Mənzillərin veriləcəyi 255 KİV əməkdaşının ADI MÜƏYYƏNLƏŞİB

Mənzillərin veriləcəyi 255 KİV əməkdaşının ADI MÜƏYYƏNLƏŞİB"KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyaya daxil olmuş müraciətlərin araşdırılması artıq başa çatıb".

BiG.AZ xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.

V. Səfərli bildirib ki, meyarlara tam uyğun gəlməyən şəxslər, əsasən jurnalistikaya aidiyyəti olmayan müxtəlif peşə sahibləri siyahıdan çıxarıldıqdan sonra qalmış 1000-ə yaxın şəxsin namizədliyi müzakirə edilib və ilkin olaraq 255 iddiaçının adı müəyyənləşib.

"Komissiya dövlət başçısının jurnalistlərə hədiyyəsi olan mənzillərin bölgüsündə hər hansı subyektivliyə yol verilməməsi üçün əvvəlcədən bəyan edilmiş şərtlərə ciddi riayət olunmasına qərar verib. Bunun nəticəsi olaraq üzərində həbs olan, rəhbərlik etdiyi və ya çalışdığı KİV-in adı Mətbuat Şurasının "qara siyahı"sında keçən, Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV əməkdaşlarının müraciətləri nəzərə alınmayıb. Eyni zamanda regionlarda işləyən, sənədlərində ciddi çatışmazlıqlar olan və digər səbəblərə görə şərtlərə uyğun gəlməyən şəxslər müzakirədən kənarlaşdırılıb" deyə, V. Səfərli qeyd edib.

Həmçinin, aidiyyəti orqanların xəbərdarlıqlarının müddət limitinin müəyyən olunması, həmin dövr ərzində qanunun tələblərini təkrar pozmayan KİV-lərin siyahıdan çıxarılması barədə qərar qəbul olunub.

Komissiya sədri onu da deyib ki, eyni yerdə 3 il fasiləsiz iş stajı kriteriyası redaksiyalardan daxil olan təqdimatlara aid edilib: "Fərdi qaydada olan müraciətlərə isə bu tələb şamil olunmayıb".

V. Səfərlinin sözlərinə görə, açıqlanacaq siyahı media ictimaiyyəti üçün xeyli sürpriz vəd edir: " Siyahıda çoxlu sayda medianın inkişafında danılmaz əməyi olan qocaman jurnalistlərin, müasir jurnalistikanın tanınmış qələm sahiblərinin, jurnalist ailələrinin, vəfat etmiş KİV nümayəndələrinin ailə üzvlərinin adları var".
Komissiya sədri deyib ki, bir sıra hallarda daxil olmuş sənədlərdə zəruri məlumatların saxtalaşdırılmasına da rast gəlinib: "Onların sırasında iş stajının süni şəkildə artırılması və bu məqsədlə əmək kitabçasına yanlış məlumatların daxil edilməsi, mənzil şəraiti və ailə tərkibi barədə düzgün məlumatların verilməməsi və s. məsələlər vardır. Belə hallar da müşahidə olunub ki, müraciət müəllifləri müxtəlif illərdə, o cümlədən 2017-ci ildə özünün və ailə üzvlərinin adına olan mənzillərlə bağlı alqı-satqı və bağışlama əməliyyatları keçiriblər və hazırda evsiz olduqlarını göstərməyə çalışıblar. Belə hallar müəyyən edildikdə, həmin şəxslər siyahıdan çıxarılıb".

V. Səfərli ölkə başçısının jurnalistlərin mənzil məsələsi ilə bağlı xüsusi tapşırıqlarının olduğunu da deyib: "Cənab Prezident jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər zamanı subyektiv yanaşmaya, xüsusilə də qeyri-qanuni əməllərə yol verilməməsi barədə ciddi tapşırıq verib. Tapşırığa əsasən, təqdimat verən şəxslərin – KİV-lərin, dövlət orqanlarının və s. qurumların rəhbərlərinin şəxsi mənafedən çıxış etməsi və neqativ əməllərə yol verməsi təsdiqini taparsa, onların təqdimatları ləğv ediləcək və özləri barədə ciddi cəza tədbirləri görüləcək". Qeyd edilib ki, Prezident İlham Əliyev siyahıda dövlət orqanlarından daxil olan təqdimatların kəskin azaldılmasını və həmin mənzillərin ehtiyacı olan KİV əməkdaşları arasında bölünməsini də tapşırıb.

"Ümumilikdə isə, gərgin iş nəticəsində bütün namizədlər hərtərəfli araşdırılıb və ən layiqli şəxslər seçilərək siyahıya daxil edilib".

Komissiya sədri bildirib ki, bu siyahı həqiqətən də jurnalist ictimaiyyətinin müsbət qiymətləndirməsinə layiqdir. (APA)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1520   Tarix: 13 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999