Toğrul bütün iddialara cavab verdi - "Şəhid olmağa hazıram!"

Toğrul bütün iddialara cavab verdi - "Şəhid olmağa hazıram!"Türkmənistan Güləş millisinə keçəcəyi deyilən London-2012 Yay Olimpiya Oyunlarının qalibi Azərbaycan güləşçisi Toğrul Əsgərov haqqında yayılan məlumatlarla bağlı geniş açıqlama yayıb.

"Qafqazinfo" Toğrulun həmin açıqlamasını təqdim edir:

"Bir həftədir Türkmənistan millisinə keçməyimlə bağlı müzakirələr gedir. Zədəmlə bağlı Azərbaycanda olmadığım üçün vətənə dönəndən sonra fikir bildirəcəyimi söyləmişdim. Artıq vətəndəyəm.

Mənə dəstək verən, inanan hər kəsə təşəkkürümü bildirirəm. Bununla yanaşı məsələnin nədən ibarət olduğunu bilmədən, araşdırmadan şayiələrə inanıb özümə qarşı tənqidi münasibətə çox üzüldüm.

Mən Bakıdan Türkmənistan millisinə dəvət olunmağıma görə getməmişdim. Qonşu ölkəyə dəvət olunan şəxsi məşqçim Elman Əsgərov olub. Məşqçimlə birgə Aşqabada getmişəm. Orda məni gördükdə millilərinə dəvət ediblər. Mən bu dəvətə müsbət cavab verməmişəm. Bir daha deyirəm, mən Bakıda olanda deyil, dəvət yerində olub.

Son 5-6 ildə Koreya, Türkiyə, digər ölkələrdən maddi baxımdan çox sərfəli təkliflərim olub. Azərbaycanı tərk etmək istəsəydim çoxdan gedərdim. Hər zaman doğma vətənimi üstün tutmuşam. Bu addımım xalqıma olan sevgiylə yanaşı dövlətimizin, prezidentimiz İlham Əliyevin idmana, şəxsən bizə, mənə olan qayğısı, münasibətinin nəticəsidir. Nazirlik, Milli Olimpiya Komitəsi, federasiya, "Neftçi" cəmiyyəti də öz köməyini əsirgəməyib. Bunun qarşılığında Avropa, dünya, olimpiya çempionluqlarını qazanaraq bayrağımızı qaldırmışıq, himnimizi səsləndirərək xalqımızı, dövlətimizi sevindirmişik.

Milyonlarla pul qazandığımızı deyirlər.

Mən Azərbaycan övladı olaraq döşəyə xalqımı, bayrağımı, himnimi düşünüb çıxıram. Pulla uğur qazanılmır. Şəxsi məşqçimlə yanaşı digər əməyi keçənlərin, gecə-gündüz məşqlərdəki əziyyətimiz sayəsində çempionluqlar əldə olunur. Pulu düşünərək dünya səviyyəli idmançı olmaq mümkün deyil. Uğurlarımızın qarşılığı dövlətimiz tərəfindən ödənilirsə biz ancaq təşəkkür edə bilərik.

Heç yerdə dünya səviyyəli lider idmançıların pulunu saymırlar. Xalqın, dövlətin başını uca etdiklərinə görə onlarla fəxr edirlər.

Çempion olmaqla yanaşı davranışımla, böyük-kiçik yeri bilməyimlə başqalarına nümunə olmağa çalışıram. Gənc olmağıma baxmayaraq bilirəm ki, yüz minlərlə insanlarımız bizdən örnək götürür. Biz idmançılar gənclərimizə hərtərəfli nümunə olmalıyıq.

Hindistanda zədə almağımla bağlı söhbətlər dolaşır. Biz özbaşına deyilik. Hindistandakı yarışa federasiyamızın rəsmi icazəsi ilə qatılmışam.

Peşəkar idmançı həyatı çox ağırdır. Zədələr daimi olur. Karyeram ərzində dəfələrlə ağır əməliyyatlardan çıxmışam. Bunun ağrısını biz çəkirik. Demək olar 2014-cü ildən ciddi zədələrlə yarışlara çıxmağa məcbur oluram. Bunu federasiya, məşqçi, həkimlər, güləşçi dostlarım, komanda yoldaşlarım yaxşı bilir. Bəzi yarışlarda istədiyim nəticələri qazanmamağım ciddi zədələrimin olmasına görədir.

Fikirlər dolaşır ki, əməliyyatımın xərcini özüm çəkməliyəm. Biz idmançılar çəkdiyimiz əziyyətləri onsuz da maddi, mənəvi, psixoloji, hərtərəfli çəkirik. Dünya səviyyəli idmançıların yüksək nəticələr qazanmaları üçün məşq, yarışlardan başqa heç bir problemi, qayğısı olmamalıdır. Bu, bütün idman növlərinə aiddir. Yüz milyonlarla dollar qazanan idmançıların əməliyyat, müalicə, bərpasının xərcini klub, federasiya ödəyir. Bu qanunla bağlanmış müqavilələrdə də öz əksini tapır. Bura yaşayış, qidalanma, vitaminizasiya, həkim nəzarəti, digər tələb olunan şəraitlər də daxildir. Peşəkar idmançının bir qayğısı olmalıdır, nəticə göstərmək, çempion olmaq!

25 yaşındayam. Karyeramın sonuna hələ çox var. İstəyim, arzum bundan sonra minimum iki olimpiadada medallar qazanaraq xalqımı yenidən sevindirməkdi. Bu nəticələri yenidən qazanmaq üçün ilk növbədə sağlam idmançı olmalısan.

Mən legioner deyiləm, azərbaycanlı balasıyam!

Bu gün Toğrul Əsgərovun niyə Avropa, Amerikanın aparıcı klinikalarında deyil, məcburiyyətdən Türkiyədə müayinə olunur məsələsi müzakirə olunmalıdır. Hər gün olimpiya çempionları yetişmir. Bizim ilk olaraq xalqımızdan mənəvi, psixoloji dəstəyə ehtiyacımız var. Növbəti olimpiya çempionluqlarını qazanmaq üçünsə peşəkar idmançıya tələb olunan şəraitin yaradılması mütləqdir. Bu, hansısa idmançının kaprizləri deyil, dünyada qəbul olunmuş qaydalardır.
Şəxsi məşqçim Elman Əsgərovun Türkmənistan millisinə dəvət olunması qürurvericidir. Məşqçilərin başqa ölkələrdə çalışması normaldır. İstəyimsə məşqçimin doğma vətənimdə məni növbəti Avropa, dünya çempionatları, olimpiya oyunlarına hazırlaması olar.

Bütün Azərbaycan, xalqım bilsin, problemlərimin olmasına baxmayaraq maddi tərəfdən qat-qat yüksək çox ciddi təkliflərim olub, bu gün də var. Bunlara baxmayaraq doğma vətənimdən başqa heç bir ölkəni təmsil etmək istəmirəm və heç vaxt belə fikirdə olmamışam.

Belə fikirdə olmağımda şəxsi məşqçim də hər zaman yanımda olub.

İnanıram ki, Azərbaycanda da mənə dəyər verdikləri kimi yenə istəyirlər.

Azərbaycan bayrağını ucaltdığıma görə qürur duyuram!

Günü bu gün Ali Baş Komandanımız səfərbərlik əmri versə güləşdiyim döşəyi Gəncədən görünən Murovdağın qarlı səngərinə dəyişib olimpiya çempionu kimi Azərbaycan uğrunda şəhidlik zirvəsinə ucalmağa hazıram!


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2876   Tarix: 08 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 435
.

"Qarabağ" futbolçularına görə heç bir klubdan təklif almayıb

"Qarabağ" heç bir futbolçusuna görə təklif almayıb. Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. O, adları Türkiyə klubları ilə birgə hallanan oyunçularla bağlı kluba müraciət daxil olmadığını bildirib:. "Biz də bu xəbərləri mediadan oxuyuruq

29.03.2024 456
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14.04.2024 239
.

Stadnikdən başqa hamısı uduzdu

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik turnirə uğurla başlayıb. 50 kq çəki dərəcəsində mübarizə aparan onqat Avropa və ikiqat dünya çempionu 1/4 finalda litvalı Qabija Dilite üzərində 10:0 hesabl

06.04.2024 339
.

"Real"ın oyunçusu La Liqada mart ayının ən yaxşısı seçilib

İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib. "Report" xəbər verir ki, 23 yaşlı braziliyalı martda keçirdiyi 3 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Vinisiusun mükafat uğrunda rəqibləri "Barselona"nın hücumçus

30.03.2024 323
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14.04.2024 322
.

UEFA "Qarabağ"a 3 milyon ödədi

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. "Köhlən atlar"a Avropa Liqasında pley-offa vəsiqə qazanması və 1/8 final mərhələsinə yüksəlməsinə görə 1 milyon 700 min avro (3 milyon, 133 min manat

04.04.2024 477
.

"Qarabağ"ın qapıçısı: "Nyukasl"da dördüncü qapıçı olmaqdansa, "Qarabağ"da oynamaq yaxşıdır

"Nyukasl"ın heyətində dördüncü qapıçı olmaqdansa, "Qarabağ"da oynamaq daha yaxşıdır. "Report" xəbər verir ki, bunu Rusiyanın "Sport 24" saytına açıqlamasında "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib. Rusiyalı qolkiper vaxtilə İngiltərənin "Nyukasl"

30.03.2024 397
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21.04.2024 188