Vətəndaşın sayğacına baxılmadan ona BORC YAZILDI - "AZƏRSU"-dan ŞİKAYƏT

Vətəndaşın sayğacına baxılmadan ona BORC YAZILDI - "AZƏRSU"-dan ŞİKAYƏTVətəndaşın su sayğacına baxmadan ona borc yazdılar.

BiG.AZ-a Hövsan sakini olan Mirzəyev Rahib Allahverən oğlu tərəfindən daxil olan şikayətdə bildirilir ki, 2016-cı ilin dekabr ayının 8-dən qoyulan su sayğacına 2017-ci ilin fevral ayında üzərindəki istifadə həcminə baxılmadan 11 manat artıq borc yazılıb.

Vətəndaş bildirir ki, bu barədə "Azərsu" ASC-nin 955 nömrəli qaynar əttinə müraciət edilsə də şikayətinə obyektiv baxılmayıb. Azərsu –nun Suraxanı rayon şöbəsinin əməkdaşları vətəndaşla razılığa gəlsələr də buna əməl olunmayıb. Şirkət əməkdaşları 11 AZN-lik həcmdə su istifadə edilənə qədər ona borc yazılmayacağını bildirsələr də növbəti ayda ona 27 AZN borc yazılıb. Abonent kodu 0225120462046, sayğacın nomrəsi 16019507 olan vətəndaş bu barədə bütün aidiyyatı orqanlara müraciət edilsə də onun müraciətlərinə baxılmayıb, bu səbəbdən də Azad İstehlakçılar Birliyinə müraciət edərək istehlakçı hüquqlarının qorunması və bu məsələnin BiG.AZ saytı vasitəsilə ictimailəşdirilməsini istəyib. Həmçinin vətəndaş növbəti aylar ərzində anoloji hadisənin baş verəcəyindən, onun su sayğacına baxılmadan yenidən qeyri-müəyyən borcların yazılmasından narahat olduğunu ifadə edib: "Yazılan borcun məbləği o qədər də böyük deyil, mən o məbləği ödəyə də bilərəm. Amma kimsə mənə zamin duracaq ki, növbəti aylarda mənə borc yazılmayacaq? Mən sayğacımda istifadə etdiyim həcmi ödəməyə hazıram və ödəyirəm də, lakin mənim istifadə etdiyim məbləğ 3-4 AZN təşkil etdiyi halda mənə 11 AZN, 16 AZN məbləğ yazılır. Bunun hansı qanunvericiliyə əsaslandığını bilmirəm. Müraciətlərim də cavabsız qalıb. Xahiş edirəm bu məsələni ictimailəşdirərək problemə aydınlıq gəlməyinə kömək edəsiniz".

Vətəndaşın sayğacına baxılmadan ona BORC YAZILDI - "AZƏRSU"-dan ŞİKAYƏTMəsələ ilə bağlı BiG.AZ-a açıqlama verən "Azərsu" ASC –nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov problemin araşdırılacağını, onun özünün şəxsən bu məsələ ilə məşğul olacağını bildirdi: "Bu məsələ araşdırma tələb edən işdi. Mən şəxsən bu məsələni araşdırıb mütləq şəkildə məlumat verəcəyəm. Əgər bizim əməkdaşlarda səhlənkarlıq aşkarlanarsa cəzalandırılacaq, əgər problem vətəndaşla bağlıdırsa bu barədə vətəndaş məlumatlandırılacaq".

Vətəndaşın sayğacına baxılmadan ona BORC YAZILDI - "AZƏRSU"-dan ŞİKAYƏT


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1639   Tarix: 12 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb. xəbər verir ki, Çinin Sinxua agentliyinin xəbərinə görə, hücum Yunnan əyalətinin Kaotonq əyalətindəki Cinxiong Rayon Xalq Xəstəxanasında bıçaqla həyata keçirilib. Səlahiyyətlilər hücumda 10-dan çox adamın öldüyünü bildirib və hücum edəni

21:30 81
.

Direktor cərrahı işdən çıxardığı üçün cəzalandırıldı

Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib

10:45 552
.

"Monte-Karlo Əfsanələri" adlı sirk proqramı "Sea Breeze"də BAŞLAYIR

İlk dəfə "Sea Breeze"də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır. Bu barədə -a Bakı Dövlət Sirkindən məlumat verilib. Bildirilib ki, ənənəyə sadiq qalaraq şounun ilk günü xeyriyy

11:02 172
.

Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO

Müğənni Nadir Qafarzadə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişində aparıcı Elgiz Əkbər bildirilib. Qeyd edilib ki, sənətçi səhhətində problem yarandığından hazırda xəstəxanadadır və onun təzyiqi dünən 190-dan çox olub. Sənətçi ilə canlı bağlatı yaradılacaq

14:57 500
.

Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub

22:10 0
.

Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya TV kanallarının Ermənistanda yayımlarını dayandırmaqla hədələyib. O bu barədə mətbuat konfransında çıxışı zamanı bəyanat verib. Paşinyanın sözlərinə görə, buna səbəb kanalların ölkənin daxili həyatına hörmətsizlik nümayiş etdirmələridir. O bildirib ki, Rusiyada

16:10 209
.

Yusuf Güney Baləli ilə duet oxuyacaq? - VİDEO

Türkiyəli məşhur müğənni Yusuf Güney Bakıdadır. BİG.AZ xəbər verir ki, o, işgüzar səfərlə bağlı gəldiyini bildirib. Müğənni konsert və yeni mahnılarla bağlı suallara cavablandırıb. İfaçı yerli müğənnilərlə duet oxumağa hazır olduğunu da qeyd edib. Baləlini tanımadığını bildirən müğənni təklif gəlsə

15:39 325
.

İsrailin hücumları nəticəsində Qəzzada 10 min insan yoxa çıxıb

İsrailin hücumları nəticəsində Qəzzada 10 min insan yoxa çıxıb. BİG.AZ xəbər verir ki, itkin düşənlərin dağıntılar altında qalıb. Digər tərəfdən, İsrailin Qəzzada hücumlarına məruz qalanların 72%-i qadın və uşaqlardır. Qəzzada hökumətin media ofisinin yaydığı açıqlamada İsrailin 210 gündür Qəzzaya dava

14:36 135
.

"Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa etməklə xalqı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu"

"Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusun

13:50 103