Bu azərbaycanlı məmurlar övladlarına görə İŞDƏN ÇIXARILIB - SİYAHI+FOTOLAR

Bu azərbaycanlı məmurlar övladlarına görə İŞDƏN ÇIXARILIB - SİYAHI+FOTOLARSon günlər cəmiyyətdə məmur övladlarının harınlığı, özbaşınalığı ciddi müzakirələrə səbəb olub. Ölkə prezidentinin dəfələrlə xəbərdarlığına baxmayaraq bəzi məmurların "gül balaları" harınlıq etməkdən çəkinmirlər. Amma hər dəfə də belə bir harınlıq atalarının işdən atılması ilə nəticələnir.

Öncədən qeyd edək ki, dövlət başçısı bu tip halları kəskin surətdə tənqid edir və dəfələrlə xəbərdarlıq edib: "Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq".

Ölkə.az bu gün oxuculara atalarının işdən qovulmasına səbəb olan "gül balalar"ın siyahısını təqdim edir.

1. Bir neçə gün əvvəl işdən qovulan və sərəncama göndərilən general Novruzəli Orucov

Bu azərbaycanlı məmurlar övladlarına görə İŞDƏN ÇIXARILIB - SİYAHI+FOTOLARNovruzəli Orucovun oğlu bir neçə il əvvəl avtomobil ilə piyadanı vuraraq ölümünə səbəb olmuşdu. Məhkəmənin hökmü ilə 4 il azadlıqdan məhrum edilsə də, 2 il sonra şərti olaraq azadlığa buraxılmışdı. Bu yaxınlarda isə 85 saylı avtobus sürücüsünü təqib edərək döydüyü üçün yenidən gündəmə gəldi. Amma bu dəfə gündəmə gəlməsi ilə bərabər atasını da gündəmə daşıdı. Kiçik Orucovun əməli dövlət başçısının qəzəbinə səbəb oldu və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini Novruzəli Orucov sərəncama göndərildi. Dövlət başçısı cənab İlham Əliyev dəfələrlə xəbərdarlıq etmişdi ki, belə bir hallar yolverilməzdir və qudurğan məmur övladlarının valideynləri cəzalandırılacaq.

2. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov

Bu azərbaycanlı məmurlar övladlarına görə İŞDƏN ÇIXARILIB - SİYAHI+FOTOLAR2013-cü ildə İsmayıllı rayonunda baş verən insident çoxlarının yadındadır. Eyni ilin yavar ayında nazirin oğlu Vüqar Ələkbərov İsmayıllı rayon sakinlərini təhqir etmişdi. Bu isə rayon sakinlərinin kəskin etirazına səbəb olmuş, böyük narazılıq yaranmışdı.

Bu azərbaycanlı məmurlar övladlarına görə İŞDƏN ÇIXARILIB - SİYAHI+FOTOLAREtirazlar nazir balasının "Çıraq" otelinin və bir neçə bahalı avtomobilinin yandırılması ilə nəticələnmişdi. Bu hadisədən bir müddət sonra Füzuli Ələkbərov postu ilə vidalaşdı.

3. İsmayıllı rayonunun sabiq icra başçısı Nizami Ələkbərov

Bu azərbaycanlı məmurlar övladlarına görə İŞDƏN ÇIXARILIB - SİYAHI+FOTOLARNizami Ələkbərov həm də eks əmək və sosial müdafiə naziri Füzuli Ələkbərovun qardaşıdır. İsmayıllı hadisələrindən sonra Nizami Ələkbərov tutduğu vəzifədən azad edildi.

4. Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəis müavini Mübariz Mədətov
Bu azərbaycanlı məmurlar övladlarına görə İŞDƏN ÇIXARILIB - SİYAHI+FOTOLARMübariz Mədətov da övlad özbaşınalığına görə işindən məhrum olan məmurlardandır. Onun oğlu Xalid Mədətov içkili vəziyyətdə "Galendawagen" markalı avtomobili ilə qəza törətmişdi. Qəza nəticəsində isə musiqiçi Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi həlak olmuşdu. Bu hadisədən sonra Mübariz Mədətov işdən uzaqlaşdırıldı.

5. Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyev

Bu azərbaycanlı məmurlar övladlarına görə İŞDƏN ÇIXARILIB - SİYAHI+FOTOLARFəxrəddin Əliyev də övladına yarayıb, övladından yaramayan atalardandır.

Onun oğlu Məhərrəm Əliyev 2015-ci ilin dekabr ayında Qaradağ rayonu, Lökbatan qəsəbə sakinləri ilə mübahisə etdikdən sonra "Vinçester" markalı tüfəngdən atəş açıb. Nəticədə mübahisədə iştirak edən qəsəbə sakinləri xəsarət almışdı. Məhərrəm və dostu Samir tutulmuşdu. Fəxrəddin Əliyev isə işdən azad edildi.

6. Gəncə 2 saylı dövlət notariat kontorunun dövlət notariusu Nəsib İmanov

Bu azərbaycanlı məmurlar övladlarına görə İŞDƏN ÇIXARILIB - SİYAHI+FOTOLARNəsib İmanov da oğlunun güdazına gedən məmur atalardandır. Onun oğlu Vasif İmanov sərxoş vəziyyətdə sükan arxasına keçib və polisə tabe olmayıb. Hələ bu da azmış kimi, polis əməkdaşlarını söyüb, onlara müxtəlif bədən xəsarətləri yetirib. Nəticə isə məlumdur, atası işdən uzaqlaşdırıldı.

7. Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin keçmiş rəisi Əliməmməd Həsənov

Bu azərbaycanlı məmurlar övladlarına görə İŞDƏN ÇIXARILIB - SİYAHI+FOTOLARƏliməmməd Həsənovun oğlu polis forması geyinsə də, avtoxuliqanlıqla məşğul olub. Tural Həsənov Zığ şossesində dostu ilə yarışa çıxıb və nəticədə dəfələrlə qəza vəziyyəti yaradıb. Bundan sonra daxili işlər nazirinin əmri ilə işdən qovulub. Onun atası da övladının ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib.

8. Tərtər rayon icra başçısının sabiq birinci müavini Vidadi Bəylərov

Bu azərbaycanlı məmurlar övladlarına görə İŞDƏN ÇIXARILIB - SİYAHI+FOTOLARVidadi Bəylərov da övladından yarımayan atalardandır. Onun yeniyetmə oğlu Elxan Bəylərli də avtoxuliqanlıq edib. Bir nəfərlə ötüşə çıxan Elxan onu sıxaraq qəza törətməsinə və nəticədə həlak olmasına səbəb olub. Bu hadisədən sonra Vidadi Bəylərov da kreslosu ilə vidalaşmaq məcburiyyətində qaldı.

9. Bakı şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin keçmiş rəisi Ramiz Nəbiyev

Bu azərbaycanlı məmurlar övladlarına görə İŞDƏN ÇIXARILIB - SİYAHI+FOTOLARRamiz Nəbiyev də övladının dəbdəbəli həyat tərzi sürməsinə görə işini itirənlərdəndir. Onun oğlu Elvin Nəbizadə sosial şəbəkədə müxtəlif lüks markalı avtomobillərini nümayiş etdirib. Bu isə həm sosial şəbəkədə, həm də mətbuatda geniş müzakirələrə səbəb oldu. Hadisədən sonra Ramiz Nəbiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

10. Eks-deputat, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sabiq direktoru Ayaz Orucov

Bu azərbaycanlı məmurlar övladlarına görə İŞDƏN ÇIXARILIB - SİYAHI+FOTOLARAyaz Orucov Fonddan yeyintiyə görə uzaqlaşdırılsa da, övladına görə də başı az ağrımayıb. Onun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, "Mercedes Galenvagen" markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, "Nissan Juke" markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb.

Bu azərbaycanlı məmurlar övladlarına görə İŞDƏN ÇIXARILIB - SİYAHI+FOTOLARHəmin vaxt "Nissan Juke"də iki qadın - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub. Bu hadisədən sonra Ayaz Orucov bir daha deputat seçilməyib.

11. Salyanın keçmiş icra başçısı Tahir Kərimov

Bu azərbaycanlı məmurlar övladlarına görə İŞDƏN ÇIXARILIB - SİYAHI+FOTOLARYox, Tahir Kərimov övladına görə işdən qovulmayıb. Əksinə, Tahir Kərimov övladının gül kimi işini zay edən papalardandır. Eyni zamanda bu zay etmə gül məsələsi ilə olduğu üçün diqqətimizdən kənarda qala bilməzdi. Mətbuatı və sosial şəbəkələri yaxından izləyənlər bilir ki, Tahir Kərimov bir qrup məktəblinin əllərində saxladığı gül tağının altından keçir. Bu isə geniş rezonansa və müzakirələrə səbəb olmuşdu. Hadisədən sonra isə ölkə başçısının sərəncamı ilə Tahir Kərimov tutduğu vəzifədən azad edilib.

Bu azərbaycanlı məmurlar övladlarına görə İŞDƏN ÇIXARILIB - SİYAHI+FOTOLARBu hadisədən sonra Kərimovun oğlu da işdən qovuldu. Beləcə, Tahir Kərimov gül tağı ilə övladının gül kimi işini zay edən məmur papa kimi tarixə düşdü.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2970   Tarix: 13 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643