Namiq Qaraçuxurlu: "Meyxana deyənin beyni dumanlı olur, belə olmasa..."

Namiq Qaraçuxurlu: "Meyxana deyənin beyni dumanlı olur, belə olmasa..."Xəbər verdiyimiz kimi, İctimai Tədqiqatlar Mərkəzinin sədri, hüquqşünas-kriminalist İlqar Altay meyxananı əxlaq-tərbiyə, şüur-düşüncə davranışın "terror"u adlandırıb.

BiG.AZ məsələ ilə bağlı meyxanaçı Namiq Qaraçuxurlunun fikilərini öyrənib:

"İlqar bəyin fikirlərini zaman qıtlığıdan tam oxuya bilmədim. Bir fikri tam oxumadan cavab vermək doğru olmasa da, sizi cavabsız qoymamaq üçün gördüyüm fikirlər haqda izah verə bilərəm. İlqar bəyin bəzi fikirləri ilə razılaşıram. Təəssüflər olsun ki, bugün meyxanaya neqativ baxış yaradan məsələlər var. Ən acısı - "Meyxana deyənin beyni dumanlı olur, belə olmasa, deyə bilməz" fikirləri cəmiyyətimizdə yenidən formalaşır. Acı həqiqətlərimiz çoxdur və bu barədə İlqar bəydən öncə də dəfələrlə həyəcan təbili çalmışam.

Lakin İlqar bəyin "mənasız sözlər", "söz oynatmalar" falan fikirləriylə qəti razılaşmıram. Meyxana aləmində elə sözlər səslənib ki, (düzdür, bu, hər dəfə olmasa da) o fikirlər böyük mənalar kəsb edib. Hətta meyxanaya "söz oynatmaq" kimi yanaşsaq belə, sözü şirinliklə, maraqlı söz birləşmələriylə, nəhayət, nəzmlə oynamaq özü böyük istedad tələb edir.
Əgər kiməsə şəxsən maraqlıdırsa, mən nəinki maraqlı söz oynatmaqlar, müxtəlif mənalar kəsb edən faktları da, şübhəsi olanlara üz-üzə göstərə bilərəm. O baxımdan İlqar bəyin bu yanaşmasını doğru saymıram.

Bu yanaşmayla biz belə deyə bilərik; muğam sənətində nə var ki? Qalxır zilə, düşür bəmə, hansısa notlara dəyir, vəssalam. Operada nə var e? Ancaq qışqırırlar və sairə. Halbuki bu janrlar hərəsi özünə görə böyük bir dəryadır. Təbii ki, başa düşənlər üçün.
Beləliklə, bir daha demək istəyirəm ki, meyxananın bugünkü vəziyyəti heç ürək açan deyil. Amma bütövlükdə bu sənət çox dərin sənətdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1954   Tarix: 04 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1988
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23.04.2024 733
.

"Evlənmərəm" deyib böyük danışıram" - Simge

Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"

25.04.2024 575
.

Mələkxanım Eyubovanın qızının toyundan - Video

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. Axşam.az xəbər verir ki, xanəndənin övladı müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində qeyd olunur. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bir müddət əvvə

22.04.2024 1358
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26.04.2024 1318
.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21.04.2024 1276
.

"Xəstəxanada olarkən halallaşmışdıq" - Elgiz ağladı

"Biz Cavanşir Məmmədovla eynik vaxtda koronavirusa yoluxmuşduq. Pandemiyanın ən kritik vaxtında xəstələnmişdik, ikimiz də xəstəxanaya düşdük. Həmin ərəfədə xəstəxanalarda yer də yox idi. Cavanşir müəllim Fatmayı tərəfdə xətəxanada idi, çox uzağa düşmüşdü. Mən isə Musa Nağıyeva adına xəstəxanad

21.04.2024 1297
.

Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yarımsaat çıxış edəcək - SƏBƏB

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib. Bu barədə -ə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib. O, bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib. Cabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunması üçü

24.04.2024 1913
.

Faiq Öztürk iflic olub

Türkiyəli müğənni Faiq Öztürkün 20 gün öncə Bodrumda beyninə qan sızıb. Axşam.az xəbər verir ki, sənətçinin sol tərəfi iflic olub. 62 yaşlı müğənni Ankarada müalicə olunur. Bu barədə məlumatı müğənninin həyat yoldaşı və duet ortağı Safiye Soyman verib

25.04.2024 598