gəldikdə belə 18.000 manat etmir".

Həkim onu da qeyd etdi ki, uşaqların vəziyyəti normaldır və 4-5 gün ərzində onların küvözdən çıxarılma ehtimalı böyükdür.

Qeyd edək ki, uşaqlar süni mayalanma ilə dünyaya gəliblər.

Uşaqların anası İlahə Nağıyeva ilə də əlaqə saxladıq. Ana bildirdi ki, 18.000 min manat rəqəmi yanlışlıqla göstərilib. O bildirdi ki, indiyə qədər klinikaya təxminən 6 min manat ödəmişik. "İndiyə olan borcumuz isə təxminən 2.500 manatdır. Lakin burada qalacağımız müddətdə məbləğ artacaq. Günə təxminən iki yüz manat xərcimiz çıxıb".

İ.Nağıyeva klinikanın rəhbərliyinə və həkiminə onlara etdiyi güzəştlər üçün təşəkkürünü bildirdi: "Küvözün biri 130 manata idi. Bizdə iki uşaq olduğuna görə gündə 260 manat vermək məcburiyyətində idik. Lakin sağolsun klinikanın rəhbərliyi vəziyyətimizi nəzərə alıb, müraciətimizi qəbul etdilər və küvözün birini günü 70 manata endirdilər. Lakin borcumuzu ödəmək imkanında deyilik. Ona görə də imkanlı kəslərdən xahiş edirik yardım üçün".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7150   Tarix: 13 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

16:00 134
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

21:30 95
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

18:00 188
.

18 mindən çox iştirakçının yarışdığı "Bakı marafonu 2024" start götürüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı marafonu 2024"ə start verilib. xəbər verir ki, yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır. Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəd

10:52 214
.

ABŞ-də narkotiklə bağlı təhlükəli vəziyyət yaranıb

Texasın Ostin şəhərində (ABŞ) ölümcül narkotik dozası "epidemiyası" yayılıb. Bu barədə Təcili yardım xidmətindən bildirilib. Məlumata görə, ilk zənglər şəhərin mərkəzindən gəlməyə başlayıb, sonra şəhərin hər yerindən, yaşayış, iş yerlərindən və ictimai yerlərdən çağırışlar qəbul ediblər. Təcil

12:30 194
.

Qandonduran OLAY: Cərrah qadını mişarla doğradı

Qvatemalada kosmetoloji klinikaların birində əməliyyatdan sonra dünyasını dəyişən xəstə Floridalma Rokenin meyiti çəlləkdə gizlədilib. Bu, onun yoxa çıxmasından bir il sonra məlum olub. Müəyyən olub ki, cərrah baş verənləri gizlətmək üçün qurbanın cəsədini parçalara ayırıb. Qadının meyitinin yeri həl

22:00 71
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 216
.

Müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya

17:18 697
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

18:23 493