"Məmurun balası, varlının oğlu hərbi xidmətə getmirsə…" – Veteran zabitimizin tövsiyəsi

"Məmurun balası, varlının oğlu hərbi xidmətə getmirsə…" – Veteran zabitimizin tövsiyəsi"Bu, o demək deyil ki, biz də döyüşməməliyik, ruhdan düşməliyik"

"Hər hansı məmurun balası, varlının oğlu hərbi xidmətə getmirsə, döyüşdən yayınırsa, bu, o demək deyil ki, biz də döyüşməməliyik, ruhdan düşməliyik".

Bunu Sherg.az-a məmur övladlarının cəbhə xəttində hərbi xidmət keçməməsi ilə bağlı sosial şəbəkələrdə müşahidə olunan narazılıqlara münasibət bildirərkən döyüş xidmətini yerinə yetirərkən sol gözü və sağ ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musavi deyib. O bildirib ki, Azərbaycanı sevməyən, dövlətin əleyhinə addım atan insanlar var:

"Biz nə bilək ki, Azərbaycanın əleyhinə təbliğat aparanlar kimlərdir? Oğlunu əsgər göndərməyən, vətənə xidmətdən boyun qaçıran şəxslər özləri bilər. Lakin biz hər an döyüşə hazır olmalıyıq.

Belə fikirli gənclərlə xidmət illərində də rastlaşırdım . Bəzən əsgərlərin də deyimlərində olurdu ki, niyə filankəs döyüşmək istəmir, kasıb balaları döyüşür? Hər zaman başa salırdım ki, vətənə xidmət etməyənləri heç say, öz həyat yolunu tut ki, bu vətən mənimdir, bu torpaq üçün döyüşməyə hər zaman hazır olmalıyam, xalqım üçün canımdan keçməyə hazır olmalıyam.

Real danışaq, Azərbaycanda vətənə xidmət etmək istəməyən insan nə qədər ola bilər? Azərbaycan xalqı 10 milyona yaxındır. Qoy, bu xalqın 1 milyonu döyüşə getmək istəməsin, oğlunu xidmətə göndərməsin, boyun qaçırsın. Axı yerdə qalan insanlar daha çox olur. Biz çoxluğun fikrinə baxmalıyıq.

Məmur övladlarının döyüşə getməməyinin səbəb gətirilməsini bəhanə hesab edirəm. Vətən üçün döyüşməyə hazır olan insan heç kimə, heç nəyə fikir verməməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3632   Tarix: 07 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

04.05.2024 219
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

04.05.2024 407
.

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

ABŞ-ın Pensilvaniya ştatındakı qocalar evlərinin birində gənc tibb bacısı Hezer Pressdi 17 qocaya öldürücü dozada dərman verib. xarici KİV-ə istinadən bildirir ki, jurnalistlərin dediyinə görə, qız yaşlı insanların çarəsizliyi və onlara daim baxmaq tələbidən hiddətlənib. O, dəfələrlə qocalar evinə sığına

15:00 0
.

ABŞ-də narkotiklə bağlı təhlükəli vəziyyət yaranıb

Texasın Ostin şəhərində (ABŞ) ölümcül narkotik dozası "epidemiyası" yayılıb. Bu barədə Təcili yardım xidmətindən bildirilib. Məlumata görə, ilk zənglər şəhərin mərkəzindən gəlməyə başlayıb, sonra şəhərin hər yerindən, yaşayış, iş yerlərindən və ictimai yerlərdən çağırışlar qəbul ediblər. Təcil

12:30 134
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

16:10 0
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 1308
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

04.05.2024 186
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 173
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 191