Bakı metrosu sərnişinləri bu xəbərlə sevindirdi - FOTOLAR

Bakı metrosu sərnişinləri bu xəbərlə sevindirdi - FOTOLAR"Nizami" stansiyasında bir ilə yaxındır davam edən əsaslı təmir işlərinin artıq ilk nəticələrini qiymətləndirmək olar.

Xatırladaq ki, 1976-cı ildə dekabrın 31-də istifadəyə verilən stansiya paytaxtın geoloji cəhətdən mürəkkəb rayonunda yerləşir. Fəaliyyətdə olduğu 40 il ərzində aqressiv mühitin təsiri nəticəsində stansiya qurğuları, konstruksiyaları və dekorativ-memarlıq elementləri tamamilə yararsız vəziyyətə düşmüşdü. "Bakı Metropoliteni" QSC-nin daxili vəsaiti hesabına həyata keçirilən təmir işlərinin ilkin mərhələsində stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platformaaltındakı arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar yenilənib. Stansiya qurğularının, memarlıq elementlərinin mühafizəsi üçün havalandırma sistemi yenidən qurulub. Stansiyanın orta zalının tavanında söküntü, korroziyadan təmizləmə işləri yerinə yetirilib. Təmirçilər hazırda zalın tavanını bərpa edir, oradakı axıntıların qarşısını almaq üçün tədbirlər görürlər. Bu işlər başa çatdıqdan sonra tavan Durlum "GmbH" şirkətinin ixtiyarına veriləcək. Şirkət orada stansiyanın memarlıq xüsusiyyətlərinə xələl gətirmədən, korroziyaya davamlı özəl asma tavan quraşdıracaq. Ən vacibi isə təmir prosesində dahi Azərbaycan mütəfəkkiri - şair, filosof, şeyx Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın daxili tərtibatındakı milli memarlıq nümunələrinin yenidənqurulmasıdır. Belə ki, stansiyanın divarlarında dahi şairin ölməz "Xəmsə"sinin motivləri əsasında işlənmiş 18 pannodan 4-ünün üzərində aparılan təmir, xüsusən də dekorativ tətbiqi bərpa işləri artıq başa çatdırılıb. İstismara verildiyi illərdə olduğu kimi, ilkin parlaqlığı bərpa olunmuş təsvirlər yenilənmiş mərmər haşiyələrin fonunda daha işıqlı görünür. Keçidlərin yeni mərmər üzlükləri, həmçinin oradakı şəbəkələr də bərpadan sonra xeyli cəlbedicidir. Pannoların altındakı yazılar latın əlifbasının bədii şriftlərilə verilib və bu zaman onun orijinal formatı da qorunaraq saxlanılıb. Pannoların bərpası ilə peşəkar rəssamlar Zöhrab Cabbarov, Elçin Cabbarov, Nizami Vəliyev məşğul olurlar. Zöhrab Cabbarov pannoların müəllifi SSRİ xalq rəssamı, professor Mikayıl Abdullayevin tələbəsi olub. Zöhrab Cabbarovun sözlərinə görə, bu stansiyada təmir işlərinin ən çətin cəhəti mozaik pannoların barpasıdır. İstismar dövründə pannoların arxasındakı dayaq elementləri olan metal konstruksiyalar tam sıradan çıxmış və onlar artıq öz funksiyalarını yerinə yetirə bilmirdilər.

Buradakı təmir işləri bir qədər də yubansaydı, pannolar dağılıb töküləcəkdi. Bunun qarşısını almaq, həmçinin təsvirlərin üzərindəki mozaika elementlərinin deformasiyaya uğramaması məqsədilə zamanla bəzi yerlərdə itirilmiş elementlərin yerinə mozaika komponentini əvəz edə bilməyəcək daşlar qoyulmuşdu. "Pannoların bərpa işləri onların arxa hissəsindəki dayaq elementlərinin - metal konstuksiyalarının yenilənməsi ilə paralel aparılmalı idi. Yəni, bizim yerinə yetirdiyimiz mozaikaların təmir-bərpa işlərindən sonra, pannoları əvvəlki çürük dayaqlara etibar etmək olmazdı. Arxa elementlərin təmiri üçün pannolar 2-3 metr irəli çəkilməli idi. Bunun üçün biz xüsusi qurğu hazırladıq. İrəli çəkilən pannonun metal konstruksiyalarının möhkəmlənməsi ilə yanaşı, öz işimizə, yəni mozaikaların bərpasına başladıq. İlk növbədə pannonun arxa hissəsinin köhnə izolyasiya qatını dağıtdıq. Onun yerində müasir izolateks, selikon və keramik sement qatışığının çəkilməsi ilə rütubətə davamlı və daha etibarlı bir qat yaratmış olduq. Mozaik təsvirlərə gəldikdə isə, ilk növbədə onların üzərinə mozaika elementlərinin dayanıqlığını təmin edən maddə çəkdik. Pannoların yeri hazır olduqdan sonra onları qaytarıb yerlərinə oturtduq. Bundan sonra mozaik təsvirlərin çatlamış, deformasiyaya uğrayan və ya düşüb itən hissələrinin, bu səbəbdən kafel parçası və ya başqa bir materialla əvəz olunmuş hissələrinin yerinə əsl kaşıdan mozaika üçün bişirilmiş olan parçaları qoyduq" – deyə Zöhrab Cabbarov bildirdi. Peşəkar rəssamın sözlərinə görə, hazırda mozaika sənətinə maraq azaldığından, indi belə daşları əldə etmək çətindir. Burada bərpaçı rəssamlar, həm də Sovet dönəmindən qalma ehtiyatlarından istifadə edirlər. Qeyd edək ki, sərnişinlərə təqdim olunan 4 pannodan əlavə, hazırda digər 4 pannonun da üzərində son tamamlama işləri gedir. Yaxın günlərdə həmin pannolar da sərnişinlərə təqdim olunacaq.

Bakı metrosu sərnişinləri bu xəbərlə sevindirdi - FOTOLARBakı metrosu sərnişinləri bu xəbərlə sevindirdi - FOTOLARBakı metrosu sərnişinləri bu xəbərlə sevindirdi - FOTOLARBakı metrosu sərnişinləri bu xəbərlə sevindirdi - FOTOLARBakı metrosu sərnişinləri bu xəbərlə sevindirdi - FOTOLARBakı metrosu sərnişinləri bu xəbərlə sevindirdi - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2446   Tarix: 06 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı

Qubada sərnişin avtobusu ana və övladını vurub. APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

18.12.2025 243
.

"Qala Sığorta" yanan BMW-yə sığorta ödəməyəcək: "Sürücü tamaşa edib..."

Bu ilin iyul ayında Goranboy rayonu, Qazanbulaq qəsəbəsində 77-LC-074 dövlət nömrə nişanlı "BMW 535i" markalı avtomobilin yanmasına görə "Qala Sığorta" Açıq Səhimdar Cəmiyyəti (ASC) sığorta ödənişi etməyəcək. Qaynarinfo-nun məlumatına görə, bu barədə məhkəmə qərar verib. 1995-ci təvəllüdl

18.12.2025 276
.

Bu ərazilərdə 13° şaxta olacaq

Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq

18.12.2025 262
.

"Hazırda "bomj" kimi bir həyat yaşayıram..."

"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmamas

18.12.2025 355
.

Türkiyədə iki azərbaycanlıya 30 il HƏBS CƏZASI verildi

Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan azərbaycanlılara hökm oxunub. yerli mediaya istinadla bildirir ki, Alanya Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 39 yaşlı Tamerlan A. və 36 yaşlı Yunus T.-nin hər birinə 15 il həbs, eləcə də 250 min lirə cərimə cəzası verilib. Digər təqsirləndirilə

18.12.2025 182
.

Nigar Fərhadla bağlı daha bir QALMAQAL

Bir müddət əvvəl səsləndirdiyi qalmaqallı fikirləri ilə gündəm olan aparıcı Nigar Fərhadın rəhbəri olduğu şirkət müştərinin ödənişini qaytarmır. Bizim.Media -a istinadən xəbər verir ki, bu iddia ilə bağlı müştəri "Facebook" sosial şəbəkəsində paylaşım edib. Paylaşımda qeyd olunur ki, o, "AI

18.12.2025 284
.

Bakıda narkotik satan ailəyə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışını təşkil edən ailə üzvləri: Hümbət Cəfərov, oğlu Əli və qızı Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub. xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Cəfərov Hümbətin 11 il, Cəfərov Əlinin 9 il, Cəfərov

18.12.2025 185
.

Avropa Rusiyaya xəbərdarlıq etdi

Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə

18.12.2025 211
.

Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk

Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu

18.12.2025 284
.

TOP MP3