Xəstəxana 200 qram qanı xəstəyə 300 manata satdı: "Oğlum həkimlərin əlində öldü..."

Xəstəxana 200 qram qanı xəstəyə 300 manata satdı: "Oğlum həkimlərin əlində öldü...""Oğlum baxımsızlığın və həkim naşılığının qurbanı oldu. Həkimlərə pul verirdik ki, uşağa diqqət göstərsinlər. Bununla belə, onu öldürdülər".

Bakı sakini Sabit Əliyev AzadlıqRadiosu-na danışır ki, 8 yaşlı oğlu Emin bu il martın 11-də hər iki ağ ciyərin səpələnmiş vərəmi diaqnozu ilə müalicə aldığı Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda vəfat edib. Ata balaca Eminin ölümündə həkimləri günahlandırır.

ƏVVƏLCƏ HEÇ BİR PROBLEM OLMADIĞI BİLDİRİLİB

Emin ailənin yeganə övladı olub. Ata hesab edir ki, o, həkim qeyri-peşəkarlığının və səhlənkarlığının qurbanıdır.

Sabit Əliyevin sözlərinə görə, oğlu 7 saylı uşaq poliklinikasında qeydiyyatda olub. Bu ilin fevralında sağlam, səhhətindən şikayət olmayan uşağın vəziyyəti dəyişib. Fevralın 19-da valideynləri onu qeydiyyatda olduğu poliklinikaya aparıblar. Oradan müayinə üçün 5 saylı vərəm əleyhinə dispanserə göndərilib. Rentgen müayinəsindən sonra valideynlərə uşağın səhhətində heç bir problem olmadığı bildirilib. Ata danışır:

"Bundan sonra 7 saylı uşaq poliklinikasındakı sahə həkimi Eminə öskürəyə görə müalicə yazdı. Müalicə almasına baxmayaraq, uşağın durumu günbəgün ağırlaşırdı. Bu dəfə onu "Optimed" klinikasına apardıq. Müayinə edib ağ ciyərin iki tərəfli prosesi diaqnozu qoydular. Analizlərin cavabını götürüb 5 saylı vərəm əleyhinə dispanserə getdim. Dedim, ‘siz bu uşağı müayinələrdən necə sağlam çıxartmısız ki, uşağa səpələnmiş vərəmin olması barədə diaqnoz qoyulub?’ Əvvəl dedilər, ‘ola bilməz, uşaq sağlamdır’. Sonra da pərt olmasınlar deyə, yalandan müayinə edib dedilər, ‘hə, uşaqda həqiqətən də bu xəstəlik varmış’".

"200 QRAM QANI BİZƏ 300 MANATA SATDILAR"

Sabit Əliyevə övladının Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicəsi üçün göndəriş verilib. Onu xəstəxananın uşaq şöbəsinə yerləşdiriblər:

"Elə ilk gündən həkimlərə pul paylamağa başladıq. Bircə istədiyimiz o idi ki, uşağa qarşı diqqətli olsunlar. Ancaq həkim etinasızlığı nəticəsində uşağın vəziyyəti gündən günə pisləşdi. Səhhətində yaxşılığa doğru irəliləyiş yox idi, əksinə, hər gün bir az da ümidsizlənirdik. Nə edəcəyimizi bilmirdik. Hətta şöbə müdirinə dəfələrlə uşağın vəziyyətinin ağır olduğunu dedik, yalvardıq ki, uşağın həyatını xilas etsinlər. Biz hər dəfə yalvardıqca, onlar bizdən pul qopartdılar. Şöbə həkimi dedi, ‘200 qram qan lazımdır’, qan bankından o qanı bizə gətirib 300 manata satdılar".

"VALİDEYNLƏRİ RAZI OLMAYIB"

Martın 11-də uşaq vərəm əleyhinə 4 saylı dispanserə göndərilib. Orada müayinə olunub və meningit olmadığı bildirilib. Müalicənin davam etməsi üçün uşaq Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutuna qaytarılıb. Ata deyir, balaca Emin elə həmin gün həmin Xəstəxanada dünyasını dəyişib. Ata hesab edir ki, 8 yaşlı övladı səhv diaqnozların və səhv müalicələrin qurbanı olub.

Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutundan AzadlıqRadiosu-na bildirilib ki, 8 yaşlı Emin Əliyev bu il martın 7-də İnstituta ağır vəziyyətdə qəbul edilib. Ona "ağ ciyərlərin milyar vərəmi" diaqnozu qoyulub. Xəstədə meningitə şübhələr olduğu üçün o, 4 saylı vərəm əleyhinə dispanserə müayinəyə göndərilib. Dispanserin həkimi xəstənin vəziyyətinin ağırlığı ilə əlaqədar onu punksiya etmək istəsə də, valideynləri razı olmayıb. Ona görə də xəstəni stasionar müalicənin davam etməsi üçün İnstituta qaytarıblar. Xəstə İnstituta valideynləri tərəfindən ağır vəziyyətdə və gec gətirildiyindən müalicələr nəticəsiz olub.

"CİNAYƏT TƏRKİBİ YOXDUR"

Uşağın ölümündən sonra valideynlər həkimlərdən Nizami rayon prokurorluğuna şikayət ediblər. İnstitutun uşaq şöbəsinin müdiri Səbinə Məmmədova prokurorluqda verdiyi izahatda qana görə pul alınması ilə bağlı deyilənlərə belə münasibət bildirilib: "... Xəstənin müalicəsi ilə bağlı xəstənin valideynlərindən və başqa qohumlarından pul tələb olunmayıb. Martın 10-da valideynlər Qanköçürmə İnstitutuna göndəriliblər ki, onlardan götürülən qanın əvəzinə xəstə üçün qan göndərilsin. Lakin martın 11-də Eminin səhhəti ağır olduğu üçün qan köçürülməsinə icazə verilməyib və valideynlərdən qan götürülməyib. Bəzi dərmanlar şöbədə olmadığından valideynlərin təklifi ilə özləri alıb veriblər".

Nizami rayon prokurorluğu balaca Eminin ölümü ilə əlaqədar valideynlərin verdiyi şikayət əsasında bir sıra həkimləri dindirib. Lakin nəticədə müstəntiq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarıb. Müstəntiq hesab edib ki, həkimlərin əməllərində cinayət tərkibi yoxdur.

Gözüyaşlı valideynlər müstəntiqin qərarından şikayət veriblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1944   Tarix: 10 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459