Göyçayda avtobusa OD VURDULAR - DƏHŞƏTLİ FOTOLAR

Göyçayda avtobusa OD VURDULAR - DƏHŞƏTLİ FOTOLARGöyçay rayonunda sərnişin avtobusunun yanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 23:30 radələrində Göyçay şəhərindəki "Göyçay-Avtobaza" ASC-nin həyətində baş verib.

Rayon sakini, 1963-cü il təvəllüdlü Səfərəliyev Bəhram Ağatalıb oğluna məxsus 23-BJ-593 dövlət nömrə nişanlı, "Mercedes" markalı 50 yerlik sərnişin avtobusunun mühərrik yeri və salonu tamamilə yanaraq yararsız hala düşüb.

Şəxsi avtobusu ilə Göyçay-Bakı marşrutu üzrə sifarişlər əsasında sərnişin daşıyan Bəhram Səfəralıyev bildirib ki, onun nəqliyyat vasitəsini qəsdən yandırıblar. Onun sözlərinə görə, 2 gün öncə Bakıdan rayona qayıdaraq avtobusu qarajda saxlayıb və evə gedib. Ötən gecə ona "Göyçay-Avtobaza" ASC-nin gecə növbətçisi ona zəng edərək deyib ki, avtobus naməlum səbəbdən əvvəlcə işə düşüb, sonra qabağa və arxaya hərəkət edib və içərisində qəflətən baş verən partlayış səbəbindən yanmağa başlayıb:

"Növbətçi mənə deyib ki, hava qaranlıq olduğu üçün yanğın vaxtı ərazidə heç kimi görə bilməyib və yanğının avtobusun mühərrikindəki nasazlıq səbəbindən baş verdiyini deyib. Lakin, ərazidə olan təhlükəsizlik kamerasına baxdıqda görmək olur ki, yanğın baş verməzdən öncə avtobusun yanından naməlum şəxsin idarə etdiyi ağ rəngli "VAZ 2106" markalı minik avtomobili keçib gedir. Mən bu yanğın hadisəsinin insanın iştirakı olmadan baş verməsinə inana bilmirəm. Avtobus işlək vəziyyətdə olanda yanmayıb, hadisə qarajda iki gün dayanmış avtomobildə baş verib. Avtobus iki gün ərzində orda qalandan sonra gecə saatlarında özbaşına alışıb yana bilməz. Mənim avtobusumda heç bir nasazlıq olmayıb, onu qəsdən yandırıblar. Kameradan da görünür ki, avtobusun salonunda əvvəlcə partlayış baş verir, sonra yanğın olur. Avtobusun saxlanc yerinə bağladığım qıfıl da sındırılıb və içərisindəki bütün şəxsi sənədlərim yanıb. Yanğın nəticəsində mənə 30 min manatdan çox maddi ziyan dəyib".

Qeyd edək ki, hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Şəhərin mərkəzində baş verən yanğın söndürülüb və ətrafdakı avtobuslar, inzibati bina, ticarət mərkəzi və evlər yanğından mühafizə edilib. Polis əməkdaşları hadisə yerinə və təhlükəsizlik kamerası vasitəsilə yanğının baş vermə anına baxıblar. Faktla bağlı araşdırma aparılır.

***

Göyçayda yanğın hadisəsi qeydə alınıb.

BiG.AZ-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göyçay rayonunda vətəndaşa məxsus "Mercedes" markalı sərnişin avtobusunun salon hissəsi yanıb.

Avtobusun qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Göyçayda avtobusa OD VURDULAR - DƏHŞƏTLİ FOTOLARGöyçayda avtobusa OD VURDULAR - DƏHŞƏTLİ FOTOLARGöyçayda avtobusa OD VURDULAR - DƏHŞƏTLİ FOTOLARGöyçayda avtobusa OD VURDULAR - DƏHŞƏTLİ FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1698   Tarix: 13 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

10:58 34
.

"Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq"

"Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb". "Qafqazinfo" xəbər verir ki, bunu Əsir və itki

10:09 159
.

Bayden Tramp barədə: "Altı yaşlı uşaqla rəqabət aparıram"

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı "altı yaşlı yuxulu Don" adlandırıb. "Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışa

28.04.2024 200
.

Vəzifəli şəxslər niyə İNTİHAR EDİR? - PSİXOLOQ AÇIQLADI

İnsanlar çox vaxt həyatlarının bir yerində intihara cəhd edir və bu intiharların əksəriyyəti ölümlə nəticələnir. Əlbəttə ki, bu gün insanları intihara sövq edən bir sıra faktorlar. Əlbəttə ki, bu onların çox vaxt psixoloji vəziyyəti ilə bağlı olur. Mətbuatda çox vaxt sadə vətəndaşların intihar xəbərlərin

10:52 69
.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

28.04.2024 2681
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

28.04.2024 204
.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

28.04.2024 243
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpri Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib. BİG.AZ xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Parnpri açıqlamasında kabinet dəyişikliyinin onun performansı ilə heç bi

10:10 46
.

Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb

Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. "Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti

28.04.2024 185