Tədris ilinin 1 sentyabrda başlaması təhsilimizə nə verə bilər? - EKSPERT RƏYİ

Tədris ilinin 1 sentyabrda başlaması təhsilimizə nə verə bilər? - EKSPERT RƏYİSon vaxtlar sosial şəbəkələrdə dərs ilinin başlanma və bitmə tarixlərinin dəyişdirilməsi ilə bağlı valideynlər tərəfindən geniş müzakirələr aparılır. Müzakirələrə müəllimlərdən də qoşulanlar var.

Belə xəbərlər yayılıb ki, dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə qərar veriləcək.

Təhsil Nazirliyi orta məktəblərdə dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlara aydınlıq gətirib. Nazirlikdən verilən məlumata görə isə yayılan bu məlumatlar tamamilə əsassızdır. Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında" 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə 15 sentyabr "Bilik günü" elan edilib və respublikanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib.

Tədris ilinin 15 gün tez, yaxud gec başlanılmasının təhsilə nə kimi müsbət yaxud mənfi təsiri ola bilər? Bu mövzu ətrafında BiG.AZ -a danışan təhsil eksperti Kamran Əsədov Azərbaycan məktəbi üçün ən uğurlu tədris ilinin 1 sentyabr tarixində başlayıb, 30 mayda bitməsi olduğunu vurğulayıb: "İlk növbədə qeyd edim ki, inkişaf etmiş ölkələrdə təhsil həftələrinin sayı çox olsa da onların heçdə hamısı aktiv dərs deyil. Müəyyən hissəsi tətillər dövrünə təsadüf edir.
Doğrudur, Avropa öləkərində yay tətili qısa olur. Lakin il boyunca tədris elə bölünüb ki, şagird yorulmur. Bundan başqa, onların iqlimi də bunun üçün əlverişlidir. Onlarda Yevlax, Kürdəmir kimi isti yerlər yoxdur. İyun ayında maksimal temperatur 28 dərəcə olur. Təhsil müəssisələrində kondinsionerə belə ehtiyac yoxdur. Amma biz hər şeyi onlardan götürək deyərkən, öz reallıqlarımızı unutmamalıyıq. Yoxsa, qaş düzəltdiyimiz yerdə vurub göz də çıxarmış olarıq. Hələ demirik ki, biz dini bayramlarımızın adını belə çəkməyə qorxuruq, amma onlar iki ən vacib dini bayramlarında (Milad və pasxa) 2-3 həftə tətil verir.

Bu keçiddə İngiltərədə il boyu məktəb tətilləri qeyd olunur

1. Milad bayramı - 15 gün
2. Fevralda tətil - 5 gün
3. Pasxa bayramı - 19 gün
4. May sonu - 5 gün
6. Yay tətili - 17 iyul - 5 sentyabr
7. Payız tətili (oktyabr) - 10 gün.

Bizdə isə bu tətil günləri olduqca azdır.
Amma bizdə VI gün dərs var bir çox ölkələrdən fərqli olaraq. Bu isə 34 əlavə gün deməkdir (7 həftə). Deməli 41 həftədir tədris ilimiz və bizdə onlardan çoxdur.
Hesab edirəm ki, bu təklif qəbul edilməyəcək. Yəni dərs həftələrinin artırılması. Çünki mən yuxarıda qeyd etdiyim kimi, əslində bizdə daha çoxdur. Sadəcə olaraq, bunu onlara elmi əsaslara izah edən yoxdur. Azərbaycan məktəbi üçün ən uğurlu tədris ili 1 sentyabr tarixində başlayıb, 30 mayda bitməsi ola bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3175   Tarix: 12 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

15:23 143
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 794
.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

16:00 0
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 338
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

17:29 145
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

16:59 2
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 413
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 244
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

14:37 2