Ölüm virusu Azərbaycan sərhədlərində - Bu şəxslər TƏHLÜKƏDƏDİR

Ölüm virusu Azərbaycan sərhədlərində - Bu şəxslər TƏHLÜKƏDƏDİRSon zamanlar Azərbaycanın həmsərhəd ölkələrdə Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib. Bunu nəzərə alaraq səhiyyə naziri Oqtay Şirəliyev "Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb. Əmrdə profilaktik tədbirlərin gücləndirilməsi tapşırılıb.

Xəstəliyin ölkəmizdə yayılma ehtimalının nə qədər yüksək olmasına Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova publika.az-a açıqlamasında aydınlıq gətirib.
R.İsmayılova xəstəliyin ilk dəfə 1944-cü ildə Qərbi Krımda, 1969-cu ildə isə Konqoda qeydiyyata alındığını deyib:

"Epidemoloji təhlil hər iki bölgədə yayılan xəstəliyin eyni əlamətlərinin olduğunu müəyyən etməyə imkan verib. Xəstəliyin adı da məhz buradan qaynaqlanır. Həmçinin, xəstəlik qızdırma ilə müşahidə edildiyindən, ona Krım-Konqo hemorragik qızdırma adı verilib. Bu virus mənşəli qanaxmalarla müşahidə edilən xəstəlikdir. İnsanlar bu xəstəliyə gənə dişləməsi, yoluxmuş heyvanların qanı və digər bioloji maddələrlə sıx təmas nəticəsində yoluxa bilərlər. Gənələr əvvəl heyvanları dişləyərək, virusa yoluxur, sonra isə insanları dişləyərək onları da yoluxdururlar".

R.İsmayılova əsasən ferma sahibləri, qəssablar və çobanların risk qrupunda olduğunu deyib: "Həmçinin meşələrdə, sahələrdə olanlar da gənələrlə kontakta ola biləcəyinə görə risk altındadırlar. Xəstəlikdən ölüm əmsalı 40 faizə qədərdir. Bu çox da böyük faiz hesab edilmir. Xəstəliyə qarşı peyvənd yoxdur, müalicəsi isə simptomatikdir. Yəni hansı əlamətlər müşahidə olunursa, ona qarşı da müalicə aparılır".

Şöbə müdiri deyir ki, xəstəliyin inkubasiya dövrü 7-14 gün arasındadır:
"Orta hesabla 7 gün sonra artıq əlamətlər özünü büruzə verir. 39-40 dərəcə qızdırma, baş ağrıları, üşütmə, üz nayihələrində, selikli qişada qızartdı, əzələlərdə, oynaqlarda ağrı, ürəkbulanma və qusma ilə müşahidə edilir. Bunlar ümumi simptomlardır. Bir neçə gün sonra qanaxmalar başlayır. Əsasən, diş nayihəsində qanaxma müşahidə edilir, sonra qarında, qaraciyərdə ağrılar olur, hətta sarılıqla da müşahidə edilir. Qanaxmalardan sonra damar daxili laxtalanma, şok və ölüm baş verə bilir. Tez müalicə olunduğu halda xəstəlikdən sağalma mümkündür. Lakin Azərbaycanda bu xəstəlik heç zaman yayılmayıb. Son 50 ilə baxdım bir dəfə də belə hal qeydə alınmayıb. Amma qonşu ölkələrdə bu xəstəlik tez-tez müşahidə edilir. Nazir Oqtay Şirəliyev tərəfindən imzalanan əmr də məhz qonşu ölkələrdəki yayılma əsas tutularaq həyata keçirilib. Hazırda virus ən çox İranda yayılıb. Orada artıq alovlanmalar qeyd olunur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2424   Tarix: 07 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1639
.

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa

01.05.2024 282
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 409
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

11:48 325
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

13:00 280
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 344
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

14:10 283
.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

01.05.2024 1241
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

11:10 597